Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » İyuL » 14 » Dünyanın en yaxşı 5 esgeri
Dünyanın en yaxşı 5 esgeri
11:51
Avropanın nüfuzlu hərbi nəşrləri ötən əsrdə dünyanın ən yaxşı 5 əsgərini seçib. 

Müxtəlif dövrlərdə və hərbi əməliyyatlarda göstərdikləri fərdi qəhrəmanlıqlara görə, başqa-başqa ölkələrdən olan 5 hərbçi “Ən yaxşı əsgər” elan edilib. 
Lent.az-ın məlumatına görə, “Ən yaxşı əsgər” siyahısına fin Simo
Hayha başçılıq edir.
1939-cu ildə SSRİ Finlandiyaya hücum etdikdə orduya yazılan Hayha qarın içində maskalanmaqla onlarla sovet əsgərini öldürməyə nail olub. “Ağ ölüm” kimi tanınan Hayhanı öldürmək üçün ruslar xüsusi plan hazırlayıblar və bir xüsusi təyinatlı bölük ayırıblar. Amma Hayha bütün bölüyü məhv edib. 100 gün ərzində 542 sovet əsgərini snayper, 150 əsgəri isə kiçik kalibrli tüfəngi ilə məhv edən Hayhanı zərərsizləşdirmək üçün sovet aviasiyası onun gizləndiyi ərazini havadan bombardman edib. Bu dəfə də sağ qalan Hayha, nəhayət 1940-cı ilin mart ayında şanslı bir sovet əsgəri tərəfindən başından vurularaq yaralanır. Bir həftəliyinə sıradan çıxarılan “Ağ ölüm” martın 13-də özünə gəlir. Amma həmin gün müharibə başa çatır. 
Siyahıda ikinci yerdə hindistanlı Yogendra Singh Yadav dayanır.
O, 1999-cu ildə Hindistan və Pakistan arasında gedən döyüşlərin birində 3 yerdən yaralansa da, əsgərlərinin yarısı məhv edilmiş bölüyü Pakistan ordusundan 300 metr yüksəklikdə yerləşən buzla örtülmüş mövqelərə qaldırmağa nail olub. Təkbaşına Pakistan ordusunun bir neçə dotunu qumbara ilə dağıdaraq özü də həlak olub. 
Siyahıda üçüncü “Ən yaxşı əsgər” İkinci Dünya Müharibəsində “Dəli Jak” kimi tanınan ingilis Jack Çörçilldir.
Müharibəni əvvəldən axıra kimi qılıncla döyüşən Jak bir döyüşdə 42 alman əsgərini də qılıncı ilə məhv edib. Döyüşlərin birində əsir düşən Jak həmin gün qaçmağa nail olub və bir sutkada 150 km məsafəni piyada qət edib. Amerikanlar tərəfindən xilas edilərək İngiltərəyə göndərilən Jak təkrar döyüşə qayıdıb. Lakin o yolda ikən müharibə başa çatıb.
Dördüncü “Ən yaxşı əsgər” də ingilis Alvin Yorkdur.
Kəndçi ailəsində böyüyən York 1917-ci ildə orduya çağırılıb. Döyüşlərin birində 32 pulemyotun atəşi altında qalaraq gizlənməyə macal tapmayan York əvvəlcə qarşısına çıxan 20 alman əsgərini məhv edərək düşmən postunu tutub. Daha sonra onu öldürmək üçün üstünə göndərilən 5 adamı isə tapança atəşi ilə məhv edib. Təkbaşına düşmən qərargahına hücum edərək 133 alman əsgərini əsir alıb. 
Siyahıda beşinci yerdə qərarlaşmış fransız Audiye Murpinin 1942-ci ildə 16 yaşı, 160 santimetr boyu və 49 kilo çəkisi olub.
Xidmət etmək üçün dəniz və hava qüvvələrinə müraciət etsə də heç kim onu qəbul etməyib. Sonda quru qoşunları sıralarına qəbul olunan A.Murpiyə əsgərlər üçün yemək bişirmək həvalə olunub. Lakin bundan imtina edərək döyüş meydanına gedən Murpi Fransanın cənubunda gedən bir döyüşdə dostlarını itirib. Bundan əsəbləri pozulub və dostunu öldürənlərdən qisas almağa başlayıb. Bir döyüşdə almanların ondan artıq tankını məhv edib. Müharibədən sonra “Cəhənnəmə getmək və geri dönmək” adında bir kitab da yazan Murpi ömrünün sonuna qədər aktyorluq edib.

Kateqoriya: Muxtelif | Baxılıb: 1990 | Elave eden: Admin | Reytinq: 5.0/1 |
Ümumi şerh: 7
20.07.2010
7. FERID [Xeber]
.en guclu esger isvecre esgerleridi bunlar hecnedi

28.10.2009
6. Vusal Aliyev [Xeber]
.Meslehet gorurem arasdirin tapin en guclu 5 Azerbaycan esgerini de tapib yazin

28.10.2009
5. Vusal Aliyev [Xeber]
.Ela xeber buna deyerler esq olsun cox maraqli idi!

09.09.2009
4. GULNAR (GULNAR) [Xeber]
.sag ol deyerli melumata gore

16.07.2009
3. Kamal (Admin) [Xeber]
.Azerbaycanin musteqilliyini elde eden igidlerimizi deyirem!!!

15.07.2009
2. Anar USA [Xeber]
.he igidlerimiz *Qarabagi alan igidlerimiz*i deyirsen?

14.07.2009
1. Kamal (Admin) [Xeber]
.Ne qeder yaxsi olsalarda bizim igidlerimize chata bilmezler.. cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyuL 2009  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
2728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024