Başlıq » 2010»Noyabr»15 » Azərbaycanın ən uzun ömürlülərindən biri Ucarda yaşayır
Azərbaycanın ən uzun ömürlülərindən biri Ucarda yaşayır
11:02
Ucarda yaşayan ağbirçəyin 125 yaşı var
APA-nın yerli bürosunun xəbərinə görə, 1885-ci ildə Ucar rayonunun Xalac kəndində anadan olmuş Rüstəmova Xəccə Abbas qızının 1 övladı ,10 nəvəsi, 30 nəticəsi, 8 kötükcəsi var.
125 yaşlı Xəccə nənə ömrünün böyük bir hissəsini kolxozda manqa başçısı işlədiyini deyib. X. Rüstəmova uzun ömürlü olmasının səbəbini Allahın qisməti sayır. Onun ən böyük arzusu Azərbaycan torpaqlarının erməni işğalından azad olunmasını görməkdir.