Azərbaycan nanı Tərkibi
Əla növ buğda unu - 325q, kərə yağı - 160q, şəkər kirşanı - 95q, kişmiş - 80q, sukat - 50q, yumurta 115q, fındıq ləpəsi - 50q, zəfəran - 0,06q, ammonium - 12q, pomada üçün şəkər tozu - 245q, patka - 25q, quru karmin boyağı.
Hazırlanma qaydası
Xəmir yoğurmaq üçün lazım olan fındıq xırdalanır, sukat xırda doğranır, kərə yağı şəkər kirşanı ilə bircinsli kütlə alınana qədər çalınır. Sonra buna yumurta, zəfəran şirəsi, fındıq, kişmiş, sukat və ammonium karbonat əlavə edilir, yaxşıca qarışdırılır. Ələnmiş un tökülüb tez xəmir yoğrulur. Xəmir yoğrulması ilə bərabər eyni zamanda şəkər tozu və patkadan pomada hazırlanır. Xəmir 5 kq-lıq kündələrə bölünür və hər pay 30-35 mm diametr ölçüsündə baton şəklinə salınıb içinə perqament kağızı sərilmiş dəmir listlərə düzülür. Üzərinə yumurta sürtülür, 180-200 °S tempraturda 20-25 dəq. bişirilir. Soyuduqdan sonra üzərinə çəhrayı pomada çəkilir, pomada bərkidikdən sonra baton 40 mm enində qıyqacı dilim formasında tikələrə doğranır.
Badambura və ya badamlı borucuq
Lazım olan məmulatlar
Əla növ buğda unu - 410q,
Xama - 185q,
kərə yağı - 120q,
badam - 220q,
şəkər tozu - 180q,
hil - 5q,
şəkər kirşanı - 35q,
maya - 10q,
konyak - 3q,
duz.
Hazırlanma qaydası
Una kərə yağı, xama, şəkər kirşanı, duz və maya əlavə edilib xəmir yoğrulur. İç hazırlamaq üçün badam qaynar suda pörtülür, qabığı təmizlənir və qurudulur. Quru badam sürtgəcli maşında üyüdülür, ona şəkər tozu, hil və konyak əlavə edilib qarışdırılır. Xəmir gəldikdən sonra 40 qramlıq paylara bölünür. Bundan sonra qolu borucuqda olduğu kimi hazırlanır.
Bakı qurabiyəsi
Tərkibi:
600 qr un, 360 qr yağ, 160 qr qənd kirşanı, 2 yumurta ağı, 30 alma və ya ərik əzməsi.
Hazırlanma qaydası:
Əvvəlcə yağ qənd tozu və ya qənd kirşanı ilə yaxşıca qarışdırılır. Sonra isə ona yumurta ağı, ələnmiş un tökülür və hamısı birlikdə qarışdırılaraq xəmir yoğrulur. Xəmir borulu qənnadı kisəsinə yerləşdirilir və qatılaraq alınan yumru qurabiyələr quru qənnadı vərəqəyə yığılır. Sonra qurabiyələrin içində oyuqlar açılır və 250 dərəcədə 10 dəqiqə müddətinə fırında bişirilir. Bişirildikdən sonra həmin oyuqlara qənd kirşanı ilə meyvə cemləri doldurulur. Süfrəyə verilən zaman qurabiyənin üstünə qənd kirşanı səpilir.
Ballı çörəklər
Ballı çörəklər —Ballı çörəklərin tərkibində bal olmasına baxmayaraq, çörəklər çox şirin deyillər. Bal onlara xoş dad və ətir əlavə edir.
Lazım olan ərzaqlar
Təxminən 27-30 çörək üçün
115 qram kərə yağı
1 stəkan süd
yarım stəkan bal
yarım stəkan ilıq su
2 paket (hər paket 7 qram olmaq şərtilə) quru maya
2 xörək qaşığı şəkər tozu
2 çay qaşığı duz
2 yumurta - azca çalın
6 stəkan - 6 stəkan yarıma qədər un
üstünə sürtmək üçün kərə yağı
Hazırlanma qaydası
Bir qazanda kərə yağını əridin və kənara çəkin. Üstünə süd və balı əlavə edib qarışdırın.
