İyun ayının 19-da cəbhənin Tərtər rayonu istiqamətində atəşkəsin pozulması nəticəsində 4 erməni əsgərini məhv edən və elə o sayda da yaraladıqdan sonra qəhrəmanasına həlak olan Mübariz İbrahimovun cəsədi hələ də düşmən tərəfindədir. Müdafiə Nazirliyi bununla bağlı “Üzərimizə düşən hər bir işi görürük” desə də hələ ki, heç bir nəticə yoxdur. “Canım, atam və anam. Məndən sarı darıxmayın. İnşallah, cənnətdə görüşəcəyik. Mənim üçün bol-bol dua edin. Vətənin dar günündə artıq ürəyim dözmür. Allaha xatir bunu etməliyəm. Ən azından ürəyim sərinlik tapar.
Şəhid olanadək bu şərəfsizlərin üzərinə gedəcəyəm. Şəhid olsam - ağlamayın. Əksinə, sevinin ki, o mərtəbəyə yüksəldim. Allaha ibadətlərinizi dəqiq yerinə yetirin. Çoxlu sədəqə verin. Seyid nəvəsi olaraq bunu etməliyəm. Allah böyükdür. Vətən sağ olsun. Oğlunuz Mübariz. Haqqınızı halal edin”.
Bu sözlər cəbhənin Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun valideynlərinə ölümündən bir gün qabaq yazdığı məktubdandır.
Şəhidin atası Ağakərim kişi bu məktubu əzbərləyib, bizimlə söhbəti zamanı məktubda yazılanları olduğu kimi deyir...
Şəhid Mübariz İbrahimovun haqqında daha çox öyrənmək üçün Biləsuvara gedirəm. Mübarizi doğulub boya-başa çatdığı Biləsuvar rayonunda hamı tanıyır. Elə yolda, taksi ilə gedərkən maşında hamı onun cəsarətindən və ürəkli bir insan olduğundan danışırdı. Yolda dedilər ki, Mübarizin atasının evi Biləsuvar rayonunun Əliabad kəndindədir. Kəndin girəcəyində yerləşən orta məktəbin yanında bir ev var. Evin həyətində Azərbaycanın üçrəngli bayrağı dalğalanır. Kənddə yaşayanlar bu evin Ağakərim İbrahimovun olduğunu deyirlər. Evə yaxınlaşıram...
Həyətin darvazaları açıqdır; çoxlu stol-stul düzülüb. Bir küncdə bir neçə nəfər əyləşib. Sakit və qəmgin insanlardan ikisi şəhid Mübariz İbrahimovun qardaşlarıdır. Onun dostları da burada idi. Bizi qarşılayan Mübarizin qardaşı atasının namazda olduğunu deyir. Bir neçə dəqiqə sonra namazını qurtaran şəhidin atası da gəlir. Ağakərim kişinin gözlərindən ələm yağır. Amma bu kədərin arxasından bir təmkin və qürur da boylanır...
Mübarizin uşaqlığından danışan ata onun vətənə bağlı bir gənc olduğunu deyir: “1994-cü ildə Mübariz birinci sinfə gedib. Məktəbdə əlifba bayramı keçirilirdi. Mən özüm toylarda və şənliklərdə oynayan insan deyiləm. O, əsgər mahnısı çaldıraraq təkid etdi ki, mən də onunla oynayım. Əslində bu hadisə mənim yadımda elə də qalmamışdı. Bu yaxınlarda onun müəllimləri mənə danışdı. Hər bir vəchlə vətən bayrağını ucalığa qaldırmağı düşünürdü. Namaz qılardı. Çox tərbiyəli idi. Ən acığı gələn şey yalan və rüşvət idi. Rüşvət alıb-verən insanlara pis baxardı. İki yol seçmişdi. Deyirdi ya hərbçi olacaq, ya da idmançı. Onun daxilindəki vətən, torpaq sevgisi çox böyük idi. Bu sevgiyə qapanmışdı”.
Şəhid atası qəhrəman oğlunun şəkillərini göstərir. Onun haqqında titrək səslə danışır. Mübarizin qardaşı həyətdəki bir stulu göstərir. Orada Qarabağ sözü yazılıb. Köhnə və itmək üzrə olan cizgilərlə yazılmış yazının Mübarizə məxsus olduğunu deyirlər. Qardaşı da ondan danışır. Deyir ki, Mübariz həmişə üstündə Azərbaycan sözü yazılmış, bayrağı həkk olunmuş paltarlar geyərmiş. Dostları da onun uşaqlığından danışır, Mübarizin mərd bir insan olduğunu deyirlər.
