Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Noyabr » 22 » Misir Mərdanov: “Nə şagirdlər, nə də müəllimlər hicabla dərsdə iştirak edə bilməz”
Misir Mərdanov: “Nə şagirdlər, nə də müəllimlər hicabla dərsdə iştirak edə bilməz”
18:02

“Heç bir məktəbdə, heç bir təhsil müəssisəsində nə şagirdlər, nə də müəllimlər hicabla dərslərdə iştirak edə bilməz. Azərbaycanın dövlət məktəblərində təhsil alan şagirdlər məktəbdə məktəbli formasında olmalıdırlar.

Lazım gələrsə, biz məktəbə məktəbli formasında gəlməyən şagirdləri dərsə buraxmayacağıq”.

Bunu təhsil naziri Misir Mərdanov jurnalistlərə açıqlamasında söyləyib.

Onun sözlərinə görə, artıq Azərbaycanda məktəbli formasına keçilib: “Ona görə də kimliyindən asılı olmayaraq, bütün məktəblilər dərsə məktəbli formasında gəlməlidir”.

Təhsil naziri deyib ki, son vaxtlar Azərbaycan Müəllimlər İnstitutunda və digər başqa təhsil müəssisələrində hicabla məktəbə gələn tələbələrin dərsə buraxılmaması barədə şikayətlər eşidilir. Misir Mərdanov qeyd edib ki, Təhsil Nazirliyi bu məsələdə ali və orta məktəb rəhbərliyinin mövqeyini dəstəkləyir. Onun sözlərinə görə, orta məktəblərdə 1-ci sinifdən 11-ci sinfə qədər hər bir məktəbli məktəbli formasında dərslərdə iştirak etməlidir. Ali məktəbdə isə birinci kursdan sonuncu kursa qədər də tələbələr analoji qaydalara əməl etməlidirlər.

Misir Mərdanov vurğulayıb ki, əgər orta məktəblərdə şagirdlər məktəbli formasında dərslərdə iştirak etmirlərsə, o halda həmin şagirdin dərsə buraxılıb-buraxılmaması məsələsini məktəb rəhbərliyi özü həll edir.

Nazir Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialının açılması məsələsinə də münasibət bildirib: “Bu məsələni Misir tərəfi bizdən xahiş etmişdi. Üç il ötməsinə baxmayaraq, Azərbaycan Dövlət Neft Akademiyasının Misirdə filialının açılmasını həyata keçirə bilməmişik. Onların istəyi var, amma ayırdıqları yer Azərbaycan tərəfini qane etmir. Biz nə vaxt bütün məsələlərlə razılaşsaq, onda bu məsələ həllini tapacaq. Filial açılmalıdır, amma bunun konkret tarixi hələlik bəlli deyil”.

Kateqoriya: Tehsil | Baxılıb: 1000 | Elave eden: ANAR_PUSU | Reytinq: 1.0/1 |
Ümumi şerh: 6
25.12.2010
6. Meley [Xeber]
.Ya Allah askina bu problem deyil.Ne olar tesile fikir verin.Savadsizliq bas alib gedir.Eh ne bilim bu islerin axiri nece olacaq bilmirem.Hec lutlere deyen yoxdu ki geyinin ayibdi .ne ise danissan bir qebahet danismasan 1 qebahet.Allah sen ozun komek ol bu millete

24.11.2010
5. Anar (ANAR_PUSU) [Xeber]
.hicaba qadağa qoyulmur, sadəcə olaraq məktəbdə vahid forma tətbiq edilir və hər kəs eyni formada dərsə gəlməlidir.mən təhsilimizin səviyyəsindən razı olmasam da bu qərarı normal qarşılamaq olar.amma onu da deyim ki, bu məsələdə sərbəstlik verilməsi də yaxşı qarşılana bilərdi.hicablı olmaq da olar olmamaq da.esas olan odur ki, hər bir kəsin ürəyində ən birinci ALLAH sevgisi olsun, əxlaqlı olsun, yaxşı əməl sahibi olsun, pis əməllərdən uzaq olsun.onsuz da bunu dərk edən bunlara əməl edəcək, başı bagli olsa da olmasa da.

22.11.2010
4. Feride [Xeber]
.biabirciliqdir e.tehsilimizde o qeder problem qusur var ki onlari aradan qaldirmaq lazimdir.cemiyyetde cirkinliklere sebeb olan dirnaq arasi qizlarin mektebe giriwinin qarwisini almaq lazimdireee hicablilari mektebden kenarlawdirmaq yox.Allah komeyimiz olsun inwallah.inwallah bu mesele hicablilarin xeyrine hell olunar.bu dovletde yawadigimcun qurur duyuram sozunu demeye dililm gelmir eee.her cirkinlik her zir zibil.ne bilimeee.ozunu ne qeder qoruyasan sigortaliyasan?dehwetdir dehwet qcib qurtulmaga da yer yoxdur ki qacasan.Allah sebr versin inwallah

22.11.2010
3. sakina [Xeber]
.xahiş edirəm,əgər mümkünsə cavab verin

22.11.2010
2. sakina [Xeber]
.hicab məsələsini dövlət rəhbərliyi səviyyəsində qaldırılarsa,buna aid müvafiq qanunvericilik təsdiq edilərsə,bütün abirini gözləyən qızların təhsili barədə konkret bir nəticə əldə etmək məqsədəuyğun olardı.

22.11.2010
1. sakina [Xeber]
.hicablıların kütləvi şəkildə diskriminasiya edilməsi məsələsini qaldırmaq vaxtıdır.Niyə?əgər qızlar öz abırlarını uşaq yaşlarından qorumağı bacarırsa, bunun neyi pisdi?

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Noyabr 2010  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024