Bir qabda (ləyəndə) su, maya və şəkəri qarışdırın. Qoyun kənarda 7-8 dəqiqə ərzində qalsın. Südlü qarışığı mayalı qarışığa əlavə edin. Qarışdırın. Yumurtaları əlavə edin. 4 stəkan un və duzu əlavə edib qarışdırın. Qalan unu da əlavə edib yumuşaq, lakin ələ yapışmayan xəmir əldə edənədək yoğurun. (DİQQƏT - unun hamısını birdən əlavə etməyin, çünki bəlkə 6 stəkan un kifayət olar).
İri qabın içini azca duru yağla yağlayıb hazırladığınız xəmiri qaba yerləşdirin. Üstünü örtüb 1 saatlığına gəlməsi üçün kənara qoyun. Bİr saat sonra yumruğunuzla xəmirin üstünə basın ki, xəmirdə yığılan qaz çıxsın. Sonra yenidən üstünü örtüb bir saat daha gəlməsini gözləyin. Gəlmiş xəmiri bir az yoğurub eyni ölçüdə olan yumru kündələrə ayırın.
Kündələri 22 X 33 sm ölçüsü olan yağlanmış listə (kənarları bir az hündür olan) yan-yana düzün - kündələr bir birinə cox yaxın olmalıdırlar. Listi 1 saatlığına kənara qoyun ki, kündələr şişsin.
Sobanı 190C dərəcəyədək qızdırın. Çörəkləri 25 dəqiqə ərzində, və yaxud üstləri qızaranadək bişirin. Sobadan çıxan kimi, çörəklərin üstünə kərə yağı sürtün. Bu, çörəklərin üstünü həm yumuşaldacaq, həm də parlaq edəcək. Nuş Olsun!
Ballıbadı və ya bamiyə
Lazım olan məmulatlar
Əla növ buğda unu - 527q, şəkər tozu - 235q, yumurta - 1 əd., bitki yağı - 120q, çay sodası - 0,5q, duz - 5q.
Hazırlanma qaydası
Una çay sodası və qanar su əlavə edib dəşlənmiş xəmir yoğrulur və soyuduqdan sonra ona yumurta qatılır. Xəmir ətçəkən maşında keçirilir. Lakin ətçəkən maşina bıçaq yerinə 0,15 mm qalındılığında və ortasında 0,15 mm diametr ölçüdə xırda dişləri olan metal lövhəcik qoyulur. Ətçəkən maşından çıxan burma xəmir 7-8 sm uzunluqda bərabər hissələrə bölünür. Bamiyə bitki yağı frityurunda qızardılır, şəkər şərbətində hopturulur və quruduqdan sonra üstünə şəkər kirşanı səpilir.
Banan şirniyyatı
Ərzaqlar
Xəmir üçün
200 qram kərə yağı və ya marqarin
200 qram xama
0,5 ç. q. çay sodası
1 ç.q. sirkə
2,5 stəkan əla sort un
İçlik uçun:
200 qram kəsmik
100 qram yağ
1 stəkan şəkər tozu
1 stəkan əla sort un
Vanil
Hazırlanma qaydası
Əvvəl yağ yumşaldılır və unla ovulur. Xamanın üzərinə sirkə, çay sodası əlavə edib yaxşıca qarışdırın. Sonra yağlı una xamanı qatıb xəmir yoğurun. Xəmirdən 30-32 dənə kiçik kündə hazırlayın. İçlik hazırlamaq üçün kəsmiyin üzərinə şəkər əlavə edib, yaxşıca qarışdırın. Sonra yağ əlavə edib, mikserlə çalın və üzərinə un qatıb yumşaq xəmir alınana qədər qarışdırın. Kündələri banan formasında yayın, üzərinə uzunsov formada iç qoyub, qıraqlarını qatlayıb, səliqəli bükün. Şirin içi xəmirin içinə qoyduqda çalışın ki, bağlanma “tikiş”i aşağı olsun. Əlinizlə xəmirə banan forması verin. Bundan sonra sobada 180 dərəcədə 15-18 dəqiqə bişirin. Soyuduqdan sonra üstünə şəkər tozu səpin.
Firni
Tərkibi:
160 qr düyü unu, 800 qr süd, 40 qr şəkər, 40 qr yağ, darçın, 4 qr duz.
Hazırlanma qaydası:
Düyü unu hazırlamaq üçün düyü təmizlənib 1 saat suda isladılır. İslanmış düyü qurudulur. Və həvəngdəstədə əzilib un halına salınır. Qayanayan südə duz atılır, arasıkəsilmədən qarışdırılaraq düyü unu tökülür və şəkər tozu əlavə edilərəl bişirilir. Süfrəyə veriləndə üzərinə 1 tikə yağ qoyulub, darçın səpilir.
