Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 22 » Orta ixtisas məktəblərinə ixtisas seçimi elanı
Orta ixtisas məktəblərinə ixtisas seçimi elanı
09:49

2010/2011-ci tədris ili üçün orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında (11 illik) tələbə qəbulu müsabiqəsində iştirak etmək üçün ixtisas seçimi elanı dərc olunub.

Azərbaycan Respublikasının orta ixtisas təhsili müəssisələrinə tam orta təhsil bazasında tələbə qəbulu müsabiqəsi Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında toplanılan ballar əsasında aparılır.

Orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
Orta ixtisas məktəblərinə qəbul aparılan ixtisaslar 3 qrupa bölünür:
- I qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I, II, III və ya IV qrupları üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.
- II qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin I və ya IV qrupları üzrə ümumi balı 50-dən az olma¬yan abituriyentlər iştirak edə bilərlər.
- III qrup ixtisasların müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

- III qrupun xarici dil ixtisaslarının müsabiqəsində ali təhsil müəssisələrinin III qrupu üzrə ümumi balı 50-dən və müvafiq xarici dil fənni üzrə nisbi balı 5-dən az olmayan abituriyentlər iştirak edə bilərlər.

III ixtisas qrupu üzrə test imtahanı verən abituriyentlər orta ixtisas təhsili müəssisələrinin ixtisaslarının müsabiqəsində ən çox bal topladıqları altqrupun balı ilə iştirak edirlər.

Orta ixtisas məktəblərinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını seçmək üçün abituriyentlərin nəticələri (qabiliyyət və test imtahanları üzrə) təqdim edilmiş müsabiqə şərtlərinə uyğun olmalıdır. Bu şərti ödəyən abituriyentə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı müvafiq qrup daxilində digər ixtisasları da seçmək imkanı verilir.

İxtisas seçimi avqustun 6-dan 10-dək internet vasitəsilə aparılır. Abituriyentlər elektron ərizədə orta ixtisas məktəblərinin ixtisasları ilə yanaşı ali təhsil müəssisələrinin boş qalan yerləri olan ixtisaslarının da kodlarını (bunlar “Abituruyent” jurnalının 7-ci sayında təqdim olunacaq) göstərə bilərlər.

İxtisas seçmək hü¬ququ olan abituriyent ali təhsil müəssisələrinin və orta ixtisas təhsili müəssisələ¬rinin təhsili dövlət sifarişi əsasında (dövlət hesabına) və ödənişli əsaslarla olan 15-dək ixtisas kodu¬nu seçir və onları www.tqdk.gov.az/ali2010/pageparol.aspx internet ünvanında yerləşən “Abituriyentin elektron ixtisas seçimi ərizəsi”nə istədiyi ardıcıllıqla daxil edir. Ərizəsini təsdiqləmək üçün isə abituriyent TQDK-nın yeni ödəmə kartını alır və onun şifrindən istifadə edir

Elektron ərizəsini təsdiqləməyən abituriyentər müsabiqəyə buraxılmayacaqlar.

Qəbul qaydaları, müsabiqə şərtləri, qəbul aparılan ixtisaslar və digər zəruri məlumatlarla “Abituriyent” jurnalının 5-ci sayında tanış olmaq olar.

Kateqoriya: Tehsil | Baxılıb: 2075 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.0/1 |
Ümumi şerh: 4
11.08.2012
4. gunel [Xeber]
.salam men 1ci qrupda 150 bal toplamisam texnikuma duwe bileremmi?

12.07.2011
3. lala [Xeber]
.salam men 3 qrupdan 147 bal toplamisam hansi texniluma duse bilerem???

10.08.2010
2. nermin [Xeber]
.men 2 qrupa imtahan vermiwem 191 bal topladim nece bilim texnikoma duwmuwem..bilen varsa xahiw elirem yazsin

02.08.2010
1. AGAYEV ELSEN [Xeber]
.cox gozel

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024