Ölkə başçısının sərəncamı ilə ölümündən sonra «Azərbaycanın milli qəhrəmanı» adına layiq görülən gizir Mübariz İbrahimov haqqında mahnı yazılıb.
Mahnının bəstəkarı Faiq Sücəddinov, söz müəllifi Baba Vəziroğludur. F.Sücəddinovun Milli.Az xəbər portalına bildirdiyinə görə, mahnını bir neçə müğənni - xalq artistləri Brilyant Dadaşova, Zülfiyyə Xanbabayeva, əməkdar artist İlqar Muradov, müğənnilər Natavan Həbibi, Elton və «Şeron» qrupunun üzvləri səsləndiriblər. Bu günlərdə isə İctimai Televiziyanın əməkdaşları tərəfindən mahnının ekran versiyası hazırlanıb.
Bəstəkarın əlavəsinə görə, klipdə sənətçilərin üçrəngli bayraq altında ifaları və M.İbrahimov haqqında çəkilən sənədli filmin kadrları yer alıb. Milli qəhrəmanın təmas xəttini keçərək ermənilərlə təkbaşına mübarizəsi və həlak olduğunu gösərən sənədli kadrlar klipdə nümayiş etdirilir.
F.Sücəddinov bildirdi ki, klip sabahdan etibarən İctimai Televiziyada yayımlanacaq.