Kişmişli və qozlu piroq
Ərzaqlar
200 q yağ
200 q xama
2 stəkan su
0,75 stəkan qoz
1 stəkan kişmiş
1 ədəd yumurta
1,5 stəkan şəkər
Vanil
Hazırlanması
Kişmişi yuyub şişənədək suda saxlayın. Sonra süzüb qurudun. Qaba 2stəkan un, 200q yağ, 200 q xama və soda töküb xəmir yoğurun. Xəmiri iki hissəyə bölün. Kişmiş, şəkər, qoz, yumurta və vanili bir yerdə qarışdırın. Xəmirləri yayın. Birinci laya içlik səpib ikinci layı üstünə qoyun və qıraqlarını birləşdirin. Üzərinə çalınmış yumurta sürtün. 225 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin. Soyuyandan sonra piroqu romb və ya kvadrat formasında kəsin.
225 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.
Kəsmikli-meyvəli piroq
Ərzaqlar
16 porsiya üçün:
300 qram un
325 qram şəkər
1 ədəd yumurtanın sarısı
35 qram kakao tozu
175 qram kərə yağı
4 ədəd yumurta
750 qram yağsız kəsmik
250 qram yağlı xama
1 çay qaşığı nişasta
250 qram dondurulmuş qaragilə
Zövqə görə duz
Hazırlanma qaydası
Xəmiri hazırlamaq üçün150 qram una bir az duz, 75 qram şəkər, 15 qram kakao tozu və 75 qram yumuşaldılmış kərə yağını qatıb yaxşıca mikserlə çalın, sonra xəmiri əlinizlə yoğurun. Xəmiri dairəvi formaya yerləşdirib, çəngəllə bir neçə yerdən deşib 40 dəqiqə ərzində soyuducuya qoyun.
Sobanı 200 dərəcədə qızdırın. Yerdə qalan unu 100 qram şəkər,artıq qalan kərə yağı, 15 qram kakao tozu və duz qatıb xəmiri qarışdırıb əlinizdə ovun
İçi hazırlamaq üçünyerdə qalan şəkəri yumurtalarla çalın. Sonra üzərinə kəsmik, xama və nişastanı əlavə edib qarışdırın. Üzərinə giləmeyvələri də əlavə edin. Sonra xəmirin üzərinə alınan kəsmikli kütləni töküb üstünə ovulmuş xəmiri səpin. Sobada 60-70 dəqiqə ərzində bişirin. Bişmiş kəsmikli piroq duxovkanın qapısı açılmış vəziyyətdə 10 dəqiqə qalmalıdır.
Limonlu piroq
Ərzaqlar
3 ədəd limon
170 q kərə yağı
1/4 stəkan mixəyi şəkər tozu
1 stəkan yarıım un
2 çay qaşığı qabartma tozu
1 stəkan şəkər tozu
3 xörək qaşığı sürtgəcdən keçirilmiş limon qabığı
2 ədəd yumurta - ağını sarısından ayırın
çay qaşığının dörddə biri qədər vanil ekstraktı, duz
yarım stəkan süd
Hazırlanma qaydası
Əvvəl limonları nazik halqalara döğrayın (nə qədər nazik olsalar, o qədər yaxşıdır) Toxumlarını çıxardın. Sobanı 180 dərəcəyədək qızdırın.
Sonra dibi yapışmayan və soba istisinə dayanıqlı tavada 70 qram kərə yağını mixəyi şəkərlə bərabər orta odda əridin. Limon halqalarını əlavə edib, odu bir az artırıb, tavadakı ərzaqları qarışdıra-qarışdıra 1 dəqiqə bişirin. Tavanı kənara çəkin. Tavadakı limonları səliqəli şəkildə düzün. Un, qabartma tozu və duzu bir kasada qarışdırın.Qalan 100 qram yağı mikserlə rəngi açılanadək çalın. Şəkər tozu, limon qabığı, yumurta sarısı və vanil ekstraktını əlavə edərək ərzaqları qarışanadək mikserlə çalın. Mikserin sürətini azaldaraq unlu qarışıq və südü az-az əlavə edərək kütləni hər əlavədə ərzaqlar qarışanadək çalın.
