Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 23 » Bu gün ali məktəblərə sonuncu II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib
Bu gün ali məktəblərə sonuncu II ixtisas qrupu üzrə qəbul imtahanları keçirilib
15:19

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası bu gün 2010-2011-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə II ixtisas qrupu üzrə qəbul imtahanı keçirir.

APA-nın məlumatına görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında bildirib ki, qəbul imtahanı Bakı şəhərində 46, Naxçıvan şəhərində 2 binada aparılır. Bakı və Sumqayıt şəhərlərinin orta ümumtəhsil məktəblərindən 1899 nəzarətçi-müəllimin iştirak edəcəyi imtahana 193 imtahan rəhbəri cəlb olunub. 2010-cu ildə II qrup üzrə 28072 abituriyent ərizə təqdim edib. Sənəd verənlərin 24732 nəfəri Azərbaycan, 3340 nəfəri rus bölməsinin məzunudur. Abituriyentlərin 18257 nəfərini oğlan, 9815 nəfərini isə qızlar təşkil edir. Bu ixtisas qrupu üzrə təhsil almaq istəyən 134 abituriyent xarici ölkə vətəndaşıdır. 100 abituriyent ali təhsillidir və II ixtisas qrupu üzrə ikinci ali təhsil almaq arzusundadır. 768 abituriyent orta ixtisas təhsili müəssisələrinin məzunudur. Bu qrup üzrə ən yaşlı abituriyent 1956, ən gənc isə 1995-ci ildəndir. Bakı şəhərində 26814, Naxçıvan şəhərində 1258 abituriyent imtahan verir.

M. Abbaszadə deyib ki, imtahandan dərhal sonra müstəqil ekspertlər tərəfindən II ixtisas qrupu üzrə test suallarının ekspertizası aparılacaq. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları TQDK-nın internet saytında yerləşdiriləcək.

Komissiya sədrinin sözlərinə görə, II ixtisas qrupu üzrə qəbul imtahanı başa çatdıqdan dərhal sonra cavab kartlarının emalına başlanacaq. Test imtahanının nəticələrinin iyulun 25 və ya 26-da açıqlanması nəzərdə tutulur. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla “İmtahancell” xidməti vasitəsilə öyrənə biləcəklər. M. Abbaszadə bütün qruplar üzrə ixtisas seçiminin iyulun 25-dən avqustun 2-dək internet vasitəsilə aparılacağını da söyləyib.

Kateqoriya: Tehsil | Baxılıb: 790 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
28.07.2010
1. maral [Xeber]
.salam men www.tqdk.gov.az saytina gire bilmirem 2 gundur ne edim?

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024