Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Mart » 28 » Ağdaş Rayonu
Ağdaş Rayonu
18:35

Ağdaş - Azərbaycanda rayon. Ağdaş rayonu 1930-cu ildə təşkil olunmuşdur. Şirvan düzünün şimal-qərbində, Acınohur ön dağlığının cənubunda yerləşir. Rayonun ərazisindən Bakı-Tbilisi dəmir yolu, Bakı-Qazax şosse yolu, Mingəçevir-Bakı elektrik ötürmə xətti keçir.Yerli Mediası - "Əmək" qəzeti.

İqtisadiyyat

İqtisadiyyatında pambıqçılıq əsas yer tutur. Burada pambıqtəmizləmə zavodu, süd zavodu, respublika kənd təsərrüfatı texnikası birliyinin rayon şö'bəsi, yerli sənaye kombinatı, meşə təsərrüfatı vardır.

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

Agdaş rayonunun qədim tarixi vardir. Hələ neçə yüz illər öncə tacirlər ticarət məqsədilə rayonun ərzaisindən tranzit dəhlizi kimi istifadə etmişlər. Rayon ərazisində karvansaraylar indi də qədim mədəniyyət abidələri kimi qalmaqdadır.Rayon ərazisində həmçinin tarix-diyarşünaslıq muzeyi də mövcuddur.

Qəsəbələr / Kəndlər

Hapitli, Ləki, Türyançay, Kükəl, Ərəb, Hüşün, Xosrov, Sadavat, Aral I, Aral 2, Şəmsabad, Tofiqi, Əmirmahmud, Qarağan Saatlı, Yuxarı Qəsil, Bulaqotağı, Qarağan Sədi, Qarağan Şıxlar, Orta Qəsil, Aşağı Qəsil, Gülbəndə, Şordəhnə, Bəylik, Nehrəxəlil, Kotanarx, Cardam, Aşağı Zeynəddin, Tatlar, Yuxarı Zeynəddin, Ağalı, Yeniarx, Maşad, Gürcuva, Pirəyir, Qaradağlı, Cücük, Malay, Qolqəti, Korarx, Cüvə, Dəhnəxəlil, Aşağı Ağcayazı, Yuxarı Ağcayazı, Qoşaqovaq, Şəkili, Pirkəkə, Ərəbocaq, Yenicə

Tarixi

Əlverişli təbii şəraiti olan Ağdaş ərazisində insanlar lap qədim zamanlardan məskunlaşmışlar. Qədim yunan müəllifi Starbon (e.ə. I əsr) qeydlərində bu ərazilərdə insanların məskunlaşdığı, təsərrüfat fəaliyyəti ilə məşğul olmaları, Türyançay çayının orta və aşağı axarında yaşayan əhalinin bu çaydan təsərrüfat və gəmiçilik məqsədilə geniş istifadə etdiklərini yazırdı.

Təbii iqlim və torpaq şəraiti burada lap qədimlərdən əkinçilik və maldarlığın inkişafı üçün əlverişli imkan yaratdığından bu ərazilərdə əkinçilik mədəniyyəti yüksək inkişaf etmişdi. Ona görədə tarixən bu yerlərdə yüksək keyfiyyətli taxıl becərilmiş, meyvə yetişdirilmiş, ipəkçilik, sonralar isə pambıqçılıq geniş yayılmışdı.

Orta əsrlərin son dövrlərində Ərəş adlanan bu ərazi Şirvan bəylərbəyliyinin tabeliyində idi. Buranı "Sultan" titülü daşıyan feodal hakimlər idarə edirdilər. Sonralar Səfəvi-Osmanlı müharibələrində əldən-ələ keçən Ərəş sultanlığı xeyli zəiflədi və 18-ci əsrin 50-ci illərində Şəki xanlığının vassalına çevrildi. 1795-ci ildə isə Sultanlıq ləğv edilərək Şəki xanlığına qatıldı. Çarizmin 1873-cü ildə Qafqazda həyata keçiridiyi inzibati islahata əsasən Yelizavetpol quberniyasının tərkibində Ərəş qəzası yaradıldı. Qəzanın ərazisi 3212,5 kv.km. əhalisi isə 52371 nəfər idi. Ərəş qəzası 1929-cu ildə ləğv edilmiş, 1930-cu ildən Ağdaş rayonu yaradılmışdır Rayonun mərkəzi XVI əsrdə salınmış, 1900-cu ildən şəhər statusu daşıyan Ağdaş şəhəridir. Rayonun ərazisində orta əsrlərə aid tarixi abidələr, qala və müdafiə tikililərinin qalıqları mövcuddur. Bunlardan ən mühümü XVIII əsrə aid edilən Surxay qalasıdır. Bu qala Türyançay dərəsi ilə Göyçay dərəsi arasında Ərəb kəndi yaxınlığında yerləşir.

