Başlıq » 2009»İyun»30 » Telman İsmayılovdan İbrahim Tatlısese 3,6 milyon dollarlıq hediyye
Telman İsmayılovdan İbrahim Tatlısese 3,6 milyon dollarlıq hediyye
11:13
Azərbaycanlı iş adamı sənətçiyə öz həyətində kabab qonaqlığı verib
Antalyadakı məşhur “Mardan Palace”ın sahibi Telman İsmayılov Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısəsə böyük bir jest edib. Lent.az-ın Türkiyə mediasına istinadən məlumatına görə, iş adamının bu jesti Tatlısəsin 2004-cü ildə onun ad günündə pulsuz çıxış etməsinə cavabdır.
Milyard yarım dollarlıq “Mardan Palace”ın sahibi olan Telman İsmayılov heyranı olduğu İbrahim Tatlısəsə lüks otelində, gecəsi 5 min avro olan bir otağı 2 illiyə hədiyyə edib. İbo, 2 illik ödəməsi 3 milyon 650 min avro olan otaq üçün bir qəpik də ödəməyəcək. Otelin açılış mərasimi zamanı məşhur aktrisa Monika Beluççi məhz həmin otaqda qalmışdı.
Telman İsmayılov açılış mərasimindən bir gün əvvəl otelindəki malikanəsinin bağçasında Tatlısəsə manqalda kabab çəkib. O, İbrahim Tatlısəsin istəsə 5 min avroluq lüks otaqda kabab da bişirə biləcəyini söyləyib: “Ona canım qurban. Otağında nə istəyir edə bilər. Ona “bu otaq ömrünün sonuna qədər sənin və ailənin olsun” dedim, amma qəbul etmədi. 2 il istifadə edəcəyini bildirdi”.