Yumurta ağlarını ayrı qabda çalın. Çalınmış ağları tədricən digər kütləyə əlavə edin və kütlənin içinə yüngülvari hərəkətlə qaşıqla qarışdıraraq yedirdin. Diqqətli olun, çox qarışdırmayın. Alınan kütləni limon dilimlərinin üstünə töküb qaşıqla üstünü hamarlayın. Piroqu sobanın orta təbəqəsində 45-50 dəqiqə və yaxud üstü qızaranadək bişirin. Sonra tavanı kənarda 15 dəqiqə soyudun.
bıçaqla piroqun kənarlarını tavadan ayırın və piroqu istiyə dayanıqlı qaba alt-üst çevirin. Piroqu 5 dəqiqə də soyutduqdan sonra süfrəyə verə bilərsiz.
Loxum
Loxum, Su, şəkər, nişasta istifadə edilərək edilən bir Türk şirinidir. Loxumun Osmanlı tərəfindən rahat ul-hulküm yəni boğaz rahatlaşdıran sözündən törədiyi rəvayət edilər. 15. əsrdən bəri Kiçik Asiya da bilinməklə birlikdə, xüsusilə 17. əsrdə Osmanlı İmperiyası sərhədləri içində yayılan loxum, Avropada bir İngilis səyyah vasitəsiylə 'Turkish Delight' adıyla 18. əsrdə tanınmağa başlamışdır. Loxumun ilk istehsalçılarından sayılan Hacı Bəkir Əfəndi 1777 ilində Kastamonu dan İstanbula gələrək Bağçaqapı 'da açdığı kiçik bir dükanda loxum vs. qida maddələrini çıxarmağa başlamışdır. İki əsrdən bu yana loxum istehsalını müvəffəqiyyətlə reallaşdıran Hacı Bəkir dövrün padşahı tərəfindən də Nişanı Əli Osmanı ilə təltif edilmiş və sarayın şəkərçi başısı olaraq xidmət etmişdir. Daha əvvəllər bal ya da bəkməz və un birləşməsi ilə edilən loxumun 17. əsrdə 'kəllə şəkəri' olaraq bilinən rəfinə şəkər ilə xüsusilə nişastanın tapılıb ölkəyə gətirilməsiylə istehsalı və ləzzəti də dəyişmişdir. İndiki vaxtda Hacı Bəkir, Hafiz Mustafa, Cemilzade kimi əsri aşan bir müddətdir loxum və şəkərləmə üzərinə xidmət edən hələ də bir neçə yer mövcuddur.
Lənkəran külçəsi
TərkibiXəmir üçün: 1-ci növ buğda unu – 460q, maya – 10q, şəkər – 70q, yumurta – 1 əd., xama – 32q, xaşxaş – 6q, kərə yağı – 50q, duz. İç üçün: 1-ci növ buğda unu – 200q, şəkər kirşanı – 95q, kərə yağı – 100q, zəfəran – 0,2q
Hazırlanma qaydası
Un, şəkər və xama ilə mayalı xəmir yoğrulur. İç hazırlamaq üçün kərə yağı, şəkər kirşanı və zəfəran şirəsi çalınır və un əlavə edilir. İç dağıla bilən kütlədən ibarət olur. Xəmir gəldikdən sonra onu yayır, üzərinə kərə yağı sürtülür, bir neçə dəfə əl ilə yayıb qatlayır və yumşaldılır. Xəmir 80 q çəkidə doğranır, 0,8-10 sm qalınlaqda kvadrat formada yayılır, üzərinə 30-32 qram iç qoyulur və qıraqları mərkəzə tərəf birləşdirilir. Sonra iki əl arasında basılmaqla yayılır və ona dairəvi forma verilir. 45-50 dəq. istirahətə qoyub üzərinə yumurta sürtülür, xaşxaş səpilir və 180-200 °S tempraturda 20-25 dəq.bişirilir.