Ağdaş rayonunun əlverişli coğrafi mövqeyi və təbii şəraiti hələ XIX əsrin sonralarında burada texniki bitkilərin əkilib-becərilməsinə və onların dünya bazarına çıxarılmasına imkan vermişdi. 1883-cü ildən Bakı-Tiblis dəmir yolu çəkildikdən sonra onsuz da əhəmiyyətli ticarət yollarının üstündə yerləşən Ağdaşda emal müəssisələri qurulmağa başladı. Məhsul tədarükü və xarici bazarlara daşınması, ticarətin və iqtisadiyyatın inkişafına səbəb oldu.

1887-ci ildə Poznan şirkətinin Lodz kontorunun müdiri Ramendik Ağdaşa gələrək burada pambıq alıcı məntəqələri açmış, pambığın ilkin emalı və qablaşdırılması üçün 4 ədəd kotton-çin dəzgahı və bir press qurmuşdu. Artıq 1897-ci ildə Ağdaşda kotton-çin maşınlarından ibarət 7 zavod fəaliyyət göstərirdi. Beləliklə, XIX əsrin ikinci yarısından başlayaraq Avropanın qabaqcıl toxuculuq mərkəzləri ilə əlaqə saxlayan Ağdaş XIX əsrin sonunda bütün Qafqazda pambıq istehsalı, emalı və satışının mərkəzinə çevrilmişdi. Qafqaz pambıqçılarının I Qurultayının 1904-cü ildə Ağdaşda çağırılması da bunu sübut edir.

1888-ci ildə Ağdaş bazarında 3100 pud pambıq satılmışdırsa, 1892-ci ildə bu rəqəm 28000 puda çatmışdı.

XIX əsrin 70-ci illərində fəaliyyət göstərən Ağdaş bazarında pambıqdan başqa digər ənənəvi məhsullar da satılırdı. XX əsrin əvvəllərində "Qafqaz" qəzeti yazırdı ki, "Ağdaş xaricə, Marsel və İtaliyaya göndərilən həm bütün xam ipəyi, həm də baramanıözündə cəmləşdirən mərkəzdir". 1886-cı ildə Ləkidə tikilmiş biyan kökü emalı zavodunda istehsal olunan lakritsa boyası Amerika və Fransaya ixrac edilirdi. Ağdaşda meyvəçilik də yüksək inkişaf etmişdi. 1900-cu ildə Ləki dəmiryol stansiyası vasitəsi ilə 69745 pud qoz-fındıq, 71017 pud digər müxtəlif meyvələr tədarük edilərək xarici bazarlara daşınmışdı. Ağdaşda iqtisadiyyatın inkişafı ilə yanaşı onun maarif və mədəniyyəti də inkişaf edirdi.