Mübarizin atası oğlunun gələcək haqqında danışdığı sözləri xatırlayır: “Hərdən ”Zalımın düşməni, məzlumun dostuyam", “Ata, fəxr et ki, sənin manqal ürəkli oğlun var” kimi sözlər deyərdi. Hərbi hissədə də hamı ondan razılıq edirdi. Komandiri ondan tərif dolu məktublar yazardı. Oğlum bir dəfə dedi ki, gizir olmaq istəyirəm. Dedim, Daxili Qoşunlarda qalardın, şəhərin içidir, sənə rahat olar. Dedi ki, mən paytaxtda qalsam, millətimə qarşı çıxmayacağam. Birdən aksiya və mitinqlər zamanı insanları dağıtmaq üçün göstəriş verə bilərlər. “Mən öz millətimin insanlarına əl qaldıra bilmərəm”, - deyirdi. Artıq məni də özünə uyğunlaşdırmışdı. Ora da gedəndən sonra belə oldu. Hətta bir dəfə əsgərləri döyən bir yüksək rütbəli şəxsə etiraz edib. Əsgərləri söydüyünə görə onunla dava da edib. O, əsgər yoldaşlarını müdafiə edər, onları çox istəyərdi".
Ağakərim kişi o məşum xəbəri necə aldığından da danışdı. Nə qədər ağır olsa da: “Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki. Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhəddə tərəf gedin. Sonra da məktubunu tapmışdılar. Danışanda da deyirəm ki, o, mənə qalib gəldi, arzusuna çatdı.
Hadisədən bir gün qabaq bizə zəng vurmuşdu. Demə, ayın 17-də bunu edəcəkmiş. Sadəcə həmin gün kağız tapa bilməyib. Daha sonra gecə saat 11-də telefonla mənə zəng vurdu. Nəsə demək istəyirdi, amma hiss edirdim ki, deyə bilmir. Soruşdum xəstələnməyibsən ki. Özünü toplayıb dedi, heç bir şey yoxdur, narahat olmayın. Səhəri günü isə kağızı tapıb və bu məktubu yazıb. Hətta bir əsgər bunun arxasınca gəlirmiş. Hara getdiyini soruşurmuş. O da əsgərin üstünə qışqıraraq, “qayıt, dala, sənlik deyil”, deyib. Həmin hərbi hissədə də olmuşam. Hamı Mübarizdən danışır. İrəliyə də getdim. Həmin tərəflərə baxdım. Amma..."
Şəhid atası bunu deyir və gözləri dolur. Danışmağa çətinlik çəkir. Qardaşı isə Mübarizin sözlərindən sitat gətirir. Deyir ki, Mübariz “mən evlənməyəcəm, mənim yolum başqadır”, kimi sözlər deyərmiş.
* * *
Şəhidin ata yurdunu tərk edib rayon mərkəzinə qayıdıram. Burada hər yerdə şəhid gizirimiz Mübariz İbrahimovun şəkillərinə rast gəlirəm. Hamı onun şəklini market və bazarlara, çayxanalara, evlərin divarlarına, küçələrə, maşınların şüşələrinə vurub. Hamı onun qəhrəmanlığından danışır.
Dünən isə 10-15 yaşlı uşaqlar paltarlarının sinəsinə Mübarizin şəkilini vuraraq rayonda yürüş keçiriblər. Hamı onun cəsədinin erməni əsgərlərinin əlində qalmağından narahatdır. Elə onun ailəsi də.
Beləcə, Biləsuvardan qayıdırıq. Yolda bir uşaqla rastlaşıram. O da Mübarizin şəkilini sinəsinə vurub. Bu uşaq deyir ki, “mən də Mübariz kimi olacam, düşmənləri öldürəcəm”.
Hamı qəhrəman Mübarizdən danışır. Bu igidə dövlətimiz milli qəhrəman adı verməlidir - o, əsil milli qəhrəman kimi savaşıb, bir neçə düşməni öldürüb, geri çəkilməyib və vuruşa-vuruşa da şəhid olub.
Vətən sağ olsun...
Onu unutmayaq. ALLAH RƏHMƏT ELƏSİN!.
