Bu istedadlı uşaq çox gözəl piano çalır və şərq döyüşü növləri üzrə onlarla medal qazanıb.
Amerikada 11 yaşlı uşaq universiteti bitirib. Lent.az-ın məlumatına görə, 1998-ci il təvəllüdlü Moşe Kaykavalin özündən 10-15 yaş böyük gənclərlə eyni vaxtda Los-angeles Universitetinin astronomiya-fizika şöbəsindən məzun olub. Həm də o, indiyədək ali məktəbi ən yüksək balla bitirən məzun kimi tarixə düşüb. Moşe Kaykavalin hələ 1 yaşında olan hərfləri öyrənib, 3 yaşına çatanda isə oxuyub-yazmağa başlayıb. 8 yaşında ali məktəbə daxil olan Moşe universiteti 3 ildə bitirməyə nail olub. Dahi uşaq yaşıdlarından fərqli olaraq, boş vaxtlarında küçədə və ya kompüterdə oyun oynamır. Şərq döyüş növləri ilə məşğul olan Moşe bu sahədə onlarla medal və mükafat qazanıb. Onun ən böyük xəyalı film ulduzu olmaqdır. Çox yaxşı piano çalan dahi uşaq yaxın zamanlarda konsert verməyi və həyatına dair kitab yazmağı planlaşdırıb.