ABİTURİYENTİN ELEKTRON ƏRİZƏSİNİ DOLDUR 2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu Ərizə qəbulunun mərhələləri Azərbaycan Respublikası ali məktəblərinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu iki mərhələdə aparılır: - birinci mərhələdə (20 aprel - 31 may 2010-cu il) abituriyentlər "Abituriyentin elektron ərizəsi" formasını şəxsən doldurur. - ikinci mərhələdə (30 aprel - 31 may 2010-cu il) abituriyent tələb olunan sənədləri müvafiq Sənəd Qəbulu Komissiyalarına təqdim edir və elektron ərizəsini təsdiqlədir. Abituriyentin elektron ərizəsi yalnız Sənəd Qəbulu Komissiyası tərəfindən təsdiq ediləndən sonra hüquqi əsasa malik olur. Ərizəsi təsdiqlənməyən abituriyentlər qəbul imtahanlarına buraxılmırlar. "Abituriyentin elektron ərizəsi"nin doldurulma qaydası Abituriyent: - "TQDK-nın ödəmə kartı"nı əldə edir (kartın üzərində iş nömrəsi və şifr göstərilib. Kart itirilməməlidir, şifr məxfi saxlanılmalıdır. Abituriyent yalnız bir ədəd "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə ərizəni doldurub təsdiqlədə bilər); - tqdk.gov.az/ali2010 internet səhifəsinə daxil olur, "TQDK-nın ödəmə kartı"nda göstərilmiş iş nömrəsini və şifri müvafiq sahələrə daxil edib "Daxil ol" düyməsini basır; - Abituriyent sistemə ilk dəfə daxil olursa, şəxsi məlumatları daxil etmək üçün yeni səhifə açılır; Azərbaycan Respublikasının vətəndaşı elektron ərizəni yalnız öz şəxsiyyət vəsiqəsindən istifadə etməklə doldurur. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər elektron ərizəni səxsiyyəti təsdiq edən sənəd kimi milli pasportundan və ya Azərbaycan Respublikasında qeydiyyatı haqqında vəsiqəsindən istifadə etməklə doldururlar. - Azərbaycan Respublikasının vətəndaşı sənədin tipini və seriyasını seçir, sonra şəxsiyyət vəsiqəsinin nömrəsini və PİN-kodunu müvafiq sahələrə daxil edib "Məlumatları göstər” düyməsini basır. Görüntüyə abituriyentin şəxsi məlumatları gəlir. Abituriyent onları nəzərdən keçirib "Növbəti səhifə” düyməsini basır. - Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən verilmiş sənəd təqdim edirlərsə, Azərbaycan Respublikası vətəndaşları ilə eyni əməliyyatları icra edirlər. Milli pasport təqdim edildiyi halda, abituriyent ilk olaraq təqdim etdiyi sənədin növünü seçir, sonra sənədin seriya və nömrəsini, soyadını, adını, atasının adını müvafiq sahələrə daxil edir, doğulduğu tarixi, cinsini, vətəndaşlığını, qeydiyyatda olduğu rayonu və ünvanı göstərməklə "Növbəti səhifə” düyməsini basır. - Ekranda elektron ərizə forması açılır. Abituriyent "Ərizənin doldurulma qaydası”na uyğun olaraq məlumatları ərizənin sahələrinə daxil edir. Ümumtəhsil müəssələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanlarına buraxılan abituriyentlər elektron ərizəni doldurarkən təhsil müəssisəsini bitirdiyi il kimi "2010” göstərməlıdirlər; - Ərizəni doldurduqdan sonra məxfiliyi təmin etmək və kənar müdaxilənin qarşısını almaq məqsədilə "Çıx” düyməsini basır. - Müəyyən edilmiş müddətdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edir və ərizəsini təsdiq etdirir. Ərizəsi təsdiqlənənədək abituriyent elektron ərizəsində düzəlişlər edə bilər. Ərizə təsdiqləndikdən sonra isə ərizədə yalnız TQDK-ya yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür. - Ərizə Sənəd Qəbulu Komissiyalarının məsul şəxsləri tərəfindən təsdiqlənir. - Elektron ərizəsini Sənəd Qəbulu Komissiyasında təsdiq etdirməyən şəxslər imtahana buraxılmırlar. "Abituriyentin elektron ərizəsi”nin doldurulma qaydası "Abituriyentin elektron ərizəsi” forması aşağıdakı hissələrdən ibarətdir : •"Şəxsi məlumatlar” •"Abituriyentlə əlaqə üçün məlumatlar” •"Abituriyentin test imtahanı verəcəyi dil, seçdiyi ixtisas qrupu və imtahan verəcəyi xarici dil haqqında məlumatlar” •"Abituriyentin təhsili haqqında məlumatlar” "Şəxsi məlumatlar” "Şəxsi məlumatları” bu səhifədə birbaşa dəyişməyə imkan verilmir. Əgər abituriyentin şəxsi məlumatlarında hər hansı bir dəyişiklik olubsa, o, "Şəxsi məlumatlarını dəyişib” düyməsini basmalıdır. Abituriyent elektron ərizə formasının digər hissələrini aşağıdakı qaydada doldurur: "Abituriyentlə əlaqə üçün məlumatlar” Abituriyentin faktiki yaşadığı ünvan "Şəxsi məlumatlar” hissəsində göstərilən ünvanla eynidirsə, o, bu hissədəki damanı qeyd edir və faktiki yaşadığı ünvanı onun üçün ayrılmış sahəyə daxil etmir. Abituriyentin faktiki yaşadığı ünvan "Şəxsi məlumatlar” hissəsində göstərilən ünvandan fərqlənirsə, o, bu hissədəki damanı boş saxlayır və faktiki yaşadığı ünvanı onun üçün ayrılmış sahəyə klaviatura vasitəsilə daxil edir. Əlaqə telefonlarını göstərmək üçün abituriyent şəhər (rayon) telefon kodunu və mobil rabitə operatorunun kodunu açılan müvafiq siyahılardan seçir və telefon nömrələrini klaviatura vasitəsilə müvafiq sahələrə daxil edir. "Abituriyentin test imtahanı verəcəyi dil, seçdiyi ixtisas qrupu və imtahan verəcəyi xarici dil haqqında məlumatlar” Bu hissədə abituriyent açılan siyahılardan test imtahanı verəcəyi dili, seçdiyi ixtisas qrupunu və imtahan verəcəyi xarici dili seçir. "Abituriyentin təhsili haqqında məlumatlar” Bu hissədə abituriyentlər bitirdikləri və ya cari ildə bitirəcəkləri təhsillərini (tam orta, orta ixtisas, ali), bitirdikləri təhsil müəssisəsini, onun yerləşdiyi rayonu, orta məktəbdə təhsil aldıqları bölməni açılan siyahılardan seçir və təhsil müəssisəsini bitirdiyi ili müvafiq sahəyə klaviatura vasitəsilə daxil edir. Əlavə olaraq; •orta məktəbi bu il bitirən abituriyentlər Təhsil Nazirliyi tərəfindən onlara verilmiş "Şagirdin kodu”nu daxil etməlidirlər, •ali təhsili olan abituriyentlər ödənişli əsaslarla təhsil alıblarsa, müvafiq bölməni qeyd etməlidirlər. Sonra abituriyent təhsil sənədinin növünü, sənədin verilmə tarixini, seriyasını açılan siyahılardan seçir və sənədin nömrəsini klaviatura vasitəsilə müvafiq sahələrə daxil edir. Abituriyent təhsil müəssisəsini fərqlənmə ilə bitiribsə, müvafiq damanı qeyd edir. Cari ilin məzunları "Təhsil sənədinin növü” siyahısından "Arayış”ı