MƏNBƏ:musavat.com
Beynəlxalq Qızıl Xaç Komitəsi Ermənistan tərəfində qalan Azərbaycan hərbçisi Mübariz İbrahimovun meyitinin təhvil verilməsi ilə bağlı rəsmi İrəvana ünvanladığı müraciətə cavab alıb. Komitənin Azərbaycan nümayəndəliyinin beynəlxalq hüquq yayımı şöbəsinin müdiri İlahə Hüseynova ANS-ə açıqlamasında bildirib ki, artıq bu barədə Mübariz İbrahimovun ailəsinə və Müdafiə Nazirliyinə məlumat verilib. Müraciətin mətninə gəldikdə isə bu məxfi saxlanılır. İndi şəhid ailəsinin və yaxınlarının yeganə istəyi Mübariz İbrahimovun meyitinin qaytarılmasıdır.
Mübariz İbrahimovun anası Şamama Əmirova belə bir oğlu olduğu üçün fəxr etdiyini deyib: "26 gündür gözümüz yoldadır, kimdir bununla məşğul olanlar? Uşağımı istəyirəm, meyitini gətirib çıxarsınlar. Kafirlərin əlindən, ermənilərin əlindən alsınlar”.
Şəhidin dayısı Yaqub Əmirov isə bildirib ki, Mübariz Vətəni, dövləti olduqca çox sevirdi. “Mən bilirəm dövlət çalışır. Mübarizin cənazəsi qaytarılıb kəndində dəfn olunsa, anası üçün təsəlli olar, ağlamaz da. Elə bir oğulun anası özü qəhrəmandır”,- deyə Yaqub Əmirov bildirib.
Hər an ölümlə üz-üzə cəbhə xəttində qarşı tərəfin həmləsini dəf edən Milli Ordumuzun hərbçisi Mübariz İbrahimov ölümündən əvvəl ailəsinə məktub da yazıbmış. Həmin məktubu şəhidin hərbçi yoldaşları ailəsinə verib. “Canım atam və anam! Şəhid olsam, ağlamayın, əksinə sevinin ki, o mərtəbəyə yüksəldim. Şəhid olana kimi bu şərəfsizlərin üzərinə gedəcəm. Allah böyükdür. Vətən sağ olsun!”,- deyə Mübariz İbrahimovun məktubda deyilir.
Qeyd edək ki, şəhidin doğulduğu Biləsuvar rayonu indi başdan-ayağa qəhrəman övladının şəkilləri ilə doludur. Mübariz İbrahimovun şəkillərinə burada hər yerdə rast gəlmək olur. Küçə və dükanları, avtobusları, adi minik avtomobillərini qəhrəman Azərbaycan hərbçisinin şəkilləri bəzəyir. Biləsuvar gəncləri onunla bağlı müxtəlif qəhrəmanlıq çarxları da hazırlayıb. İndi bu çarxları Biləsuvarda bütün mobil telefonlarda tapmaq olar.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elxan Poluxov və Əsir, itgin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komitəsinin sədri Firudun Sadiqov isə bildirib ki, hazırda məsələ ilə Müdafiə Nazirliyi məşğuldur. Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu isə ANS-ə açıqlamasında deyib ki, hələlik şəhid hərbçimizin meyitinin qaytarılması ilə bağlı rəsmi Bakının cəhdləri heç bir nəticə vermir. Səbəb isə beynəlxalq hüquq normalarına zidd olaraq İrəvanın qəddar qısasçılıq yolu seçməsidir. Buna baxmayaraq qəhrəman hərbçimizin meyitinin geri qaytarılması üçün bütün zəruri addımlar atılacaq.
Xatırladaq ki, Milli Ordumuzun giziri Mübariz İbrahimov ötən ayın 18-dən 19-na keçən gecə cəbhənin Tərtər istiqamətində baş verən ağır döyüşdə qəhrəmancasına şəhid olub. O, Azərbaycan ordusunun mövqelərinə həmlə edən 4 erməni hərbçisini təkbaşına öldürüb, sonra özü şəhid olub. Ancaq bu günə kimi onun meyiti qaytarılmayıb.
