Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Aprel » 6 » Ucar Rayonu
Ucar Rayonu
15:56

Ucar- Azərbaycanda rayon.

İnzibati mərkəzi - Ucar

Coğrafi mövqeyi

Rayon Bakidan 250 km qərbdə Şirvan düzündə yerləşir. Ərazisində 32 yaşayış məntəqəsi vardır.

İqtisadi xarakteristikası

Rayon iqtisadiyyatının əsasını kənd təsərrüfati - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru sub-tropik meyvəçilik, üzümçülük, bostançılıq və toyuqçuluq təşkil edir.

Qəsəbələr / Kəndlər

Qazıqumlaq, Məlikballı, Əlikənd, Ramal, Şaşlıq, Qaradağlı, Çiyni, Alpoud, Qara-börk, Gəraybəyli, Rəstəcə, Qazyan, Lək, Xalac, Boyad, Bağman, Yuxarı Şilyan, Bərgüşad, Müsüslü, Təzə Şilyan, Pirkənd, Qaracalh, Küçəkənd, Ə.Məmmədxanlı, Türkəci, Güləbənd, Alpı, Bağırbəyli.

Ucar şəhəri
Bakı ilə arasında məsafə 234 km
Əhalisi 72800 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Bərdə – Qazax avtobusları; Qatarla - Gəncə – Ucar, Hacıqabul – Ucar – 2,5 saat. Bakı – Qazax, Bakı – Ağstafa, Bakı – Bərdə – Balakən, Bakı – Gəncə, Bakı – Tbilisi – 5-7 saat... Bakı – Mingəçevir 4,5 saat

Ucar rayonu Şirvan düzündə, dəniz səviyyəsindən aşağıda yerləşir. Burada yarımsəhra və quru çöllər üçn səciyyəvi olan iqlim müşahidə edilir. Yayı çox isti olur. Göyçay və Türyan (Qarasu) çayları bu rayonun ərazisindən keçir. Biyan bitkisi bu rayonun florasında mühüm yer tutur. Dərman bitkisi olan biyanın kökləri tədarük edilərək, başaq ölkələrlə ixrac edilir. Rayonun faunasında canavar, turac, qırqovul daha geniş yayılmışdır.
Bakı – Tbilisi dəmir yolu və Bakı – Qazax avtomagistralı bu rayonun və rayonun ərazisində şərqdən qərbə doğru keçir.
Yuxarı Şilyan kəndində əl ilə xalça toxumaq sənəti də qorunub saxlanmışdır.
Rayonun inzibati mərkəzi Ucar şəhəridir. Ucarın tarixində ən əlamətdar səhifələrdən biri onan ibarətdir ki, İkinci Dünya Müharibəsi illərində məşhur 416-cı Taqanroq diviziyası burada yaradılmışdır. Həmin diviziyanın döyüşçülərinin xatirəsi ucaldılmış abidə şəklində əbədiləşdirilmişdir. Şəhərdə stadion və park var.

Harada qalmaq olar
Yerli əhalinin icarəyə verdiyi münasib şəraitli və rahat evlərdə qalmaq mümkündür.

Harada nahar etmək olar
«Elnur» və «Fidan» kiçik restoranlarında və qəlyanaltılarda nahar etmək olar.

Rayonun qoruq, milli park və yasaqlıqları haqqında məlumat - Rayon ərazisində qoruq və milli park yoxdur. Lakin son illərdə həm rayon mərkəzində, həm də rayonun Qazıqumlaq kəndində Heydər Əliyev adına parklar salınmışdır ki, bu da müvafiq ərazidə yaşayan əhalinin istirahət etməsi üçün əlverişlidir.

Rayonun ərazisindən keçən avtomobil, dəmir yollarının uzunluğu və kateqoriyaları haqqında - Rayonun ərazisindən Bakı-Gəncə dəmir yolunun 50 km, Bakı-Gəncə avtomobil yolunun 52 km, Ucar-Zərdab avtomobil yolunun 19 km-lik hissəsi keçir. Rayon ərazisindən keçən avtomobil yolları 2-ci kateqoriyalıdır.

