Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » İyuL » 24 » Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir
Azərbaycan gənclərinin Litvada dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir
13:31

Müsabiqədə iştirak etmək istəyənlər iyulun 26-dan avqustun 10-dək qeydiyyatdan keçməlidirlər

Heydər Əliyev Fondu və Litva Respublikasının Azərbaycan Respublikasındakı səfirliyi arasında bağlanmış müqaviləyə əsasən 2010/2011-ci tədris ili üçün Litvanın təhsil müəssisələrində Azərbaycan gənclərinin dövlət hesabına təhsil alması üçün müsabiqə elan edilir.
Bakalavr təhsili üzrə müsabiqədə cari tədris ilində Azərbaycan Respublikası ali təhsil müəssisələrinə müvafiq ixtisas qrupu üzrə qəbul imtahanında iştirak etmiş və ümumi balı 300-dən az olmayan abituriyentlər iştirak edə bilərlər. I, II və III ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənnindən nisbi balı 80-dən az olmamalıdır. IV ixtisas qrupuna aid olan ixtisasların müsabiqəsində iştirak etmək üçün abituriyentlərin ingilis dili fənni üzrə attestat qiyməti 5 olmalıdır. Müsabiqədə həmçinin Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin müvafiq ixtisası üzrə 2010-cu ildə I kursu bitirmiş tələbələr də iştirak edə bilərlər.
Magistratura səviyyəsi üzrə müsabiqədə iştirak etmək hüququna cari tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin magistraturasına qəbul imtahanlarında müsabiqə şərtlərini ödəmiş, bununla yanaşı, imtahanın birinci mərhələsində ingilis dili üzrə testdən topladığı bal 20-dən az olmayan bakalavrlar malikdirlər.
Müsabiqədə müvəffəqiyyət qazananların Litvada təhsil alması dövlət hesabına maliyyələşdirilir. Yataqxana və digər xərclər tələbələr tərəfindən ödənilməlidir.


Müsabiqədə iştirak etmək istəyənlər 2010-cu il iyulun 26-dan avqustun 10-dək TQDK-da yaradılmış Sənəd Qəbulu Komissiyasında qeydiyyatdan keçməlidirlər (Ünvan: Akademik Həsən Əliyev küç. 17).

Aşağıdakı cədvəldə qəbul aparılan təhsil müəssisələrinin və ixtisaslarının siyahısı təqdim olunur.

Hüquq və Biznes üzrə Beynəlxalq Məktəb - Qəbul olunacaq tələbələrin sayı 2 (www.vtvk.lt)
Kollec təhsili 3 il (Təhsil proqramları)
1.Biznesin idarə edilməsi (İxtisas qrupu II)
2.Turizm və otel idarəçiliyi (II)
İngilis dili (Təhsil proqramının dili)

Utena Kolleci - 5 yer(www.utenos-kolegija.lt)
Kollec təhsili: 3 il
1.Geyim məmulatlarının dizaynı və texnologiyası I
2.Turizm və otel inzibatçılığı II
3.Qida məhsullarının texnologiyası I
4.Sosial iş və sosial pedaqogika III
5.Elektrik enerjisi I
6.İnformasiya sistemlərinin texnologiyası I
7.Tibb bacısının işi IV
8.Fiziki terapiya IV
Ingilis və rus dilləri; Litva dili üzrə kurs nəzərdə tutulur.

Vytautas Maqnus Universiteti – 4 yer (www.vdu.lt)
Magistr təhsili: 2 il
1.Marketinq və beynəlxalq kommersiya; 28, 32 (proqramın nömrəsi)
2.Pribaltika ölkələri üzrə regionşünaslıq; 58
3.Şərqi Asiya ölkələri üzrə regionşünaslıq 58
4.Jurnalistika; 69
5.Sosial və siyasi tənqidşünaslıq; 55
6.Sosial iş; 55
7.Sosial antropologiya 55
İngilis dili

