Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Mart » 17 » Neftçala rayonu
Neftçala rayonu
16:07

Neftçala - Azərbaycanda rayon.

Neftçala rayonu 1940-cı ildə təşkil olunmuşdur. 1959-cu ildə ləğv edilərək ərazisi Salyan rayonu ilə birləşdirilmiş, 1973-cü ildə yenidən müstəqil rayon olmuşdur.

İri yaşayış məntəqələri - Neftçala şəhəri, Xıllı və Bankə şəhər tipli qəsəbələr, Yuxarı Qaramanlı, Boyat, Yenikənd, Kürqarabucaq kəndləridir.1 şəhər, 3 şəhər tipli qəsəbə, 53 kənd vardır.
Yerli Media - "Gündoğar" qəzeti.

Neft, qaz ve balıqçılqla tanınır. Türkiyə ərazisindən başlayan Kür çayı Gürcüstan və Azərbaycan ərazisindən keçərək Neftçala rayonunda Xəzər dənizinə tökülür.

İqtisadiyyat

Rayonun iqtisadiyyatında əsasən pambıqçılıq və taxılçılıq başlıca yer tutur. Burada neftçıxarma sənayesi, Bankə balıq kombinatı, yod-brom zavodu, konserv və balıqyetişdirmə zavodları və başqa müəssisələr fəaliyyət göstərir.

Mədəniyyət, Təhsil və Səhiyyə Müəssisələri

Neftçalada 12 məktəbəqədər uşaq müəssisəsi, 44 ümumtəhsil məktəbi, 53 kitabxana, 36 mədəniyyət evi vardır.

Memarlıq Abidələri

Neftçalada şəhid türk zabitlərinin məzarlari Neftçala rayonunun Seyidlər kəndinin eyni adlı qəbristanlığında şəhid türk zabitləri uyuyur. Adları elmə məlum olmasa da şərəflərinə qoyulmuş, üzərində ay-ulduz təsvirli sənduqə (2,13x 1,05 metr) və onun yanındakı yeni inşa olunan kompleks türk qəhrəmanlarının əsl şücaətindən xəbər verir. Vaxtilə bu türk zabitlərinə heç bir kitabəli məzar daşının qoyulmaması bugünkü epiqrafik tədqiqatın işlərinə mane olur. Lakin sevindirici haldır ki, tədqiqatçı, filoloq Azər Turan Qafqaz İslam ordusunun Neftçaladakı qəhrəmanlıqlarını araşdırmışdır. Tədqiqatçının təbirincə desək bu məzarlar Azərbaycana qarşı qəlblərindəki böyük inamın təkidi və unudulmaz Ənvər paşanın xeyir-duası ilə gələn türk əsgərlərinin can rahatlığı tapdığı yerlərdir.

Bakı ilə arasında məsafə 176 km
Əhalisi 73500 nəfər
Nə ilə getmək olar Avtonəqliyyatla - Bakı – Neftçala avtobusları – 3,5 saat

Neftçala rayonu Kür çayının Xəzər dənizinə töküldüyü ərazidə, qədim karvan yolunun üstündə yerləşir. Keçmişdə qışın şaxtalı günlərində yaxınlıqdakı dağlıq ərazidə yerləşən xanlıqların qoyun sürülərini qışlamaq üçün buraya gətirərdilər. Buna görə də həmin ərazi Xanqışlağı adlanmağa başlanmışdır. Neftçalanın indiki adı isə burada zəngin neft və qaz yataqlarının olması ilə bağlıdır.
Rayonun heyvanat aləmi zəngin və rəngarəngdir. Burada ceyran və qutanlardan başlamış sığırlara və nərə balıqlarına qədər müxtəlif canlılara rast gəlmək olar. Nərə balıqlarının yetişdirilməsi ilə məşğul olan Kür təcrübə zavodu burada yerləşir. Zavodun laboratoriyasında körpə nərə balıqları yetişdirilir və qiymətli balıq növləri ehtiyatlarının təkrar istehsalı üçün onlar Kür çayına buraxılır.
Zəngin flora və faunaya malik olan Qızılağac qoruğunun ərazisinin əksər hissəsi bu rayonda yerləşir.
Rayonun inzibati mərkəzi – Neftçala şəhəri Kür çayının dənizə töküldüyü yerin yaxınlığındadır. Bu rayonda mədəniyyət sarayı, diyarşünaslıq muzeyi və rəsm qalereyası fəaliyyət göstərir. Azərbaycanın müstəqilliyi uğrunda alovlu mübariz, xalq şairi Xəlil Rza Ulutürk bu rayonda doğulmuşdur.
Neftçala rayonunda mövcud sanaye müəssisələrinə misal olaraq balıq kombinatının, yod-brom zavodunun, nərə balıqları yetişdirilən təcrübə zavodunun adını çəkə bilərik. Rayonda nanə, itburnu, biyan, qatırquyruğu, çobanyastığı və digər dərman bitkiləri yerləşir.
Rayon mərkəzindən 10 km aralıda, Kür çayı Xəzər dənizinə tbkülən yerdə qeyri-adi mənzərəni müşahidə etmək olar: Kür çayının suyu dənizin suyundan ideal düz xətt boyunca ayrılır, sanki bu nazik xətt həmin suların bir-birinə qarışmaması üçündür.
Kürkosa adası balıq ovu üçün çox münasib yerdir.

Harada qalmaq olar
Şəhərin mərkəzində 60-yerlik mehmanxana fəaliyyət göstərir.

