Hər birimiz bir valideyin olaraq öz övladlarımızı, ailəmizin qayğısına qalaraq Yay gəzintilərinə, düşərgələrə üz tuturuq. Əfsuslar olsun ki, elə uşaqlar var ki, onların valideyini olmadığı üçün bütün il boyu internat məktəblərində, uşaq evlərində qalmağa məcbur olurlar. Əsasən də bu problem yay vaxtı aktuallaşır. Tətildə internat məktəblərində qalan və heç bir yerə getməyən uşaqların sayı kifayət qədərdi. Yay aylarında bu uşaqlar özlərini çox aciz, tənha hiss edirlər. Heç kimə lazım olmayan və diqqətdən kənarda qalmış kimsəsiz uşaqların ən böyük arzularından biri də yay tətilini səmərəli, maraqlı keçirməkdir. Əfsuslar olsun ki internat məktəbində bu mümkün olmur.
Bu aspektləri nəzərə alaraq “Birliyə Doğru” Əlil və Kimsəsiz Uşaqlara Qayğı ictimai birliyi “Şən avtobus” adlı pilot layihənin reallaşması üçün bütün resurslarından istifadə edərək, bir neçə xeyirxah qurumlara, o cümlədən BP şirkətinə müraciət edir. Sizə müraciət edərək xahiş edirik öz xeyirxahlığınızdan qalmayasınız və birgə balalarımız üçün maraqlı yay tətili keçirməyə nail olaq. Onların valideyinləri var. Bu bizik!!! Yay düşərgəsinin əsas məqsədi Bir ay ərzində 40 əlil və kimsəsiz uşaq üçün yay düşərgəsinin təşkil etməkdir. Həmin düşərgədə bir neçə internat məktəbində yaşayan və tam yetim uşaqlar olacaq (30 nəfər) və Saray qəsəbəsində yerləşən internat məktəbindən olan 10 nəfər əlil uşağın iştrakı nəzərdə tutulub. Yay düşərgəsinə cəmi 6040 azn tələb olunur. Bu məbləğ uşaqların qida xərclərin, avadanlığın və ləvazimatın alınması üçün vacibdir.
Qeyd edək ki, nəqliyyat xərcləri və uşaqlarla işləmək üçün profissional könüllü komandası qoşulacaq, həmin komandanın bütün xərcləri biz tərəfindən qarşılanacaq.
Görülən tədbirlər
1 Mütəxəssilər tərəfindən gündəlik xüsusi proqram təşkil ediləcək (əyləncə, maarifləndirmə, və psixoloji inkişaf etdirici oyunlar) • 2 Düşərgəyə yaxın olan rayonların tarixi abidələrinə ekskursiyalar təşkil ediləcək • 3 İnteqrasiya məqsədi ilə əlil və kimsəsiz uşaqlar arasında zəkanın inkişafı və fiziki inkişaf üçün müxtəlif oyunlar təşkil ediləcək • 4 Müxtəlif ixtisaslı məşhur və maraqlı insanlarla uşaqların görüş və disskusiyalarının təşkili • 5 Palatka günləri keçiriləcək düşərgə olan müəssələrdən aralı olan yerlərdə palatka şəraitində qalmaq üçün şərait yaradılacaq • 6 Müxtəlif “Party”lər keçiriləcək, sifətdə rəsm, karnaval, psixoloji və teatral parti və təqdimatlar • 7 Hər axşam “Film nümayişləri” və disskusiyalar • 8 Hər kamanda istədiyi mövzu ətrafında kiçik bir filmin çəkilişində işləyəcək. Düşərgənin son günlərində həmin filmin təqdimatı keçiriləcək. • 9 Foto həvəsi olan uşaqlara foto çəkiliş qaydalarının öyrədilməsi və keçiriləcək “Bir anlıq” foto müsabiqəsinə təqdim olunmaq üçün şəkillərin hazırlanması. • 10 Ekoloji, sosial, və s kollektiv aksiyalar təşkil ediləcək. • 11 Düşərgəyə media nümayəndələri də dəvət ediləcək və onların uşaqlarla təması daha yaxından tanışlığı üçün şərait yaradılacaq •
|