FİFA Dünya Çempionatı-2010-nun rəmzi yığmasını müəyyənləşdirib. Yığmaya düşən futbolçular azarkeşlərin beynəlxalq futbol qurumunun rəsmi saytında səsvermələrindən sonra seçilib.
Sizə rəmzi “onbirliyi” təqdim edirik:
Qapıçı İker Kasilyas (İspaniya), müdafiəçilər: Filipp Lam (Almaniya), Maykon (Braziliya), Serxio Ramos, Karles Puyol (hər ikisi İspaniya), yarımmüdafiəçilər: Bastian Şvayştager (Almaniya), Uesli Sneyder (Hollandiya), Xavi və Andres İnyesta (hər ikisi İspaniya), hücumçular: David Vilya (İspaniya), Dieqo Forlan (Uruqvay), baş məşqçi Visente del Boske (İspaniya).