Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Aprel » 21 » “Abituriyent” jurnalının 2-ci sayı nəşr olunmuşdur
“Abituriyent” jurnalının 2-ci sayı nəşr olunmuşdur
21:12

2010/2011-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün ərizə qəbulu başlanır
Ərizə qəbulu elanının tam mətni “Abituriyent” jurnalının 2-ci sayında nəşr olunmuşdur. Jurnalda həmçinin aşağıdakı materiallar əksini tapmışdır:

— Elektron ərizə verən abituriyent üçün təlimat, “Elektron ərizə"nin doldurulma qaydası və nümunəsi
— Qabiliyyət imtahanlarının keçirilmə qaydaları (ali təhsil müəssisələri və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə)
— Ötənilki abituriyentlərin ən səciyyəvi səhvləri hansılar idi və səhvlərə yol verməmək üçün nə etmək lazımdır?
— 2009-cu ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları
— Çətin testlərin izahı və tövsiyələr
— Abituriyentlər üçün elmi-metodiki məqalələr

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu

Ali təhsil müəssisələrinə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul imtahanlarında iştirak etmək üçün abituriyentlər aprelin 20-dən mayın 31-dək internet vasitəsilə elektron ərizələrini doldurur və tələb olunan sənədləri aprelin 30-dan mayın 31-dək müvafiq Sənəd Qəbulu Komissiyalarına (SQK) təqdim edərək ərizələrini təsdiq etdirirlər. SQK-lar hər gün (bayram və bazar günləri istisna olmaqla) saat 9-dan 17-dək fəaliyyət göstərirlər.
Elanda ümumi təhsil müəssisələrini 2010-cu ildə bitirən abituriyentlərin, ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirən abituriyentlərin, ali, orta ixtisas təhsili müəssisələrinin məzunlarının və ümumi təhsil müəssisələrini əvvəlki illərdə bitirib attestat ala bilməyən, lakin cari ildə buraxılış imtahanına buraxılan abituriyentlərin, eləcə də xarici vətəndaşların ərizələrini təsqdiq etdirəcəkləri Sənəd Qəbulu Komissiyaları, onların ünvanları və tələb olunan sənədlər göstərilib.

Qabiliyyət imtahanlarının keçirilmə qaydaları

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul aparılan ixtisaslar sırasına abituriyentdən xüsusi yaradıcılıq keyfiyyətləri, fiziki və idman hazırlığı tələb edən ixtisaslar da daxildir. Xüsusi qabiliyyət imtahanlarında iştirak etmək üçün abituriyent əvvəlcə ərizəsini ümumi qaydaya əsasən təsdiq etdirəndən sonra TQDK tərəfindən yaradılmış müvafiq Qabiliyyət İmtahanı Komissiyasında (QİK) qeydiyyatdan keçməlidir. Qeydiyyata alınmaq üçün abituriyent aprelin 30-dan mayın 31-dək QİK-ə tələb olunan sənədləri və yaradıcılıq fəaliyyətinə dair işləri təqdim edir. QİK-də abituriyentin təhsil almaq istədiyi ixtisasa yararlılığı yoxlanılır və qeydiyyata alınır. Xüsusi qabiliyyət tələb edən ixtisaslara qəbul imtahanları iki mərhələdə keçirilir. Birinci mərhələdə abituriyentlər test imtahanı verirlər. Test imtahanında topladığı ümumi balları bu ixtisaslar üçün müəyyən edilmiş müsabiqə şərtlərini ödəyən abituriyentlər ikinci mərhələdə qabiliyyət imtahanı verirlər. Test və qabiliyyət imtahanlarında müsabiqə şərtlərini yerinə yetirən abituriyentlər uyğun ixtisaslar üzrə müsabiqədə iştirak edirlər. Jurnalda qabiliyyət imtahanlarının keçirilməsi ilə bağlı bütün məlumatlar qabiliyyət imtahanlarının keçirilməsi qaydalarında (ali təhsil müəssisələri üzrə və tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələri üzrə) verilmişdir.

Ötənilki abituriyentlərin ən səciyyəvi səhvləri hansılar idi və səhvlərə yol verməmək üçün nə etmək lazımdır?

