Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 18 » Biləsuvarda Mübariz İbrahimov adına lisey-məktəb kompleksi açıldı
Biləsuvarda Mübariz İbrahimov adına lisey-məktəb kompleksi açıldı
17:40

Bu gün Biləsuvar rayon mərkəzində Milli Qəhrəman Mübariz İbrahimovun adını daşıyan müasir təhsil lisey-məktəb kompleksinin açılış mərasimi keçirilib.

Lisey-məktəb kompleksi Azərbaycan Mərkəzi Bankının dəstəyi ilə qurulub.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ümumi sahəsi 1,3 hektar olan təhsil kompleksində müasir işıqlandırma, havalandırma, isitmə-soyutma sistemləri, su təmizləyici qurğu quraşdırılıb. Liseydə 28 sinif otağı (müəllimlər otağı, fənn kabinetləri, laboratoriyalar, kompüter zalı), idman və rəqs (ritmika) zalları fəaliyyət göstərir. Hazırda Biləsuvar lisey-məktəb kompleksində 107 şagird təhsil alır, növbəti dərs ilindən onların sayının 250-300 nəfərə çatacağı gözlənilir.

Açılış mərasimində Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Adil Məmmədov, deputat Xanhüseyn Kazımlı, Milli Qəhrəman Mübariz İbrahimovun atası Ağakərim İbrahimov çıxış ediblər. Çıxışçılar təhsil siteminin keyfiyyətini artırmaq məqsədi ilə liseydə ödənişsiz təhsil, lisey geyim forması və gündə iki dəfə isti yeməklə pulsuz təminat, aztəminatlı uşaqlara yardım məqsədi ilə xüsusi lisey fondu, 5-40 kilometr məsafədə yaşayan şagird və müəllimlərin xüsusi avtobuslarla daşınması təşkil olunduğunu söyləyiblər.

“Beynəlxalq təhsil standartlarına cavab verən məktəb-lisey kompleksinin açılmasında məqsəd şagirdlərə milli və bəşəri dəyərləri, vətəndaşlıq şüurunu aşılamaq, hər bir şagirdin şəxsiyyətini və yaradıcı potensialını inkişaf etdirmək, müstəqil həyata hazır intellektuallar yetişdirmək və liderlik keyfiyyətlərini təlqin etdirməkdən ibarətdir” - deyə, Elman Rüstəmov mərasimdəki çıxışında bildirib.

Xatırladaq ki, Mübariz İbrahimov 2010-cu il iyunun 18-də Tərtərin Çaylı kəndi istiqamətində Ermənistan silahlı qüvvələrinin hücumunu dəf edərkən düşməni ağır itkilərə məruz qoyaraq qəhrəmancasına həlak olub. Şəhid gizirin meyiti o vaxtdan ermənilərin əlindədir. İyulun 22-də prezident İlham Əliyev Azərbaycanın müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında müstəsna xidmətinə və göstərdiyi rəşadətə görə gizir Mübariz Ağakərim oğlu İbrahimova Azərbaycanın Milli Qəhrəmanı adı verilməsi (ölümündən sonra) barədə sərəncam imzalayıb. Dövlət başçısının həmin gün imzaladığı başqa bir sərəncam isə Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında olub. Sərəncamda Biləsuvar rayonunda orta məktəblərdən və küçələrdən birinə Mübariz İbrahimovun adının verilməsini tapşırılıb.

Sentyabr ayının sonunda Nazirlər Kabineti Biləsuvar şəhərindəki lisey-məktəb kompleksinə Milli Qəhrəman Mübariz İbrahimovun adının verilməsi haqqında qərar qəbul edib. Qərar "Milli Qəhrəman Mübariz İbrahimovun xatirəsinin əbədiləşdirilməsi haqqında" prezidentin iyulun 22-də imzaladığı sərəncamın 1-ci bəndinin icrasını təmin etmək məqsədilə, Biləsuvar Rayon İcra Hakimiyyətinin Təhsil Nazirliyi ilə razılaşdırılmış təklifini nəzərə alaraq verilib.

Kateqoriya: Bolgeler | Baxılıb: 1412 | Elave eden: ANAR_PUSU | Reytinq: 2.0/1 |
Ümumi şerh: 1
06.03.2011
1. sedef [Xeber]
.supppppppeeeeeeeeeeeeer!!!!!!!!!!!

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024