Test üsulu ilə universitetə daxil olan tələbələrin diplomları Elşad Abdullayevin imzasını gözləyir
Bu ilin sentyabrından fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetini (ABU) bitirmiş, lakin diplom ala bilməyən tələbələrə təhsil haqqında sənəd verilib-verilməyəcəyi məsələsi hələ ki açıq qalır.
Təhsil Nazirliyi aparatının baş məsləhətçisi İlyar Vahabov bildirib ki, test üsulu ilə universitetə daxil olan tələbələrin diplomları artıq hazırdır: “Diplomlar artıq yazılıb, hamısı hazır vəziyyətdədir. Ancaq Elşad Abdullayev gəlib qol çəkməlidir ki, diplomları sahiblərinə çatdıraq”.
Köçürmə yolu ilə ABU-ya daxil olub təhsillərini başa vuran, lakin diplomlarını ala bilməyən məzunların taleyinə gəlincə, İlyar Vahabov deyib ki, hazırda bu məsələyə dair araşdırmalar və məsləhətləşmələr davam edir. Onun sözlərinə görə, bu gün həmin məsələlər təhsil nazirinin göstərişinə uyğun olaraq, hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birgə müzakirə olunacaq. Təhsilini başa vurmuş həmin məzunların da məsələsinə həftə ərzində aydınlıq gələcəyi gözlənilir.
.mende bu universiteti bitirmisem ama diplom almamisam hele 2008-den bitirmisem.Umid edirem ki diplomumu alacayiq butun telebelere ugurlar.tehsil nazirine bildirmek isteyiremki biz telebelerin ne gunahi var isleri Elsad Abdullayevledirse.O keyfde xaricde bizim pulumuz ondanda esas vaxtlimiz getdi.cox boyuk gunahdir telebelerin haqqini yemek.men nece ildir bu meseleye gore ise cixmaq isteyirem diplomum yoxdur deye eziyyet cekirem bizim valdeyinlerimiz o pullari halal zehmetle qazaniblar onlar kimi insanlarin haqqlarini taptalamayiblar.ne deyim allah insaf versin ureklerine.
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler [ Qeydiyyat | Sayta Giriş ]