İqtisadi rayon: Kür (iqtisadi rayon)
Ərazi: 1358.00 (km2)
Əhali: 81318
Əhali sıxlığı: 60 (nəfər/km2)
Nəqliyyat vasitəsi kodu: 12
Telefon kodu: 159
Poçt kodu (Mərkəzi PŞ): AZ 1300
Yaşayış məntəqələrinin sayı 25 kənd
İcra başçısı: Adil Məmmədov
İnternet saytı: http://bilesuvar.az Şəhər və iri qəsəbələr
# Bələdiyyələrin adı Hər bələdiyyə üzrə əhalinin sayı
1 Biləsuvar şəhər bələdiyyəsi 18539
2 Xırmandalı kənd bələdiyyəsi 7824
3 Bəydili kənd bələdiyyəsi 5276
4 Ağalıkənd kənd bələdiyyəsi 3848
5 Bağbanlar kənd bələdiyyəsi 3739
6 Əsgərabad kənd bələdiyyəsi 3624
7 İsmətli kənd bələdiyyəsi 3622
8 Nəsimi kənd bələdiyyəsi 3448
9 Nərimankənd kənd bələdiyyəsi 3272
10 Amankənd kənd bələdiyyəsi 3245
11 Zəhmətabad kənd bələdiyyəsi 3006
12 Kirovka kənd bələdiyyəsi 2723
13 Aşağı Cürəli kənd bələdiyyəsi 2505
14 Səmədabad kənd bələdiyyəsi 2432
15 Ağayrl kənd bələdiyyəsi 2187
16 Fioletovka kənd bələdiyyəsi 1968
17 Ovçubərə kənd bələdiyyəsi 1595
18 Dzrvişli kənd bələdiyyəsi 1374
19 Təzəkənd kənd bələdiyyəsi 1372
20 Yuxarı Cürəli kənd bələdiyyəsi 1249
21 Əliabad kənd bələdiyyəsi 1156
22 Çinarlı kənd bələdiyyəsi 693
23 Yuxarı Ağalı kənd bələdiyyəsi 685
24 Aranlı kənd bələdiyyəsi 539
25 Arazbarı kənd bələdiyyəsi 387
26 Muğan kənd bələdiyyəsi 310
27 Cəmi 80618
Sərhəd rayonları, ölkələri və əraziləri
Salyan, Saatlı, İmişli, Cəlilabad, İran İslam Respublikası
Əhalisi
Əhalisi haqqında daha geniş statistik məlumat
Əhalinin ümumi sayı 81318
Şəhər əhalisinin sayı, [%] 23.1867
Kənd əhalisinin sayı, [%] 76.8133
Əhalinin orta sıxlığı 59.880707
Əhalinin cins qrupları üzrə sayı: (kişilər), [%] 48.4997
Əhalinin cins qrupları üzrə sayı: (qadınlar), [%] 51.5003
Əhalinin yaş qrupları üzrə sayı: (uşaqlar), [%] 32.3815
Əhalinin yaş qrupları üzrə sayı: (18 yaşa qədər), [%] 36.0375
Əhalinin yaş qrupları üzrə sayı: (18-dən 55-60-a), [%] 53.4248
Əhalinin yaş qrupları üzrə sayı: (təqaüdçülər), [%] 6.3946
Ali təhsilli əhalinin sayı, [%] 3.9991
Orta təhsilli əhalinin sayı, [%] 41.0881
Məskunlaşmış qaçqınların sayı 0
Məskunlaşmış məcburi köçkünlərin sayı 12612
Ərazisi
Ərazisi haqqında statistik məlumat
Ümumi ərazi, [kv.km] 1358.00
Məhsuldar torpaqların ümumi sahəsi, [kv.km] 1129.29
Kənd təsərrüfatına yararsız torpaqların sahəsi, [kv.km] 202.53
Heyvandarlıq üçün otlaqların sahəsi, [kv.km] 562.10
Əkilmiş torpaqların ümumi sahəsi, [kv.km] 425.31
Meyvə bağlarının ümumi sahəsi, [kv.km] 12.00
Şoran torpaqların ümumi sahəsi, [kv.km] 26.07
Tarixi
Biləsuvar rayonu Azərbaycan Respublikasının zəngin tarixi keçmişi olan ərazilərdən biridir.
