Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 13 » TQDK qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan etmişdir
TQDK qəbul imtahanlarının keçiriləcəyi tarixləri elan etmişdir
09:10

Azərbaycanda 2010-2011-ci tədris ili üzrə ali təhsil müəssisələrinə qəbul imtahanlarının günləri açıqlanıb

Bu barədə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə keçirdiyi mətbuat konfransında bildirib. Onun sözlərinə görə, 3-cü ixtisas qrupu üzrə qəbul imtahanları iyulun 4-də, 1-ci ixtisas qrupu üzrə iyulun 11-də, 4-cü ixtisas qrupu üzrə iyulun 17-də, 2-ci ixtisas qrupu üzrə isə iyulun 23-də keçiriləcək.

Ali təhsil müəssisələrinə qəbul imtahanları üzrə ərizələrin qəbulu aprelin 20-dən başlayacaq, mayın 31-dək davam edəcək.

Qabiliyyət imtahanları iştirakçılarının qeydiyyatı aprelin 30-dan mayın 31-dək aparılacaq. Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək üçün ərizə təsdiqinin son günü kimi mayın 14-ü müəyyənləşdirilib. Rus bölməsi üzrə birinci Azərbaycan dili imtahanı mayın 23-də, ikinci Azərbaycan dili imtahanı isə iyunun 20-də keçiriləcək.

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu isə iyununun 28-dən iyulun 29-dək davam edəcək. Orta ixtisas müəssisələrinə qəbul imtahanları avqustun 29-da keçiriləcək.

Musiqi sənəti, təsviri sənət, teatr, kini, xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanları iyulun 8-14-də, memarlıq və dizayn istiqaməti üzrə iyulun 15-21-də, idman istiqaməti üzrə iyulun 21-28-də baş tutacaq.

Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanları isə iyulun 20-27-də keçiriləcək.

Ali təhsili müəssisələrinə ixtisas seçimi iyulun 25-dən avqustun 2-dək aparılacaq.

Bakalavr və magistrlər apellyasiya şikayətlərini iyulun 27-29-da verə bilərlər.

<span style="color:blue">Aşağıdakı cədvəldə qeyd olunan imtahanlar və onlarla əlaqədar tədbirlərin ilkin planı təqdim olunur:

Sınaq imtahanları
4, 11, 18, 25 aprel, 16, 23, 30 may, 6 iyun

Türkiyə Respublikasının ali təhsil müəssisələrinə sənəd qəbulu
5-17 aprel

Türkiyə Respublikasının ali təhsil müəssisələrinə qəbul imtahanı (TCS)
25 aprel

Magistraturaya ərizə qəbulu
12-19 aprel

Magistraturaya qəbul imtahanının 1-ci mərhələsi
2 may

Magistraturaya proqram seçimi
7-12 iyun

Magistraturaya qəbul imtahanının 2-ci mərhələsi
20 iyun

Bakalavrların ixtisaslaşma seçimi
22-25 iyun

Ali təhsil müəssisələrinə ərizə qəbulu
20 aprel-31 may; təsdiq: 30 aprel-31 may

Qabiliyyət imtahanı iştirakçılarının qeydiyyatı
30 aprel-31 may

Rus bölməsi üzrə ilk Azərbaycan dili imtahanında iştirak etmək üçün ərizə təsdiqinin son günü
14 may

Rus bölməsi üzrə Azərbaycan dili imtahanı
1-ci
2-ci

23 may
20 iyun

Orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu (ümumi orta təhsil bazasında)
28 iyun-29 iyul

Ali təhsil müəssisələrinə qəbul imtahanı
III qrup
I qrup
IV qrup
II qrup

4 iyul
11 iyul
17 iyul
23 iyul

Musiqi sənəti, Təsviri sənət, Teatr, kino və xoreoqrafiya sənəti istiqamətləri üzrə qabiliyyət imtahanı
8-14 iyul

Memarlıq və dizayn istiqaməti üzrə qabiliyyət imtahanı
15-21 iyul

İdman istiqaməti üzrə qabiliyyət imtahanı
21-28 iyul

Orta ixtisas təhsili müəssisələrinə qabiliyyət imtahanı (ümumi orta təhsil bazasında)
20-27 iyul

İxtisas seçimi
25 iyul-2 avqust

Apelyasiya (bakalavr və magistr)
27-29 iyul

Orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanı (ümumi orta təhsil bazasında)
29 avqust</span>

Kateqoriya: Tehsil | Baxılıb: 1944 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 2
02.07.2011
2. Mədinə [Xeber]
.Texnikumu bitirmiş və ADPU-nə sənəd vemiş tələbələr üçün imtahan hacan olacaq

23.06.2010
1. fuad [Xeber]
.salam.C.Naxcivanski adina HL-DA IMATAHAN HACAN OLACAQ?

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024