ARDNŞ-in Ekologiya İdarəsi bu gün Milli Parkda ekoloji sorğular keçirəcək Bu gün Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günüdür. 5 iyun - Beynəlxalq Ətraf Mühitin Mühafizəsi günü - BMT-nin ətraf mühitlə bağlı keçirilən konfransında (5-16 iyun 1972-ci il) Yaponiya və Seneqal dövlətlərinin təklifi ilə təsis olunub, dünya ictimaiyyətini ətraf mühitin mühafizəsi problemlərinə cəlb etmək üçün 5 iyun 1973-cü ildən etibarən bütün dünyada qeyd olunur.
BMT-nin Baş Assambleyası təşkilatın üzvü olan ölkələri bu gündə ətraf mühitin qorunması və yaxşılaşdırılmasına yönəldilmiş tədbirlər həyata keçirməyə çağırır. Hər il bu günün mövzusu, devizi və keçiriləcəyi yer təyin olunur.
Dövlət Neft Şirkətinin (ARDNŞ) Ekologiya İdarəsi Sumqayıt şəhər Təhsil şöbəsinin təşkil etdiyi, 15-iyun Qurtuluş Günü ərəfəsində və “I Şəhər Ekoloji Forum”-u çərçivəsində Sumqayıt şəhər ümumtəhsil məktəbliləri arasında keçirilən “Ekologiya və ətraf mühitin qorunması, təbiət bizim sərvətimizdir” rəsm sərgisinin, “Tullantıların ikinci həyatı” sərgi-müsabiqəsinin və “Ekologiya və elmi-texniki tərəqqi” mövzusunda keçirilən inşa müsabiqəsinin keçirilməsini planlaşdırır. Tədbirlər Sumqayıt Dövlət Rəsm Qalereyasında keçiriləcək. Qalib olunanlar ARDNŞ-nin Ekologiya İdarəsi tərəfindən mükafatlandırılacaq.
Qeyd olunan tədbirə ARDNŞ-in “AzəriKimya” İB də qatılacaq. Həmçinin, ARDNŞ-in Ekologiya İdarəsi bu gün Bakı şəhəri Dənizkənarı bulvarda ekoloji sorğuların keçirilməsini planlaşdırır.