Sağlam olmaq istəyirsinizsə, menyunuzu meyvə-tərəvəzlə zənginləşdirin Qəbul etdiyimiz qidaların bir çox xəstəliyin qarşısını aldığı və ya onların yaranmasına səbəb olduğunu bilirsinizmi?
Lent.az bununla bağlı internet saytlarından topladığı materialları təqdim edir:
İsti çay xərçəng xəstəliyi yaradır
Mütəxəssislər iddia edilər ki, həddindən çox isti çay içmək, qida borusunun xərçəngi riskini artırır. Britaniya Tibb Jurnalında dərc edilən araşdırmaya əsasən, 70 dərəcə və ondan yuxarı temperaturda çay içmək riskin 8 dəfə artmasına səbəb ola bilər. Ekspertlər deyirlər ki, bunu qeyri-qərb ölkələrində xərçəngin məhz bu növünün niyə daha çox yayılması ilə izah etmək mümkündür. Bir çox qərb ölkəsində çaya süd qatırlar ki, bu da içkinin temperaturunu tələb olunan qədər azaldır. Qida borusu xərçəngi hər il dünya üzrə yarım milyon insanın ölümünə səbəb olur.
Yumurta güc, enerji və protein mənbəyidir
Tədqiqatlar zamanı məlum olub ki, yumurta proteinlə ən zəngin olan qida məhsuludur. Yumurta insan vücudundakı əzələləri möhkəmlədir və enerji ilə təmin edir.
Qurudulmuş meyvə vitamin mənbəyidir
Əncir, qaysı, tut və üzüm kimi qurudulmuş meyvələrdə A vitamini daha çox olur. İnkişaf etməkdə olan uşaq və yeniyetmələrin qurudulmuş meyvələrdən istifadə etmələri məsləhətdir. Bu meyvələr sinir sistemini gücləndirir, zehni inkişafa müsbət təsir göstərir, dəmirlə zəngin olduğu üçün orqanizmin müqavimətini artırır. Meyvələri təmiz və quru şəraitdə qurutduqda tərkibindəki su 80-90 faizdən 10 faizə düşür. Bu sırada vitamin və minerallar çoxalır.
Çox ət yeyənlərə tövsiyə
Əti çox yeyənlər qəbizlik problemi yaranmaması üçün gündə mütləq ən azı 2 litrə qədər su içməlidirlər. Bundan əlavə, çoxlu meyvə-tərəvəz yemək də məsləhətdir. Həzm problemi və ya xolesterolu yüksək olanlar, həmçinin, ürək və qaraciyər xəstəliklərindən əziyyət çəkənlər də çox ət yeməməlidirlər. Heyvan mənşəli proteinlərlə zəngin olan qidalardan istifadə edənlərdə qalın bağırsaq xərçənginə yoluxmaq ehtimalı daha yüksəkdir.
Meyvələrin insan orqanizminə faydası
Çiyələk
Əsəb gərginliyinin qarşısını alır, sakitləşdirici təsiri var, siqaretin zərərli təsirini azaldır. Uşaq iflici və ağız-dəri yaralarına yol açan virusları öldürücü təsirə malikdir.
Kivi
Kivi bütünlüklə C vitamini mənbəyidir, bir ədəd kividə bir günlük alınması lazım olan C vitamini ehtiyacından daha çoxu var. Qandakı şəkərin nəzarətdə saxlanması üçün yararlıdır. Xərçəngin yaranmasına mane olur, qan təmizləyici xüsusiyyəti ilə qan laxtalanması riskini əhəmiyyətli bir şəkildə salmaqda və qanınızdakı yağ miqdarını azaltmaqdadır.
Banan