Başlıq » 2009»İyun»9 » “Tehsil haqqıda” qanun layihesi Milli Meclisin gündeliyinde
“Tehsil haqqıda” qanun layihesi Milli Meclisin gündeliyinde
15:40
“Təhsil haqqıda” qanun layihəsi Milli Məclisin (MM) növbədənkənar sessiyasının iyunun 19-da keçiriləcək iclasında üçüncü oxunuşda müzakirəyə çıxarılacaq.
Bu barədə APA-ya açıqlamasında parlamentin Elm və təhsil Komitəsinin sədri Şəmsəddin Hacıyev bildirib. Ş. Hacıyevin sözlərinə görə, sənəd iyunun 16-na qədər komitədə müzakirə olunandan sonra parlamentin iclasına tövsiyə olunacaq.
Komitə sədri deyib ki, layihənin müzakirəsinin payız sessiyasına saxlanmasından söhbət gedə bilməz. Ş. Hacıyev “Təhsil haqqında” qanun layihəsinin müzakirəsinin artıq MM-in növbəti iclasının gündəliyinə daxil edildiyini bildirib.