Qarabağ kətəsi
Ərzaqlar :
Maya, Su ,Bitki yağı ,Şəkər ,Yumurta ,Un ,Şəkər tozu ,Ərinmiş yağ ,Vanilin, duz
Hazırlanması
İlıq suda mayanı əridib 13 x.q. un tökün, azca duz da qatın. Bunları qarışdırıb isti bir yerə qoyun mayalanmaq üçün (0,5 saat). Mayalanmış kütləni böyük bir qaba töküb, yağı, şəkəri, yumurtanıç biçağın ucunda vanili və duzu əlavə edin. Qarışdırın. Sonra unu töküb yoğurun, xamar xəmir alınmalıdır. Özünə gəlmək üçün 1,5-2 saatlıq saxlayın. Bu müddətdə içi hazırlayın. Soyudulmuş yağı şəkər tozu ilə yaxşıca çalın, sonra vanilin və un əlavə edin. Gəlmiş xəmirdən yumruq boyda 10 kündə hazırlayın. Hər kendədən diametri 7-8 sm olan dairəvi kökə yoğurun. Ortasına iç qoyub xəmiri qıraqlardan yığın və bulkanı kğkəyə yoğurun. Çəngəllə üstünü deşib bəzəyin. Üstünə çalınmış yumurta çəkin. Kətə 200-220 gr Selsiya ilə təxminən 20 dəq bişirilir.
Qaymaqlı və şokoladlı pirojna
Ərzaqlar
250 qram un
6 ədəd yumurta
130 qram şəkər
50 qram kakao tozu
200 qram qaymaq
100 qram şokolad
5 qram ovulmuş portağal qabığı
1 paket vanil, 5 qram soda
Hazırlanması
Yumurtaların ağını 150 qram şəkərlə çalın. Üzərinə kakao, soda, un, portağal qabığı, vanil və 50 qram şəkərlə ovuşdurulmuş yumurta sarısı əlavə edib xəmir yoğurun. Xəmiri 3 hissəyə bölüb qoğal bişirin. Qaymağı qalan şəkərlə çalın. Şokoladı sürtgəcdən keçirin. Qoğallara çalınmış qaymaq sürtün, sonra şokolad səpin. Məmulatı üçbucaq formasında doğrayıb 20 dəqiqə soyuq yerdə saxlayın.
Qozlu Ordubad dürməyi
Tərkibi
Əla növ buğda unu - 400q, xama - 180q, kərə yağı - 120q, qoz ləpəsi - 220q, şəkər tozu - 180q, bal - 40q, darçın - 2q, yumurta - 1 əd.
Hazırlanma qaydası
Xəmir hazırlamaq üçün kərə yağı xama ilə qarışdırılır, ələnmiş un töküb xəmir yoğrulur. İç hazırlamaq üçün qoz ləpəsi azacıq tavada qovrulur, ətçəkən maşından keçirilir, şəkər tozu, bal və ədviyyat qatılıb qarışdırılır. Xəmir 300 qramlıq paylara bölünüb 3-4 mm qalınlıqda yayılır. Yayılmış xəmir üzərinə hama lay şəklində 200 qram içlik qoyulur və xəmir bükülərək rulet formasına salınır. Üzərinə yumurta sarısı sürtülür, 190-200°S tempraturda 30-35 dəqiqə bişirilir. Bəzən xəmir maya ilə hazırlanır.
Quba tıxması
Tərkibi
Xəmir üçün: Əla növ buğda unu - 520q, kərəli marqarin - 190q, üzlü süd - 127q, yumurta - 2 əd., maya - 8q, zəfəran - 0 0,3q, duz. İç üçün: əla növ buğda unu - 130q, kərə yağı - 64q, şəkər - 127q, hil - 0,3q, muskat qozu - 0,3q.
Hazırlanma qaydası
Xamirin yoğrulması və için hazırlanması Lənkəran külçəsində olduğu kimidir. Lakin xəmirə şəkər qatılmır. Hazır xəmir yayılır, üzərinə yağ sürtülür, dürmək formasında bükülür, dartılaraq 90-100 qramlıq tikələrə doğranır. Hər xəmir tikəsi vintvari burulur, azacıq yastılandırılır, üzərində çökək yerlər düzəldilir və oraya 35-40 q iç qoyulur. Xəmirin kənarları mərkəzə birləşdirilməklə için üstü örtülür. Birləşdirilmiş tərəfi aşağı olmaq şərtilə 90-100mm diametrdə dairəvi formada yayılır, üzərinə halqavari bəzək vurulur, 20-25 dəq istirahətə qoyuluru və səthinə yumurta sürtülüb 180-200 °S-də 35-40 dəqiqə bişirilir.
