Təhsil Nazirliyi buraxılış imtahanlarından narazı qalanların müraciətinə iyunun 26-dək baxacaq
Orta məktəblərdə keçirilən buraxılış imtahanlarının nəticələrindən narazı qalan şagirdlər və valideynlər Təhsil Nazirliyinə müraciət edə bilər. Nazirlikdə yaradılmış apelyasiya komissiyası şikayətlərə iyunun 26-dək baxacaq.
Bu ilki imtahanların təşkilati səviyyəsi kifayət qədər yüksək olub və şagirdlərin nailiyyətləri obyektiv qiymətləndirilib. Bu səbəbdən də apelyasiya komissiyasında yalnız texniki məsələlərlə bağlı şikayətlərə baxılacaq. İyunun 26-dan sonra isə ümumiyyətlə, heç bir şikayət qəbul olunmayacaq.