Bu muzey Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin öz dövrünün bir çox böyük şəhərləri ilə müqayisə edildiyini bir daha sübuta yetirəcək.
Qəbələdə açıq səma altında muzey yaradılacaq. Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, iki il müddətinə hazır olacaq muzey Azərbaycan və Koreya Respublikasının birgə əməkdaşlığı sayəsində yaradılacaq. Bu muzey Qədim Qafqaz Albaniyasının paytaxtı olmuş Qəbələnin öz dövrünün bir çox böyük şəhərləri ilə müqayisə edildiyini bir daha sübuta yetirəcək. Hazırda qədim şəhərin xarabalıqlarını üzə çıxarmaq istiqamətində intensiv qazıntı işləri aparılır. Bu xarabalıqlar torpaq altından çıxdıqdan sonra yaradılacaq muzeyə çoxsaylı turistlər də maraq göstərəcəklər.