Dünən Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Gənclər Təşkilatının noyabr ayı üçün nəzərdə tutulan iclası baş tutdu.
İdarə heyətinin və digər aktiv TGT-çilərin iştirak etdiyi iclasda TGT-nin gələn ay üçün nəzərdə tutulan layihələri , təlimləri , TGT-nin nəzdində fəaliyyət göstərən klubların işləri müzakirə olundu.
Bildiyiniz kimi ADPU-TGT 25-29 oktaybr tarixlərində I və II kurs tələbələri üçün "Gənc Liderlər-2" layihəsi təşkil etmişdir.Həmin layihədə iştirak edən tələbələr bu gün diplomlarla təltif olundular. Sonda layihə iştirakçıları və TGT-çilər Mafiya oyunu ilə bu günki günlərini yükunlaşdırdılar.=) Diplom alan hər kəsi təbrik edirik. Uğurlar!