MƏNBƏ:anspress.com
Mübariz İbrahimov Ağakərim oğlu- 1988 ci il fevralın 7 de Biləsuvar rayonu Əliabad kəndində anadan olub.1994-cü il şəhid M.Piriyev adina Əliabad kənd orta məktəbinin 1-ci sinfinə daxil olub.11 il oxuduqdan sonra 2005 ci ildə orta məktəbi bitirib.Elə həmin il hərbi xidmətə cağrılıb.Xidmətinə (DQ) Daxili Qoşunların N say...lı hərbi hissəsinin (XTB) Xüsusi Təyinatlı Bölüyündə başlamışdır.Xidməti zamanı çavuş rütbəsi almış və xidmətini 2007-ci ildə bitirmişdir.Bir müddət mülki işlərdə işlədikən sonra 2008 ci ilin yayında yenidən öz arzusu ilə hərbiyə qayıtmaq istəsə də valideynlərinin razılığı olmayıb.Yenidən 2009-cu ilin avqust ayında valideynlərini razı salıb və hərbi xidmətə yollanıb.Bu dəfə artı Gizir kimi çalışmağa başlayıb.Cox çalışsa da əvvəl-əvvəl bir neçə ay düşmənlə sərhəd olan rayonlarda xidmət etmək nəsib olmayıb.Nəhayət 2010 cu ilin aprel ayindan Tər-Tər rayonunun N saylı hərbi hissəsində xidmətinə başlayir.Çox çəkmir ki,uzun müddət düşündüyü,arzusunda olduğu ŞƏHİDLİK planını həyata keçirmək və düşmənə ən sarsıdıcı zərbəni vurmağın yollarını tapır.Nəhayət ömrünün ən gənc cağında 22 yaşında (1988-2010) 19 iyun 2010-cu il tarixində gece saat 23:30- radələrində düşündüyü əməliyyata başlayır.22 yaşlı bu mərd oğul 1 km-lik neytral məsafəni (minalanmış sahəni) tək keçir və mənfur düşmənlərimizin ağla sığmaz sayda əsgər və zabitini elə birinci həmlədə məhv edir.Sonra isə düşmənin öz silahlarını özünə istifadə edərək 5 saat tək orduya qarşı döyüşur.Düşmən ağır itkilərə məruz qalsa da nəhayət ki, səhər saatlarında canını bu bəladan qurtara bilir.İgid vətən oglu 19 iyun 2010-cu il tarixində qəhrəmancasına həlak olur.Özünün də dediyi kimi VƏTƏN SAG OLSUN ! Allah rəhmət eləsin,qəbri nurla dolsun,yeri cənnətlik olsun....Amin
19 iyun 2010 cu il Ter-Terin Cayli kendi yaxinliginda dusmenlerimize ibret desri vermis bu 22 yasli ...igid,tek dusmenin postunu kecmis ve 6 saat doyusdukden sonra dusmenin 140-dan chox esger ve zabitini mehv etmisdir.Qayitmaq imkani ola-ola geri donmemis daha da ireli getmis ve veten yolunda,bizler ucun canindan kecmisdir. Mehz bundan sonra ermenistanda 3 gunluk matem elan olunmushdur. En boyuk arzusu olan shehidlik zirvesine ucalmisdir.Bu sekilleri goren her bir azerbaycanli onu en uca zirvelerde yasatmaga en azindan bir vetendas kimi borcludur.Xalqimiz bilmelidir ki Ramil Seferov ve Mubariz İbrahimov kimi ogullar hemise olub,olur ve bundan sonra da olacaq...Her sey veten ucun ! Allah veten yolunda sehid olmus butun ogullarimiza rehmet etsin .....amin
Yazdığı son mektub:
İgid ogulun son mektubunu sizlere catdirmaq isteyirem--Atama ve anama məktub!!!!!Canım Atam ve Anam ...məndən sarı darıxmayın İnşallah cənnətdə göruşəcəyik.Mənim üçün bol-bol dua edin.Vətənin dar günündə ürəyim dözmür.Allah xatirinə bunu eləməliyəm ən azından ürəyim sərinlik tapar.İnşallah şəhid olana kimi bu şərəfsizlərin üstünə gedəcəm Şəhid olsam ağlamayın əksinə sevinin ki,o mərtəbəyə yüksəldim.Allah böyükdür,VƏTƏN SAĞ OLSUN ! Haqqınızı halal edin ...oglunuz İbrahimov Mübariz
İyunun 19-da Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən bir neçə erməni əsgərini öldürərək qəhrəmancasına şəhid olan Milli Ordunun 22 yaşlı giziri Mübariz Ağakərim oğlu İbrahimovun meyiti hələ də təmas xəttindədir. Şəhidin meyiti hələ ailəsinə təhvil verilməyib. Bu barədə ANS-ə mərhumun yaxınları məlumat verib.
Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası 22 yaşlı gizir Mübariz İbrahimovun meyitinin qaytarılması tələbi ilə beynəlxalq təşkilatlara müraciət edib. Komissiyanın işçi qrupunun rəhbəri Firudin Sadıqovun sözlərinə görə, beynəlxalq hüquq normalarına əsasən meyidin döyüş bölgəsində saxlanması yolverilməzdir və bu, beynəlxalq qurumların diqqətinə çatdırılacaq.