Bu il may ayının 9-u bazar gününə təsadüf etdiyindən həmin günün səhəri Azərbaycanda qeyri-iş günü hesab olunacaq.
Bu barədə Nazirlər Kabinetindən bildirilib.
Belə ki, Əmək Məcəlləsinin 105-ci maddəsinin 5-ci hissəsinə və Nazirlər Kabinetinin "2010-cu ildə Novruz, Ramazan, Qurban bayramları və bayram günləri ilə əlaqədar iş günləri hesab olunmayan istirahət günləri haqqında" 26 noyabr 2009-cu il tarixli, 183 nömrəli qərarına əsasən, mayın 10-u istirahət günüdür.
9 May – Faşizm üzərində Qələbə Günü Azərbaycanda rəsmi bayram günü kimi qeyd olunur.
Mayın 10-u isə Azərbaycanda Gül Bayramı kimi qeyd olunur