"Nielson" şirkəti araşdırmalardan sonra belə qənaətə gəlib Dünya əhalisinin 51 faizi Futbol üzrə dünya çempionatını izləyir. "Nielson" şirkəti dünyanın 55 ölkəsində 27 min nəfər arasında keçirdiyi sorğudan sonra belə bir qənaətə gəlib.
Şirkətin araşdırmalarına görə, Braziliyada əhalinin 84 faiz mundialın oyunlarına tamaşa edir. Məlumata görə, Argentina əhalisinin 83, Cənubi Koreyanın 76, İtaliya və Portuqaliyanın 75, Zambiyanın isə 69 faiz əhalisi dünya çemnpionatının oyunlarını seyr edir. Bununla yanaşı rəyi soruşulanların 21 faizi dünya çempionatının oyunlarına mobil telefon vasitəsilə baxdıqlarını bildiriblər.
Xatırladaq ki, dünya çempionatına dünən start verilib. İlk oyun günündə CAR – Meksika və Fransa – Uruqvay komandaları qarşılaşıblar. Birinci matç 1:1, ikinci qarşılaşma isə 0:0 hesabı ilə başa çatıb
Bu gün isə futbol üzrə Dünya çempionatı -2010 çərçivəsində ikinci oyun gününə start veriləcək. Günün açılış qarşılaşması “B” qrupundakı komandaların görüşü ilə yadda qalacaq. Saat 16:30-da Cənubi Koreya və Yunanıstan komandaları üz-üzə gələcək.
İkinci matç isə Argentina və Nigeriya komandaları arasında oynanılacaq. Matç Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Nəhayət günün son oyunu 23:30-da başlayacaq. “C” qrupunun ilk oyununda İngiltərə və ABŞ komandaları qarşı-qarşıya gələcək.
Qeyd edək ki, Dünya çempionatı iyulun 11-dək davam edəcək.