Azərbaycan Respublikasında təhsil sistemi aşağıdakı quruluşda müəyyən olunmuşdur:
Məktəbəqədər tərbiyə
Ümumi təhsil
· İbtidai təhsil
· Əsas təhsil
· Orta təhsil
Peşə-ixtisas təhsili
· texniki peşə təhsili
· orta ixtisas təhsili
· ali ixtisas təhsili
Diplomdan sonrakı hazırlıq (stajkeçmə, ordinatura və s.)
Magistratura
Doktorantura
Məktəbdənkənar təlim və tərbiyə
Sərbəst təhsil
İxtisasartırma və kadrların yenidən hazırlığı
· Məktəbəqədər təhsil müəssisələrinin sayı - 1777
· Uşaqların sayı - 110774
· Pedaqoji işçilərin sayı - 14725
· Özəl məktəbəqədər tərbiyə müəssisələrinin sayı - 3
· Uşaqların sayı - 117
· Pedaqoji işçilərin sayı - 47
· Ümumtəhsil məktəblərinin sayı - 4542
· Şagirdlərin sayı - 1.629.841
· Müəllimlərin sayı - 166856
· Özəl ümumtəhsil məktəblərinin sayı - 11
· Şagirdlərin sayı - 4510
· Müəllimlərin sayı - 731
· Məktəbdənkənar təhsil müəssisələrinin sayı - 379
· Uşaqların sayı - 332850
· Pedaqoji işçilərin sayı - 2936
· Texniki peşə məktəblərinin sayı - 110
· Pedaqoji işçilərin sayı - 4100
· Təhsil alanların sayı - 22452
· Orta ixtisas məktəblərinin sayı - 58
· Tələbələrin sayı - 51400
· Müəllimlərin sayı - 6300
· Özəl orta ixtisas məktəblərinin sayı - 4
· Tələbələrin sayı - 2160
· Müəllimlərin sayı - 146
· Ali təhsil müəssisələrinin sayı - 26
· Tələbələrin sayı - 104020
· Professor-müəllim heyətinin sayı - 11739
· Xüsusi təyinatlı ali ixtisas təhsili müəssisələrinin sayı - 5
· Özəl ali təhsil müəssisələrinin sayı - 16
· Tələbələrin sayı - 23228
· Müəllimlərin sayı - 1891
· İxtisasartırma və yenidənhazırlanma müəssisələrinin sayı 26
Kontingentin sayı ildə 15-20 minə qədər Azərbaycanın ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı 41 ölkədən 3438 nəfər
Dünyanın aparıcı universitetlərində təhsil alan azərbaycanlı tələbələrin sayı 3000-dən artıq
Azərbaycanda əhalinin savadlılıq səviyyəsi (BMT-nin hesabatına əsasən) 99 faiz
Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş ərazilərdə dağıdılmış təhsil müəssisələrinin sayı
· 1 ali məktəb
· 3 ali məktəb filialı
· 5 orta-ixtisas məktəbi
· 616 ümumtəhsil məktəbi
· 242 məktəbəqədər təhsil müəssisəsi
· 300-ə qədər digər təlim-tərbiyə müəssisələri
İşğal nəticəsində Azərbaycanın təhsil sisteminə dəymiş ziyanın həcmi 1,5 milyard ABŞ dolları