Onlar kenquru kimi atılıb-düşür, iki ayaqları üstə gəzirlər Azərbaycanın Lerik rayonundakı istirahət mərkəzlərindən birində iki möcüzəli əkiz pişik balası burada dincələnlərin böyük marağına səbəb olub.Belə ki, 15 gün öncə istirahət mərkəzində peyda olan pişik balalarının qabaq əlləri anadangəlmə kenquruda olduğu kimi eynidir. Yəni ki, pişiklərin ayaqları əyridir, kenquru kimi arxa ayaqları üstə gəzirlər, amma adi pişiklər kimi qidalanırlar.
Əkiz pişik balalarının bütün hərəkətləri bir-birinin eynidir. Turizm mərkəzinin işçisi bildirir ki, balalar hamının marağına səbəb olduğundan onların qidalanması heç də problem deyil. Əti çox sevən balacalar onun iyini hiss edən kimi atlana-atlana gəlirlər və insanlardan da çəkinmirlər.
Pişik balalarını bir adla adlandırıblar – “Məstan”. “Məsi” deyən kimi hər iki pişik balası harada olsalar qaçıb gəlirlər.İstirahət mərkəzinin işçilərinin sözlərinə görə, son vaxtlar buraya turistlərin əməlli-başlı axını başlayıb. Pişiklərin sorağını eşidən uşaq və yeniyetmələr onları oynadıb, şəkillərini çəkmək üçün istirahət mərkəzinə axışırlar.