seçirlər. Attestat təqdim edən şəxslər mütləq "Attestat qiymətləri”ni də ərizədə qeyd edirlər. Cari ilin məzunları isə təhsil sənədi barəsində məlumatları həmin sənədi aldıqdan sonra elektron ərizələrinə daxil etməlidirlər. Abituriyent məlumatları daxil etdikdən sonra onların düzgünlüyünü, tam olmasını yoxlayır, "Bəyannamə"ni oxuyur və mütləq "Məlumatları yadda saxla” düyməsini basır. Tələb olunan məlumatların hamısı daxil edilməyibsə, proqram bu barədə müvafiq xəbərdarlıq edir. Proqram apardığı məntiqi yoxlamalar nəticəsində səhv barədə məlumat verərsə, abituriyent müvafiq əlavə və düzəlişlər edir, yenidən "Məlumatları yadda saxla" düyməsini basır. Abituriyent ərizəni doldurduqdan sonra "Çıx” düyməsini basır. Elektron ərizəni doldurarkən aşağıdakı materiallardan istifadə edin! Cari il attestat alan abituriyentlər üçün arayış formaları 2010-cu il aprelin 30-dək - 16 yaşı tamam olmayan abituriyentlər üçün arayış forması - Yaşı 16 və daha yuxarı olan abituriyentlər üçün arayış forması - Təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, cari il buraxılış imtahanına buraxılanlar üçün arayış forması Diplomla sənəd verən abituriyentlər üçün arayış formaları - Attestat qiymətləri haqqında arayış forması - Təhsilin dövlət hesabına və ya ödənişli əsaslarla olması haqqında arayış forması Orta ixtisas təhsili müəssisələrini seçən abituriyentlərin nəzərinə Orta ixtisas təhsili müəssisələrinə (tam orta təhsil bazadan) qəbul aparılan ixtisasları 3 qrupa bölünür: I ixtisas qrupu texniki, iqtisad, hüquq, pedaqoji ixtisaslar və xüsusi qabiliyyət tələb edən dizayn və bədən tərbiyəsi ixtisasları; II ixtisas qrupu kimya-texnoloji və tibb ixtisasları; III ixtisas qrupu humanitar ixtisaslar və xüsusi qabiliyyət tələb edən incəsənət və musiqi ixtisasları; Orta ixtisas təhsili müəssisələrinin I qrup ixtisaslarını ali təhsil müəssisələrinin bütün ixtisas qrupları üzrə, II qrup ixtisaslarını ali təhsil müəssisələrinin I və IV ixtisas qrupları üzrə, III qrup ixtisaslarını isə ali təhsil müəssisələrinin III ixtisas qrupu üzrə imtahan verən abituriyentlər seçə bilərlər. Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə elektron ərizə verən abituriyent üçün təlimat Abituriyent: - Tələb olunan sənədləri toplayır; - "TQDK-nın ödəmə kartı"nı əldə edir (kartın üzərində iş nömrəsi göstərilib. Kart itirilməməlidir, onun şifri məxfi saxlanılmalıdır. Abituriyent yalnız bir ədəd "TQDK-nın ödəmə kartı"ndan istifadə etməklə ərizəni doldurub təsdiqlədə bilər); - tqdk.gov.az/ali2010 internet səhifəsinə daxil olaraq abituriyentin "Elektron ərizə"sini doldurur. - müəyyən edilmiş tarixlərdə sənədlərini müvafiq Sənəd Qəbulu Komissiyasına təqdim edir və ərizəsini təsdiq etdirir. Ərizəsi təsdiqlənənədək abituriyent elektron ərizəsində düzəlişlər edə bilər. Ərizə təsdiqləndikdən sonra isə ərizədə yalnız TQDK-ya yazılı şəkildə müraciət etməklə düzəlişlər aparmaq mümkündür. - ərizə Sənəd Qəbulu Komissiyalarının məsul şəxsləri tərəfindən təsdiqlənir.
|