Azərbaycan Sovet Ensiklopediyasının ikinci cildində Biləsuvar rayonu haqqında verilmiş məlumatda qeyd edilir ki, "Biləsuvar, Piləsuvar - Azərbaycanda şəhər tipli orta əsr yaşayış məntəqəsidir. İran tarixçisi Həmdullah Qəzvininin məlumatına görə Biləsuvaı X əsrdə Büveyhi əmiri Piləsuvar saldırmışdır". XIV əsr feodal çəkişmələri nəticəsində tənəzzülə uğrayan Biləsuvar şəhəri 1828-ci il Türkmənçay müqaviləsinə əsasən iki hissəyə bölünmüşdür. Rusiya imperiyası daxilində qalan hissəsinin əhalisi 1914-cü ildə Rusiya imperiyası cənub sərhədlərini keçilməz etdikdən sonra səhəddən 20-40 km kənarda ruslar üçün salınmış yaşayış məntəqələrinə və digər ərazilərə köçürülmüşdür. Nəticədə vaxtilə Rusiyadan köçürülmüş əhalinin məskunlaşdığı Puşkin qəsəbəsi mərkəz olmaqla 1930-cu ildə Biləsuvar rayonu təşkil edilmişdir. 1938-ci ildə Biləsuvar adı dəyişdirilərək Puşkin rayonu adlandırılmışdır.
1963-cü ildə ərazisi Cəlilabad rayonu ilə birləşdirilmiş, 1964-cü ildən isə yenidən müstəqil rayon olmuşdur. SSRİ dövləti dağıldıqdan sonra 1991-ci ildən onun tarixi adı özünə qaytarılaraq Biləsuvar adlandırılmışdır.
Sabir Nəsiroğlu adlı müəllifdən şərq aləminin tarixini və mədəniyyətini öyrənən "Həmşəhri" cəmiyyəti tərəfindən nəşr olunmuş "Sehrli diyarın sirri" adlı qısaldılmış tarixi monoqrafiyasında və "Həməşəradan gələn səslər" kitabında Biləsuvarın taixi ilə bağlı maraqlı məlumatlar çoxdur. Müəllif tarixi mənbələrə istinad edərək yazır ki, Muğanda xəzərlər, massagetlər və s. tayfalarla yanaşı bilyər və suvarlar da yaşamışdır. O, belə bir nəticəyə gəlir ki, Biləsuvar iki tayfanın - bilyər və suvarların cəmlənib düşmən qarşısında qəhrəmancasına vuruşduğu yer mənasını verir. Daha sonra müəllif qeyd edir ki, "Atlı əsgərlərin və çaparların keçid yeri" toponimi Biləsuvarın toponiminə uyğun gəlir.
Adının mənası
Tarix bölümündə qeyd edildiyi kimi Biləsuvar toponimi bir neçə məna verir:
Bu ərazilərdə məskunlaşmış bilyər və suvarlar tayfalarının adından
Bu yaşayış məntəqəsini X əsrdə saldıran Büveyhi əmiri Piləsuvarın adına
"Belə", "Su", "Var" sözlərindən yarandığını qeyd edənlər də var. Yerli əhali də bu fikrə daha çox üstünlük verir.
Coğrafiyası
Biləsuvar rayonunun ərazisi Muğan düzünün cənub-qərb və cənub hissəsini tutur. Ərazisi şimaldan İmişli rayonu ilə 53 km, şimal-qərbdən Saatlı rayonu ilə 23 km, Sabirabad rayonu ilə 20 km, şərqdən Salyan rayonu ilə 23 km, Neftçala rayonu ilə 4 km, cənubdan Cəlilabad rayonu ilə 54 km, qərbdən isə İran İslam Republikası ilə 64 km məsafədə həmsərhəd olmaqla, ümumi sərhəd dairəsinin uzunluğu 241 km-dir.
Biləsuvar beynəlxalq gömrük keçid məntəqəsi rayon ərazisində yerləşir. Rayonun ərazisi 1358 kvadrat kilometrdir.
