Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2010 » Oktyabr » 5 » Bu gün Beynəlxalq Müəllim Günüdür
Bu gün Beynəlxalq Müəllim Günüdür
09:59

Dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir

Bu gün bütün dünyada olduğu kimi, ölkəmizdə də çoxminli müəllim ordusu üçün əziz gündür - pedaqoq adına tapınanlar özlərinin peşə bayramını qeyd edirlər. İndi dünyanın 100-dən çox ölkəsində oktyabrın 5-də müəllimlər peşə bayramını qeyd edir. Bəşəriyyətin minillər boyu keçdiyi inkişaf yolu sübut edir ki, hər bir tarixi mərhələdə cəmiyyətin tərəqqisi bilavasitə təhsilin inkişafından, onun əhəmiyyətinin düzgün qiymətləndirilməsindən asılı olub.

Təhsilin rolu və əhəmiyyəti qloballaşmanın getdikcə vüsət aldığı, insan resurslarının, elm və texnologiyanın iqtisadi inkişafda həlledici amilə çevrildiyi, təbii resursların durmadan azaldığı çağdaş dünyamızda daha da artmaqdadır. Məhz buna görədir ki, Birləşmiş Millətlər Təşkilatı XXI yüzilliyi "Təhsil əsri" elan edib. Qətiyyətlə demək olar ki, yüksək intellektə malik insan kapitalının formalaşmasında, davamlı inkişafa zəmin yaradan güclü iqtisadiyyatın qurulmasında təhsilin rolu heç vaxt indiki kimi aktual olmayıb. Təhsili cəmiyyətin fəal hərəkətverici, inkişafetdirici qüvvəsinə çevirənlər isə məhz müəllimlərdir. Təhsilin məzmunu nə qədər yüksək və mükəmməl, maddi-texniki bazası nə qədər möhkəm, biliklərin ötürülməsi vasitələri nə qədər təkmil və müasir olsa da, əgər müəllim yoxdursa, heç nədir. Təhsil məhz müəllim əqlinin gücü ilə cəmiyyətin inkişaf amilinə çevrilir, biliklərin, mədəniyyətlərin, milli adət-ənənələrin daşıyıcısı olan yeni-yeni nəsillər məhz müəllim zəkasının nurundan, müəllim qəlbinin hərarətindən pay alaraq formalaşır. Bu baxımdan müəllim təhsildə əsas sima, aparıcı qüvvədir. Buna görə də müəllimlik bütün dövrlərdə və ölkələrdə ən şərəfli peşə hesab olunub, bu adı daşıyanlara həmişə böyük hörmət və ehtiram göstərilib. Hətta ən böyük dahilər belə öz uğurlarına görə öncə müəllimlərinə borclu olduqlarını bildiriblər.

Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. Bu il də 5 Oktyabr - Beynəlxalq Müəllim günü ilə əlaqədar tədrisdə fərqlənən bir qrup müəllimə fəxri adlar verilib.

Bayramınız mübarək, əziz müəllimlər!

Kateqoriya: Tehsil | Baxılıb: 1041 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 1
06.10.2010
1. Kamal (Admin) [Xeber]
.Tebrik edirem:)) cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Oktyabr 2010  »
ПнВтСрЧтПтСбВс
    123
45678910
11121314151617
18192021222324
25262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024