Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » İyun » 22 » Azerbaycanda növbeti innovativ müellimler müsabiqesi keçirilir.
Azerbaycanda növbeti innovativ müellimler müsabiqesi keçirilir.
08:24

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən verilən məlumata görə, Təhsil Nazirliyinin «Microsoft» korporasiyası ilə birgə həyata keçirdiyi «Təhsildə əməkdaşlıq» proqramının tərkib hissəsi olan bu müsabiqə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramına (2008-2012-ci illər) uyğun olaraq keçirilir və Ümumdünya İnnovativ Müəllimlər Forumunun Azərbaycan mərhələsi sayılır.

«Məzmunda innovasiya» nominasiyası üzrə keçirilən müsabiqənin məqsədi Azərbaycanın təhsil sistemində çalışan innovativ orta məktəb müəllimlərinin şəbəkəsini yaratmaq, onların informasiya texnologiyalarından istifadəsini təkmilləşdirmək və şagirdləri XXI əsr biliklərinə yiyələnməsi üçün şərait yaratmaqdır. «Məzmunda innovasiya» nominasiyası innovasiya yanaşmasının və informasiya texnologiyalarının yardımı ilə məktəbin dərs proqramını daha səmərəli şəkildə tədris etməyə imkan verən ən yaxşı təhsil layihələrinin müəyyən edilməsinə istiqamətlənir.
Müsabiqədə iştirak etmək istəyən şəxslər Azərbaycanın orta məktəb müəllimi olmalı, layihə metodikasını bilməli, layihə planını təqdim etməli, layihə çərçivəsində informasiya texnologiyalarından və şagird işlərindən istifadə etməli, eləcə də müsabiqəyə təqdim olunan layihələrin şagirdlərlə tətbiqini təmin etməlidir.
Müsabiqənin ilkin mərhələsində hər bir iştirakçı peşəkar jürinin qiymətləndirəcəyi layihənin təsvirini təqdim etməlidir. İkinci mərhələdə finalçılar öz layihələrinin təqdimatlarını keçirəcəklər. Finalçılar arasında müsabiqənin qalibləri həm pedaqoji, həm də valideyn jürisi tərəfindən müəyyənləşdiriləcək.
Layihələr avqust ayının 15-dək qəbul olunur. Müsabiqədə iştirak etmək üçün http://itn-az.spaces.live.com saytındakı anketi və layihə planını doldurmaq və itn-az@live.com ünvanına göndərmək lazımdır. Müsabiqənin Azərbaycan üzrə qalibi ölkəni noyabrda Braziliyada keçirilən Ümumdünya İnnovativ Müəllimlər Forumunda təmsil edəcək. /APA/


Kateqoriya: Tehsil | Baxılıb: 1671 | Elave eden: Admin | Reytinq: 5.0/1 |
Ümumi şerh: 2
22.06.2009
2. PAMUKKCCUK [Xeber]
.bawa duwmedim:)

22.06.2009
1. Kamal (Admin) [Xeber]
.Deyishek Inkishaf edek :))

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  İyun 2009  »
ПнВтСрЧтПтСбВс
1234567
891011121314
15161718192021
22232425262728
2930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024