Azərbaycanda açılan ilk dünyəvi təhsil ocaqlarından biri də 25 oktyabr 1882-ci ildə Ağdaşda görkəmli maarifçi Süleyman Qayıbov tərəfindən əsası qoyulan "Rus-tatar" məktəbi olmuşdur. O dövrdə Azərbaycanda fəaliyyət göstərən bu tipli 3 məktəbdən birinin məhz Ağdaşda açılmış heç də təsadüfi deyildir. Çünki ondan əvvəl Ağdaşda yaxşı təhsil bazasına malik 20-yə qədər mədrəsə fəaliyyət göstərirdi. XX əsrin əvvəlində Ağdaşda "Nəşri-Maarif" cəmiyyəti, qiraətxana, "Səadət" qızlar məktəbi, "Darülirfan", "Ruşdiyyə" kimi tədris ocaqları fəaliyyət göstərirdi. Bu məktəbdə Muxtar Əfəndizadə, Hədiyyə xanım Məmmədzadə, Həsən Əfəndiyev kimi maarifçi ziyalılar çalışırdılar. Məhz belə marifçilik bazası üzərində sonralar Ağdaşda təhsilin səviyyəsi yüksək xətlə inkişaf etmişdir. Rayonda Pedaqoji məktəb, Tibb məktəbi, Kənd Təsərrüfatı texnikumu, Peşə məktəbləri açılmış, bəziləri bu gün də fəaliyyət göstərir. Təsadüfi deyil ki, ümummilli liderimiz Heydər Əliyev Ağdaş şəhər 3 nömrəli beynəlmiləl orta məktəbin 120 illik yubileyi münasibətilə kollektivə göndərdiyi təbrik məktubunda (29.XI.2002) Ağdaş təhsilinə yüksək qiymət vermişdir.

İqlimi

Mülayim-isti yarımsəhra və quru çöl.

Görkəmli şəxsləri

1. Muxtar Əfəndizadə (1880-1975) - XX əsrin əvvəllərində Ağdaşda maarifçiliyin inkişafı üçün müəyyən işlər görmüş, mədrəsələr açmışdır. Şərqşünas, tərcüməçi İsgəndər Münşinin "Tarixi-aləm-arayi Abbasi", İbn əl-Əsrin "Əl-Kamil Fit-Tarix" və s. əsərlərini Azərbaycan dilinə tərcümə edib. "Ərəb dilinin açarı" (1947) adlı Ali məktəblər üçün dərslik hazırlayıb. Şəmsabad kənd orta məktəbinə və Ağdaş şəhərində yaşadığı küçəyə adı verilib.
2. Bəkir Nəbiyev (1930) - filologiya elmləri doktoru-professor, Azərbaycan Elmlər Akademiyasının akademiki. B.Nəbiyevin Azərbaycan ədəbiyyatşünaslığına həsr olunmuş 30-dan çox kitabı, 600-ə qədər məqaləsi var. Azərbaycan Respublikasının Dövlət Mükafatı və Şöhrət Ordeninə layiq görülmüşdür.
3. Salih Salihov (1909-1976) - tibb elmləri doktoru, professor. ATU-də Qospital Terapiya kafedrasının müdiri, Semaşko adına xəstəxanasının baş həkimi, Respublikanın baş terapevti və s. vəzifələrdə işləyib. 100-dən artıq elmi məqalənin müəllifidir.
4. Yaşar Səlimov (1938) - fizika-riyaziyyat elmləri doktoru, professor. Azərbaycan Dövlət Neft Akademiyasında Ali riyaziyyat kafedrasının müdiri. Elmi məqalələri nüfuzlu xarici elmi jurnallarda nəşr edilib. Nyu-York Elmlər Akademiyasının üzvüdür. ABŞ-da çıxan "Kim-kimdir" (1990-1995) ensiklopediyasında ona məqalələr həsr olunub.
5. Bürhan Kərimov (1922) MDU-nun professoru, fizika-riyaziyyat elmləri doktoru, Atom fizikası kafedrasının müdiri. Dünyada tanınmış atom fizikasının nümayəndəsi. Atom fizikasına aid çoxlu elmi əsərləri var.

Şair və yazıçılar:

1. Mirzə İsmayıl Qasir (Mirzə İsmayıl Səlim oğlu Axundov) (1805-1900). Qəzəllər və şifahi xalq poeziyası üslubunda şerlər yazmışdır. 1988-ci ildə əsərləri kitab şəklində "Yazıçı" nəşriyyatı tərəfindən nəşr olunmuşdur. Ağdaş Tarix-Diyarşünaslıq Muzeyində Qasirə xüsusi bölmə ayrılmışdır.
2. Maqsud Şeyxzadə (1908-1967) - şair, dramaturq, tədqiqatçı. Əsasən özbək dilində yazmışdır. 1928-ci Özbəkistana sürgün edilib. "On şer", "Üçüncü kitab", "Cümhuriyyət", "Bayram nəğmələri", "Yeni devrim" şerlər kitabları, "Dəşkəndnamə" poeması, "Mirzə Uluqbəy" tarixi dramını yazmışdır. Ağdaşda məktəbə və küçəyə adı verilmişdir.
3. Fikrət Qoca (1935) - şair, yeni üslubla yazır. 30 kitabı nəşr olunub. Onlardan "Özümə məktub", "Yollar ayrıcında", "Seçilmiş əsərləri" və s. əsərləri rus, eston, latış, Ukrayna və s. dillərə tərcümə edilib. Azərbaycan Yazıçılar İttifaqının katibi, Xalq şairi, əməkdar incəsənət xadimi, Şöhrət ordenlidir.

İncəsənət sahəsində:

1. Habil Əliyev (1927) - Azərbaycanın xalq artisti, virtuoz kaman ustası, Şöhrət ordenli.
2. Lütvü Məmmədbəyov (1927-2003) Azərbaycanın xalq artisti, aktyor, rejisor. İlyas Əfəndiyevin "Atayevlər ailəsi", Mehdi Hüseynin "Alov", Qılman İlkinin "Şərqin səhəri", İslam Səfərlinin "Göz həkimi" və s. 64 əsərə quruluş verərək səhnələşdirib. Ə.Hacızadənin "itgin gəlin" 12 seriyalı televiziya filminin rejissorudur.

Generallar:

1. Arif Heydərov (1926-1978) - general-leytenant, 1967-1970-ci illərdə Türkiyədə konsul, 1970-78-ci illərdə Azərbaycan SSR-nin Daxili İşlər Naziri işləmişdir.
2. Dağlar Abdullayev (1938) - tibb xidməti general-mayoru.

Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları:

1. Fariz Səfərov (1920-1964) - Fəxri xiyabanda dəfn olunub. 1943-cü ildə Zaparojyedə Dnepr çayını keçərkən qəhrəmanlıqlar göstərib. 1944-cü Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Ləki qəsəbəsində ev muzeyi açılıb, Ağdaş Tarix-Diyarşünaslıq muzeyində xatirəsinə guşə yaradılıb.
2. Səməd Abdullayev (1920-1944) - İkinci Dünya Müharibəsində Pribaltika cəbhəsində və Ukraynada vuruşub. 1943-cü ildə Kerç yarımadasında desant əməliyyatı zamanı qəhrəmanlıq göstərib. 1943-cü ildə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. 1944-cü ildə Moldaviya uğrunda gedən döyüşlərdə həlak olub. Qolqəti kəndində ev muzeyi var. Ağdaşda adına orta məktəb və küçə var.
3. Zeynəb Qəmbərova (1916-1978) - pambıq ustası. 1951-ci ildə Sosialist Əməyi Qəhrəmanı adına layiq görülüb. 3-8-ci çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.
4. Anası Xəlilova (1921-1993) - Pambıqçı, SSRİ Ali Sovetinin deputatı seçilib. Sosialist Əməyi Qəhrəmanı adına 1966-cı ildə layiq görülüb.

İdmançılar:

1. Xəzər İsayev (1963) - dəfələrlə SSRİ çempionu. İkiqat Avropa və Dünya çempionu. Hazırda Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidentidir.
2. Ramiz İbrahimov (1934) - Yunan-Roma güləşi üzrə öz çəki dərəcəsində üç dəfə (1952, 1954, 1955-ci illərdə) SSRİ çempionu olub. İdman ustası. Hazırda Ağdaş UGİM-in məşqçisidir.

Kateqoriya: Bolgeler | Baxılıb: 2031 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.5/2 |
Ümumi şerh: 2
01.06.2009
2. Nizami [Xeber]
.Ağdaşa dərin hörmətlə yazılmışdır.

Bu mə`lumatları genişləndirmək və dərinləşdirmək mümkündürmü?


07.04.2009
1. Anar (ANAR_PUSU) [Xeber]
.burda chox olmusham happy

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024