Tarixi araşdırmalar göstərir ki, Biləsuvar rayonunun ərazisindən keçən indiki Bolqar çayı kimi tanınan Biləsuvar çayı bir neçə adla adlandırılmışdır. İran ərazisində bu çayı cürbəcür - Şənbəçay, Adnabazarçay, Bəylər çayı, Şirinsu, Qələbə çayı və s. kimi adlandırmışlar. Amma rəsmi xəritələrdə bu çayın adı həmişə Bolqar çayı kimi göstərilir.
Tarixi və mədəniyyət abidələri
Rayonda 1 memarlıq, 12 arxeoloji tarixi və memarlıq abidələri var. Bunlar keçmiş Biləsuvar yaşayış məntəqəsi ərazisində "Şəhriyar qalası" memarlıq abidəsindən, həmçinin Bədilli kəndi ərazisində tunc dövrünə aid 7 Kurqan təpəsi, Təzəkənd kəndi ərazisində tunc dövrünə aid 2 Kurqan (qoşatəpə), dəmir dövrünə aid "Torpağay təpə", Dərvişli kəndi ərazisində dəmir dövrünə aid "Seyid altı təpə" kurqanı, Yuxarı Ağalı kəndi ərazisində "Ceyran təpə" kurqanı, Əmənkənd kəndi ərazisində tunc dövrünə aid "Şəhriyar təpə" kurqanı, Şəhriyar kəndində orta əsrlərə aid Ağdam qalası, yenə həmin ərazidə orta əsrlərin əvvəllərinə aid "Çöl Ağdam şəhərciyi" və "İçəri Ağdam yaşayış ərazisində" arxeoloji abidələrindən ibarətdir.
Rayon mərkəzi Biləsuvar şəhərində və Xırmandalı kəndində 1941-1945-ci illərdə Böyük Vətən Müharibəsində həlak olmuş əsgərlərin xatirə abidələri, həmçinin rayon mərkəzindəki H.Əliyev adına İdman və Sağlmlıq Kompleksi ərazisində Qarabağ uğrunda həlak olmuş şəhidlərə və 20 Yanvar şəhidlərinə Xatirə kompleksi və Dərvişli kəndində 20 Yanvar şəhidlərinə Xatirə kompleksi abidələri ucaldılmışdır.
Görkəmli şəxsləri
1.Azad Abışov - Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, professor (Sankt-Peterburq şəhərində yaşayır).
2.Fikrət Cahangirov - filologiya elmləri doktoru, professor.
3.İdris Ağayev - tarix elmləri doktoru, professor.
4.Ağayar Şükürov - fəlsəfə elmləri doktoru, professor.
5.Tərlan Fərəcov - texnika elmləri doktoru, professor.
6.İslam Mustafayev - kimya elmləri doktoru, professor.
7.Bəhlul Abdullayev - filologiya elmləri doktoru, professor.
8.Rzabala Fərəcov - fizika-riyaziyyat elmləri doktoru, professor.
9.Kamil Mənsimov - fizika-riyaziyyat elmləri doktoru, professor.
10.Müslüm Qurbanov - fizika-riyaziyyat elmləri doktoru, professor.
11.Səfər Kazımov - texnika elmləri namizədi.
12.Ariz Gözəlov - fəlsəfə elmləri namizədi.
13.Yadigar Türkel - fəlsəfə elmləri namizədi.
14.Elbrus Sadıqov - fəlsəfə elmləri namizədi.
15.Mahmud Mahmudov - filologiya elmləri namizədi.
16.Cəlal Məmmədli - filologiya elmləri namizədi.
17.Əhmədağa Muğanlı (Qurbanov) - yazıçı (mərhum).
18.Əlibala Hacızadə - yazıçı.
19.Zamin Mahmudov - şair.
20.Həsənova Qızqayıd Salman qızı - Sosialist Əməyi Qəhrəmanı.
21.Məmmədov Ərəstun Surxay oğlu - Sosialist Əməyi Qəhrəmanı.
22.Musayeva Sifayi Əbülfəz qızı - Sosialist Əməyi Qəhrəmanı (mərhum).
23.Hacıyev Yunsur Musaxan oğlu - Sosialist Əməyi Qəhrəmanı (mərhum).
24.Mirzəyev Hikmət İzzət oğlu - general.
Şəkilləri
Biləsuvar şəhərində mebel sexi