Quşçuluq haqqında məlumat - Rayonda bəslənilən quşların baş sayı 31402 başdır. Bu sahədə rayonda 2 sex fəaliyyət göstərir və quşçuluq sənaye üsulu ilə inkişaf etdirilir.

Rayonun istirahət və turizm zonaları, idman kompleksləri haqqında - Rayonun əzrazisində istirahət və turizm zonası yoxdur. Rayon mərkəzində və kəndlərdə stadionlar, sadə idman qurğuları vardır. Yaxın gələcəkdə idman-sağlamlıq kompleksi tikiləcəkdir. Rayon ərazisindən Goyçay və Türyançay çayları keçir. Çayların keçdiyi ərazi rayon mərkəzindən müvafiq olaraq 7 km və 25 km aralıdadır.

Rayonda yetişdirilən əsas kənd təsərrüfatı bitkilərinin adları - Pambıq, qarğıdalı, çəltik, taxıl, pomidor, xiyar, kartof, soğan, badımcan, yonca. və s.

İri və xırda buynuzlu mal-qara haqqında məlumat - Rayonda fərdi təsərrfüatlarda iri və xırda buynuzlu mal-qara yetişdirilir. Rayon üzrə mal-qaranın sayı 93810 baş olmaqla ondan 51996 başı iri buynuzlu, 41814 başı xırda buynuzludur. Əvvəlki ilə nisbətən rayonda mal-qaranın baş sayı 1801 baş artmışdır.

Rayonda yerləşən kütləvi informasiya vasitələri haqqında - Rayonda “Yeni söz” rayon qəzeti dərc edilir. “Yeni söz” ictimai-siyasi qəzetdir. Əsası 1941-ci ildə qoyulmuş və rayon Partiya Komitəsinin orqanı olmuşdur. Hazırda ayda bir dəfə 300 nüsxə ilkə dərc edilməklə ictimai-siyasi qəzetdir.

Qəzetin ayrıca 2 mərtəbəli redaksiya binası vardır. Bina birtiöli layihə əsaısnda tikilmişdir. Rayonda radio, televiziya və digər kütləvi informasiya vasitələrinin rayon təşkilatları fəaliyyət göstərmir.

Əsas təsərrüfat fəaliyyəti haqqında - Ucar rayonu aqrar rayonu olmaqla əhalinin əsas məşğulliyəti kənd təsərrüfatıdı. Kənd təsərrüfatının əkinçilik və heyvandarlıq sahələri paralel inkişaf etdirilir. Rayon əhalisinin digər hissəsi yerli sənaye, tikinti, rabitə, meliorasiya və digər müəssisələrdə işləyirlər.

Rayonun iri dövlət və şəxsi müəssisələri haqqında məlumat - Rayonda “Ucar Pambıq” ASC, “Ucar Konserv” ASC, “Əvəz Bərəkət” fərdi firması, “Azqold” MMC, “Ucar Broyler” MMC, “Aqroyol İnşaat” MMC, “Müsüslü Quşçuluq” MMC, “Tikinti-67” MMC, “Saniyə” MMC və digər şəxsi müəssisələr fəaliyyət göstərir.

Rayonda təhsil şöbəsi, Mədəniyyət şöbəsi, rayon Mərkəzi Xəstəxanası, Telekommunikasiya qovşağı, rayon Poçtamtı, Qaz İstismar İdarəsi, Paylayıcı Elektrik Şəbəkəsi, Su Kanal İdarəsi, Suvarma Sistemləri İdarəsi, Meliorasiya İdarəsi, Aqroservis filialı, 31 sayl Yol İstismar İdarəsi, Qazıqumlaq asfalt istehsalı zavodu və bütövlükdə 50-yə yaxın iri ticarət xidmət və istehsal müəssisələri fəaliyyət göstərir.

Rayonun bələdiyyələri haqqında məlumat

Rayonda 1 şəhər, 28 kənd bələdiyyəsi vardır.