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin qarşısında duran mühüm vəzifələrdən biri də tələbə qəbulu qaydaları, sənəd qəbulu prosedurları, imtahanda davranış qaydaları ilə diqqətlə tanış olmaq və bunlara ciddi əməl etməkdir. Ancaq tələbə qəbulu təcrübəsi göstərir ki, abituriyentlərin heç də hamısı həmin qaydalara tam riayət etmir və nəticədə bundan özləri zərər çəkirlər. Odur ki, jurnalın bu rubrikasında ötənilki qəbul kampaniyasında abituriyentlər tərəfindən ən çox yol verilən səhvləri və qayda pozuntularını abituriyentlərin nəzərinə çatdırır və bunları təkrarlamamağı tövsiyə edir.

2009-cu ildə tələbə qəbulu müsabiqəsində formalaşmış keçid balları

Ötən ilin tələbə qəbulu müsabiqəsində ixtisaslar üzrə formalaşmış keçid ballarının abituriyentlər üçün ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə oriyentir rolunu oynaya bilcəyi nəzərə alınaraq jurnalın bu sayında 2009-cu ilin qəbul imtahanlarında ixtisaslar üzrə formalaşmış keçid balları dərc olunub. Qeyd edək ki, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən, hər il minimal keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyllər, tendensiyalar da özünü göstərir. Keçid balları abituriyentlərin məhz ixtisas seçiminə kömək məqsədilə verilib.

Çətin testlərin izahı və tövsiyələr

Ali məktəblərə ötənilki qəbul imtahanlarının nəticələri ənənəvi olaraq TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda geniş müzakirə edilmiş və təhlillər aparılmışdır. Bu araşdırmalar nəticəsində məlum olmuşdur ki, abituriyentlərin bir qismi sadə və orta səviyyəli sualların həllində qənaətbəxş bilik və bacarıq nümayiş etdirsələr də, müəyyən mövzulara aid test tapşırıqlarının yerinə yetirilməsində çətinlik çəkmişlər. Bununla əlaqədar jurnalda bu tipli test tapşırıqlarının izahlı təhlili verilib. Ayrı-ayrı fənlər üzrə abituriyentlərin qəbul imtahanlarında cavab verməkdə çətinlik çəkdikləri və ya cavabdan imtina etdikləri test tapşırıqlarının şərhi ilə tanışlıq qəbul imtahanlarına hazırlaşan abituriyentlər üçün olduqca faydalı məlumat olacaq.

Abituriyentlər üçün elmi-metodiki məqalələr

Bu bölmədə müxtəlif fənlərin əhatə dairəsi nəzərə alınmaqla müasir dövrdə ölkəmizdə və dünyada baş verən aktual mövzularla bağlı abituriyentlərin məlumatlandırılması, onların düyagörüşünün zənginləşdirilməsi məqsədilə məqalələr təqdim olunur. Tarix fənni üzrə “Türkdilli ölkələrin dövlət başçılarının IX zirvə görüşü”, kimya fənnindən “Nanokimya aləminə səyahət” ingilis dilindən “Xəbərin mübtəda ilə uzlaşmasi haqqinda bəzi qaydalar”, biologiya fənni üzrə “Test tapşırıqlarını tərtib edərkən insan skeletinin bəzi quruluş xüsusiyyətlərini nəzərə almaq lazimdır”, Coğrafiya fənnindən “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafına dair dövlət proqramları (2004-2008 və 2009-2013-cü illər)” başlıqlı məqalələrlə tanış olmaqla abituriyentlər qeyd olunan mövzularla bağlı zəngin və maraqlı məlumat əldə edəcəklər.

Kateqoriya: Tehsil | Baxılıb: 2740 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.5/2 |
Ümumi şerh: 3
19.04.2011
3. fidan [Xeber]
.men Fidan Efendiyeva 3 cu qrupa hazirlawiram ve 46 n mekteb 11 sinifde oxuyuram,gencede.rus bolmesindeyem ancaq az erbaycan bolmasinen qebula gedecem ve xarici dil rus swcmek isteyirem.bele bir weue icaze varmi?

16.07.2010
2. bahruz [Xeber]
.men telebeyem.a.ATU_da oxuyuram.1-ci kurs telebesiyem.2-ci kursa kechirem.abituriyent jurnalini yuklemek isteyirem.

16.07.2010
1. bahruz [Xeber]
.men telebeyem

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2010  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
2627282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024