Başlıq » 2011»Mart»1 » “Çocuklar duymasın” “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracaq
“Çocuklar duymasın” “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracaq
16:35
“Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Azərbaycanda nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracaq
Türkiyənin ATV televiziyasında yayımlanan məşhur “Çocuklar duymasın” serialının prodüseri və ssenaristi Birol Güvən Azərbaycanın “Xəzər” telekanalında nümayiş olunan “Aramızda qalsın” serialına qarşı məhkəmə iddiası qaldıracağını açıqlayıb.
APA-nın Türkiyə xəbər portallarına istinadən verdiyi məlumata görə, B. Güvən vəkillərinə bu barədə təlimat verdiyini bildirib. Türkiyəli ssenarist “Aramızda qalsın” serialının bir bölümünü özünün “Twitter” səhifəsinə yerləşdirib və aşağıdakı sözləri yazıb: “Azərbaycanda “Çocuklar duymasın” serialını yenidən çəkiblər. Həm də icazəsiz. Adını da “Aramızda qalsın” qoyublar. Bunu bir dostumdan öyrəndim və ona təşəkkür edirəm. “Çocuklar duymasın”ı azəri aktyorların ifasında izləmək mənim xoşuma gəldi, amma vəkillərimizin xoşuna gəlmədi. Onlar lazımi addımları atacaqlar”.