Mikolas Romeris Universiteti -2 yer (www.mruni.lt)
Bakalavr təhsili: 4 il
1.Psixologiya IV
2.Sosial iş III
Magistr təhsili: 2 il
1.Beynəlxalq hüquq 60
2.Beynəlxalq insan hüquqlarının müdafiəsi 60
3.Avropa İttifaqı hüququ 60
4.Avropa biznes hüququ 60
5.İnformasiya texnologiyası hüququ 59
6.Biznes psixologiyası 55
7.Sosial iş 55
8.İctimai təminat sosiologiyası 55
9.Sosial gerontologiya 55
10.Müqayisəli sosial siyasət və ictimai təminat üzrə müştərək magistr proqramı 55
11.Avropa İttifaqının siyasəti və idarə edilməsi 55
12.Avropa qonşuluq siyasəti 55
13.Dövlət idarəçiliyi 34
14.Dövlət sektorunun iqtisadiyyatı 34
15. Elektron biznes idarəçiliyi 34
İngilis dili

Kaunas Tibb Universiteti -2 yer (www.kmu.lt)
Kompleks təhsil: (5-6 il)
1.Təbabət;IV
2.Stomatologiya; IV
3.Əczaçılıq IV
Magistr təhsili: (2)
1.Səhiyyə 66
İngilis dili

Vilnüs Gediminas Texniki Universiteti -2 yer (www.vgtu.lt)
Bakalavr təhsili: 4 il
1.Memarlıq I
2.Tikinti energetikası I
3.Mexanika mühəndisliyi I
4.İnformatika mühəndisliyi I
5.Tikinti mühəndisliyi I
6.Nəqliyyat mühəndisliyi və idarəçiliyi I
7.Biznesin idarə edilməsi II
Magistr təhsili: 2 il
1.Bisnesin idarə edilməsi 33,67
2.Elektrik enerjisi sistemlərinin mühəndisliyi 4
3.Sənaye mühəndisliyi və menecmenti 33
4.Ekologiya menecmenti və saf məhsul istehsalı 33
İngilis dili

Kaunas Texnologiya Universiteti -2 yer (www.ktu.lt)
Bakalavr təhsili: (4 il)
1.Menecment II
2.İxrac üzrə mühəndislik I
Ingilis dili (Menecment)
İngilis və ya rus dili (İxrac üzrə mühəndislik)

ISM Menecment və İqtisadiyyat Universiteti 2 yer (www.ism.lt)
Magistr təhsili: (3 il)
1.Beynəlxalq marketinq və menecment 28,32
2.Maliyyə iqtisadiyyatı 30
İngilis dili

Siauliai Universiteti - 1 yer (www.su.lt)
Qısamüddətli təhsil (tələbələr üçün ikinci kursdan başlayaraq) (1-2 semestr (qısamüddətli təhsil haqqında diplom)
1.Edukologiya (Təhsilşünaslıq) III
2.Ekologiya IV
3.Fizika I
4.Tarix III
5.Dizayn III
6.İqtisadiyyat II
7.Elektronika mühəndisliyi I
İngilis dili

Qeyd:Kolleclərdə bakalavr səviyyəsi üzrə təhsil verilir.

Yuxarıda göstərilən təhsil müəssisələri barədə əlavə məlumatı həmin müəssisələrin internet saytlarından əldə etmək olar.

Kateqoriya: Tehsil | Baxılıb: 2311 | Elave eden: ANAR_PUSU | Reytinq: 3.0/2 |
Ümumi şerh: 3
18.01.2012
3. Hacibey [Xeber]
.Salam.Men hal hazirda Turkiyede tehsil aliram.Cox tessuf ki,men TQDK imtahaninda istrak elememisem .TCS imtahanin neticesi ile Litvada tehsil almag olarmi ? cox xahis edirem cavablandirin

08.09.2010
2. Zayka [Xeber]
.300 baldan asagilar musabiqede istirak ede bilmez?

08.08.2010
1. elvin [Xeber]
.niye yataqxana ve diger xercleri dovlet odemir?

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024