Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 18 » Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür
Bu gün Azərbaycanın Dövlət Müstəqilliyi günüdür
17:34

18 Oktyabr - Azərbaycanın Müstəqillik günüdür.

Azərbaycan Ali Sovetinin növbədənkənar sessiyasının 1991-ci il avqustun 30-da keçirilmiş iclasında Azərbaycan Respublikasının dövlət müstəqilliyini bərpası haqqında Bəyannamə qəbul edilib.

Bu gün oktyabrın 18-i Azərbaycanın dövlət müstəqilliyi haqqında konstitusiya aktının qəbul olunduğu gündür. İstiqlaliyyətimizi yenidən qazanmağımızın19 yaşı tamam olur. Beləliklə, 1991-ci ilin bu günü Azərbaycan respublikası 1918-1920-ci illər Azərbaycan Xalq Cümhuriyyətinin davamçısı, varisi elan olundu. Ötən əsrin əvvələrində cəmi 23 ay müstəqil olan Azərbaycan yenidən azadlığa qovuşdu.

Bütün təbii sərvətlərin xalqa mənsubluğu haqda qərar qəbul edildi. Daha sonra himnimiz, gerbimiz və dövlət bayrağımız qəbul olundu. Elə həmin aktdan bəri Azərbaycan bütün sahələrdə beynəlxalq sazişlərə imza atmağa başladı, müstəqil inkişaf yoluna qədəm qoydü. Konstitusiya aktı həm də siyasi və iqtisadi münasibətlərin yeni fundamental prinsiplərini müəyyən etdi.

Ali Sovetin oktyabrın 18-də keçirilən tarixi sessiyasında isə “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Konstitusiya Aktı yekdilliklə qəbul olunub. Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan 71 il sonra dövlətimiz istiqlaliyyətinə qovuşub. Qəbul olunan Konstitusiya Aktında Müstəqil Azərbaycan Respublikası 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisi elan olunub.

1991-ci il dekabrın 29-da isə referendum keçirilib. Xalq bülletenə daxil edilmiş suala – “Siz “Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında” Azərbaycan Respublikası Ali Sovetinin qəbul etdiyi Konstitusiya Aktına tərəfdarsınızmı?” sualına yekdilliklə tərəfdar çıxıb. Beləliklə, 18 Oktyabr - Azərbaycanın Dövlət Müstəqilliyi Günü kimi tarixə düşüb.

1992-ci ilin mayında Milli Məclis tərəfindən Azərbaycan Respublikasının Dövlət himni (musiqisi Üzeyir Hacıbəyovun, sözləri Əhməd Cavadın), az sonra üçrəngli bayraq, içində alov olan səkkiz guşəli ulduz təsvirli dövlət gerbi təsdiq edilib.

Artıq 19 ildir, Azərbaycan 18 oktyabrı bayram kimi qeyd edir. Bununla belə, 18 oktyabr ölkədə qeyri-iş günü sayılmır.

Kateqoriya: Muxtelif | Baxılıb: 2760 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.8/4 |
Ümumi şerh: 1
16.10.2012
1. elibet [Xeber]
.hmghkyhkyhk

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024