Şamaxı mütəkkəsi
Tərkibi
Xəmir üçün: əla növ buğda unu - 500q, yumurta - 2 ədəd, kərə yağı - 100q, süd - 1 stəkan, şəkər kirşanı - 50q, maya - 10q, duz. İçlik üçün: ərik povidlası - 150q, şəkər tozu - 100q, vanil - 1/3q, üstünə səpmək üçün şəkər kirşanı - 50q.
Hazırlanma qaydasıMaya isti süd içərisində açılır, üzərinə yumurta, duz, şəkər kirşanı əlavə edilib yaxşıca qarışdırılır. Sonra un əlavə edilib 15 dəqiqə ərzində xəmir yoğrulur. Yetişmək üçün xəmir 1,5 saat isti yerdə saxlanılır. Eyni zamanda ərik povidlası şəkər tozu ilə qarışdırılıb qatı kütlə əmələ gəlincə bişirilir və soyudulur. Xəmir 4-5 mm qalınlığında yayılıb üzərinə ərinmiş kərə yağı sürtülür və üsbucaqlar formasında kəsilir. Kəsilmiş xəmirlərin hər birinə içlik qoyulub üçbucağın təpəsi məmulatın üstündə qalmaq şərtilə burulub borucuq şəklinə salınır. Məmulat 190-200 °S temperaturda 10-15 dəqiqə ərzində qızdırıcı cihazda bişirilir.
Şirinçörəyi
Tərkibi
1 ç.q. quru maya
500 ml qızdırılmış süd
1 əd yumurta
1 ç.q. sarıkök
250 gr şəkər
200 gr yağ (olar marqarin)
750 gr + 10-12 x.q. un
Duz
Hazırlanması
Mayanı süddə qarışdırın, duz, 1 x.q. şəkər, sarıkök, 10-12 x.q. un əlavə edin və bunları qarışdırın. Kütlə çox duru olmamalıdır. Yetişmək üçün isti yerə qoyun. Mayalanmış xəmir qalxmalıdır. Bir necə dəfə kütləni qarışdırın. Yağı əridin. Bir qaba unun yarısını və şəkəri tökün, mayalanmış xəmiri, yağı, yumurtanı əlavə edib bərk olmayan xəmir yoğurun, az-az un əlavə edin. Hazır xəmir bərk olmamalıdır, bir qədər ələ yapışmamalıdır. Qabın üstünə dəsmal atıb isti yürə qoyun. İmkan verin xəmir qalxsın. 1,5 saat saxlayın, amma xəmiri bir neçə dəfə yuğurun.
Hazır xəmiri 4 hissəyə bölüb, kündələri 2 sm qalığında yayın. Kökənin üstünə çalınmiş yumurta çəkib, çəngəlin əks tərəfiylə zolaqlar çəkin. 200 gr C 20-30 dəq bişirilir. Çörək qızarılmalıdır. 5 dəq sonra çörəyi qızdırılıcı şkafdan çıxarıb yenə üstünə yumurta sürtüb və çəngəllə zolaqlar çəkib, üstünə xaşxah ya küncüt səpələyib bişirməyi davam edin.
Şəki külçəsi
Tərkibi
1-ci növ buğda unu - 750q, şəkər tozu - 65q, ərinmiş yağ - 150q, (və ya quyruq yağı), yumurta - 1 əd., maya - 15q, duz - 3q, ədviyyə qarışığı (keşniş toxumu - 2q, hil - 2q, zəncəfil - 2q, darçın - 2q, vanil - 1q, zəfəran - 1q) üstünə səpmək üçün xaşxaş.
Hazırlanma qaydasıUn ələnir,ona yağın və yumurtanın yarısı, şəkər, isti suda açılmış maya qatılıb bərk xəmir yotrulur. Xəmir gəlmək üçün 32-350 S temperaturda 1-1,5 saat saxlanılır. Ədviyyələr üyüdülüb yağın qalan hissəsi ilə qarışdırılır. Külçə xəmiri yetişdikdən sonra ondan 300-600 qramlıq kündələr hazırlanır. 0,5-0,7mm qalınlığında yayılır. Xəmirin üzərinə yağlı-ədviyyəli qarışıq sürtülüb dürmək kimi bükülür və yenidən 1,5 sm qalınlığında girdə formaya salınır. 25 dəqiqə istirahətə qoyulduqdan sonra üzünə yumurta sürtülür, xüsusi külçə forması ilə naxışlanırö çəngəllə deşdəklənir və xaşxaş səpilib 190-200 °S temperaturda 25-30 dəqiqə ərzində bişirilir.