Başlıq » 2010 » İyun » 22 » Müəllimlərin attestasiyası mənfi nəticələr verə bilər
Müəllimlərin attestasiyası mənfi nəticələr verə bilər
19:40
Təhsil naziri bu islahatların tədricən və ehtiyatla aparılmasının tərəfdarıdır
“Azərbaycan cəmiyyəti müəllimlərin attestasiyasına hələ hazır deyil. Bu gün orta məktəblərdə attestasiya keçirməyə başlasaq, hərə bir tərəfdən məsələ qaldıracaq. Bu isə bizim müsbət işimizə də mənfi təsir göstərəcək”. Təhsil naziri Misir Mərdanov bu gün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən belə deyib.
Nazir qeyd edib ki, təhsil sahəsindəki bu cür islahatlara çox ehtiyatla, həm də tədricən gedilməlidir. Çünki irimiqyaslı islahatlar bəzi hallarda gözlənilənlərin əksinə olaraq, ümumi inkişafa mane ola və təhsildə mənfi nəticələr verə bilər.
“Biz artıq müəllimlərin yeni işə qəbul qaydaları müəyyənləşdirmişik və bu, əslində attestasiyaya hazırlığın bir mərhələsidir. Çünki yeni işə qəbul olunan müəllimlər mərkəzləşdirilmiş qaydada müəyyən tələblərə cavab verməlidir. Bunun özü elə müəllimlərin attestasiyasını əvəz edir” – deyə, Misir Mərdanov əlavə edib.