Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2011 » Mart » 14 » Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək
Azərbaycanı “Eurovision-2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı təmsil edəcək
15:58

Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək.

Martın 14-dən isə İctimai Televiziyada mahnıya çəkilən ilk video çarx yayımlanacaq

Azərbaycan “Eurovision 2011” Mahnı Müsabiqəsində “Running Scared” mahnısı ilə təmsil olunacaq. Münsiflər heyəti bu balladanı 70 mahnı arasından seçib. Bu barədə İctimai Teleradionun ictimaiyyətlə əlaqələr və internet şöbəsi məlumat yayıb.
Xatırladaq ki, İctimai Televiziya və Radio Yayımları Şirkətinin yanvar ayının 10-dan etibarən bir ay müddətində elan etdiyi mahnı müsabiqəsinə yerli bəstələrlə yanaşı, xarici bəstələr də təqdim olunmuşdu.
İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru, münsiflər heyətinin sədri İsmayıl Ömərov seçimin çox çətin olduğunu, amma sonda 5 mahnı sırasından güclü mahnının seçildiyini bildirib. Ismayıl Ömərov “70 mahnı arasından seçim etmək doğrudan da çətin idi. Amma biz seçimimizdən razıyıq və bu mahnı Azərbaycanı “Eurovision-2011”-də təmsil edəcək duetə çox uyğundur. Uğurlu seçimə, çəkdikləri zəhmətə görə münsiflər heyətinə təşəkkür edirəm” deyib.
Eldar və Nigar Camal dueti “Running Scared” mahnısını mayın 10-da, Eurovision Mahnı Müsabiqəsinin birinci yarımfinal mərhələsində ifa edəcək. Duetimiz Düsseldorf səhnəsində Ell/Nikki adı ilə çıxış edəcək.
“Mənim fikrimcə “Running Scared” mahnısı bizim səhnə stilimiz, səsimiz və ruhumuzla çox həmahəngdir. “Eurovision” auditoriyasının bu mahnını sevəcəyinə ümid edirik”-deyə Eldar bildirib. Nikki isə “Bu, dərin mənalı, təsirli və gözəl mahnıdır. Bu bəstəni mənim kiçik qızlarım da çox bəyənir” deyib.
“Running Scared” mahnısını İctimai Televiziya və Radio Yayımları Şirkətinin Baş direktoru İsmayıl Ömərov, bəstəkar Faiq Sücəddinov, Rauf Babayev, Beynəlxalq Musiqi Şurasının Azərbaycan Milli Musiqi Komitəsinin prezidenti Lalə Kazımova, Mədəniyyət və Turizm Nazirliyinin nümayəndələri Mənzər Nuraliyeva, Zəhra Bədəlbəyli və müğənni Zülfiyyə Xanbabayevanın təmsil olunduğu peşəkar münsiflər heyəti seçib.
“Running Scared” mahnısının müəllifləri İsveçli Stefan Örn, Sandra Bjurman və Iain Farquharsondur. Bu müəlliflər “Eurovision-2010”da Azərbaycan təmsilçisi Safuranın ifa etdiyi “Drip Drop” mahnısını bəstələmişdilər.
Xatırladaq ki, “Eurovision-2011” Milli Seçim turunda 7 həftə ərzində 77 iştirakçı arasından 5 nəfər finala vəsiqə qazanmışdı. Fevralın 11-də keçirilən Milli Finalda isə Ell/Nikki dueti qalib seçilib.
Martın 14-də İctimai Televiziyanın efirində Azərbaycanın “Eurovision-2011”dəki təmsilçilərinin ifa etdiyi “Running Scared” mahnısının ilk video çarxı təqdim olunacaq. Mahnıya çəkilən video klipin təqdimatı isə aprel ayına nəzərdə tutulur.

Kateqoriya: Muxtelif | Baxılıb: 1037 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
13.01.2012
1. elsen [Xeber]
.salam deyirem

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2011  »
ПнВтСрЧтПтСбВс
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024