Rayonun ərazisində nisbətən iri bələdiyyələr aşağıdakılardır:

Ucar bələdiyyəsi - əhalisi 16813 nəfərdir.

Qazyan bələdiyyəsi - əhalisi 6110 nəfərdir.

Bərgüşad bələdiyyəsi - əhalisi 5900 nəfərdir.

Yuxarı Şilyan bələdiyyəsi - əhalisi 4392 nəfərdir.

Qazıqumlaq bələdiyyəsi - əhalisi 4293 nəfərdir.

Lək bələdiyyəsi - əhalisi 3740 nəfərdir.

Alpout bələdiyyəsi - əhalisi 3592 nəfərdir.

Qarabörk bələdiyyəsi - əhalisi 3438 nəfərdir.

Qaracallı bələdiyyəsi - əhalisi 3400 nəfərdir.

Boyat bələdiyyəsi - əhalisi 2566 nəfərdir.

Rayonda yerləşən şəhər və iri qəsəbələrin adları.

Ucar şəhəri 1939-cu ildən sonra salınmışdır. Bakı-Gəncə dəmir yolu şəhəri təxminən bərabər olan 2 hissəyə bölür. Şəhərdə iri dəmir yolu stansiyası, rayonlararası avtovağzal, pambığın, meyvə-tərəvəzin ilkin emalı ilə məşğul olan sənaye müəssisələri, çörək zavodu, beton plitə istehsal edən sexlər, təmir-tikinti idarələri, xidmət obyektləri, 215 çarpayılıq xəstəxana, 400 yerlik mədəniyyət evi, muzeylər və park vardır.
Rayonda qəsəbə yoxdur.

Dünyanın ən yaşlı insanı

Dünyanın ən yaşlı sakinlərindən biri Azərbaycanın Ucar rayonunun Xalac kəndində yaşayır. Kənd sakini Xədicə Abbas qızı Rüstəmovanın 123 yaşı var. 1885-ci ildə anadan olan Xədicə nənənin 2 qızı olub, onlardan biri vəfat edib. Hazırda qızı ilə bir yerdə yaşayan Xədicə nənənin 10 nəvəsi, 26 nəticəsi, 6 kötücəsi var. Xədicə Rüstəmova özünü yaxşı hiss edir, o, hətta ev işləri də görür.

Kateqoriya: Bolgeler | Baxılıb: 5055 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.5/4 |
Ümumi şerh: 9
30.03.2011
9. ayka [Xeber]
.salam mende ucarliyam Ucarlilara eshq olsun.Ucar daima inkishaf edir ve edecek de!!!Halal olsun Ucarlilara!!!

29.03.2011
8. Mehman [Xeber]
.Ucardan cox taninmiw,mehwur insanlar cixib,cixacaq. Oranin havasi insani terbiye edir. Men Ucarli olmagimla fexr edirem.

01.06.2010
7. elnur [Xeber]
.salam men de ucaliyam.Tehsil yaxshi deyil amma duzeltmek olar.bizim gozel bir nazirimiz var.bu bes etmezmi?
Demek arxasi gele biler.haminiza naliyetler/

01.05.2010
6. Фахранда [Xeber]
.Veten sag ol,ki bizi yetishdirdin!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!1111

03.01.2010
5. Ehtimad [Xeber]
.Ucarlilar arzu ediremki hemise ucalaq

17.07.2009
4. Rufat [Xeber]
.MEN DE UCARLIYAM ESQ OLSUN BIZLERE KI BIZ UCARLIYIQ!!!!!!!!!!!!!!

20.06.2009
3. anar usa [Xeber]
.ucarliara esq olsun ordaki tehsile soz ola bilmez goz qabagindadi

07.04.2009
2. Kamal (Admin) [Xeber]
.raziyam:))))))

07.04.2009
1. Anar (ANAR_PUSU) [Xeber]
.Yaşasın UCAR ve UCARLILAR yahoo victory hands

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Aprel 2009  »
ПнВтСрЧтПтСбВс
  12345
6789101112
13141516171819
20212223242526
27282930

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024