Harada nahar etmək olar
Kür çayının sahilində restoran balıq yeməkləri təklif edir.

Neftçala rayon Mədəniyyət və Turizm şöbəsinin müəssisələri Prezidentimizin və Dövlətimizin Mədəniyyət səhəsində qarşıya qoyduğu vəzifələrin və problemlərin yerinə yetirilməsinə və həllinə mütəşəkilliklə əməl edirlər. Belə ki, Neftçala rayon Mədəniyyət və Turizm şöbəsi öz işini əhaliyə mədəni-xidmətin keyfiyyətli təşkili və keçirdiyi mədəni-kütləvi tədbirləri bilavastə Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamları, Nazirlər Kabinetinin qərarları, Mədəniyyət və Turizm Nazirliyinin əmrləri, kollegiya qərarları eləcə də rayon İcra Hakimiyyətinin sərəncam və göstərişləri əsasında qurmağa çalışaraq bu sahədə bir sıra işlər görmüşdür. Mədəniyyət və Turizm şöbəsinin əsas vəzifəsi mədəniyyət müəsisələrinin fəaliyyətini kökündən yaxşılaşdırmaq, keçirilən tədbirlərin mövzusunu keyfiyyətcə zənginləşdirməkdən ibarətdir.

Neftçala rayon Mədəniyyət və Turizm şöbəsində 108 şəbəkə var. Bu müəssisələrdə ümumilikdə 504 nəfər işçi çalışır. Şöbənin fəaliyyət dairəsini 1 Mədəniyyət və İncəsənət Sarayı, 1 Rayon Mədəniyyət evi, 13 Mədəniyyət evi, 20 klub, 67 kitabxana, 1 Uşaq İncəsənət məktəbi,1 H.Əliyev Muzeyi, 1 Tarix-Diyarşünaslıq Muzeyi, 1 Dövlət Rəsm Qalereyası, 1 Tarixi Abidələrin Mühafizəsi və 1 H.Cavid adına Mədəniyyət və İstirahət parkı təşkil edir. Əhaliyə göstərilən mədəni xidmət işinin fəaliyyətinin keyfiyyətcə yaxşılaşdırılması, mədəni irsimizin, zəngin musiqi və incəsənətəmizin , milli mənəvi dəyərlərimizin qədim xalq adət və ənənələrinin yaşadılması, təbliği və nümayişinə xüsusi diqqət yetirilir. MKS-də bir Mərkəzi Kitabxana, 3 uşaq kitabxanası, 66 filial kitabxana və MKS-nin nəzdində regional kitabxana Məlumat Mərkəzi də fəaliyyət göstərir.

Kitabxananın kitab fondu 409463 min ədəddir. Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2004-cü il tarixli 56 saylı «Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında» Sərəncamına əsasən Prezident aparatının xətti ilə MKS-nə 4 bölgüdən ibarət 1261 adda 73426 nüsxə kitab daxil olmuşdur. Uşaq İncəsənət məktəbində təhsil alan 374 nəfər şagirdin təlimi ilə 51 müəllim məşğul olur. Məktəbin şagirdləri respublika müsabiqələrində fəal iştirak edirlər. Dövlət Rəsm Qalareyası 1991-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi tərəfindən yaradılmışdır. Qalareya Mədəniyyət və İncəsənət Sarayının 2-ci mərtəbəsinin 500m2 sahəsi olan foyesindən yerləşir. Əsas fəaliyyəti-təsviri və tətbiqi sənətin saxlanması nümayişi ilə məşğuldur. Qalareyada yerləşən foye 2008-ci ildə əsaslı təmir olunmuşdur. Böyük öndər Heydər Əliyevin zəngin dövlətçilik irsinin müasir gənclərimiz arasında təbliğində və öyrədilməsində, gələcək nəsillərə çatdırılmısında H.Əliyev Muzeyinin əhəmiyyəti çox böyükdür. Muzey 14 bölmədən ibarətdir. Muzeydə H.Əliyevin həyat və fəaliyyətini əks etdirən 156 ədəd eksponat var.

Neftçala rayon Tarix-Diyarşünaslıq muzeyi 1980-cı ildən fəaliyyət göstərir. 1985-ci ildən muzey tipli müstəqil binaya köçürülmüşdür. Hal-hazırda muzeydə 12 ekspozisiya zalı fəaliyyət göstərir. Burada rayonun tarixini, təbiətini və iqtisadiyyatının ayrı-ayrı dövrlərini əks etdirən müxtəlif eksponatlar sərgilənir. Muzeyin 16488 ədəd eksponatı var ki, bunlardan 11920 ədədi əsas, 4568 ədədi isə elmi köməkçi fonda daxil edilmişdir.

Rayonun ərazisində 22 daşınmaz tarix və mədəniyyət abidəsi vardır. Onlardan 16-sı arxeoloji, 4-ü memarlıq 2-si bağ - park monumental və xatirə abidələridir. Azərbaycan Respublikasının prezidenti möhtərəm İlham Əliyev cənablarının Fərmanı ilə təsdiq olunmuş regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramına uyğun olaraq rayonda digər sahələrdə oldğu kimi mədəniyyət müəssisələrinin də maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən mədəni xidmətin səviyyəsinin yüksəldilməsi məqsədilə əsaslı işlər görülmüşdür.

Az müddət ərzində rayonda H.Cavid adına parkda yenidənqurma işləri aparılmış-uşaqlar üçün sadə idman qurğuları, az yaşlı uşaqlar üçün oyun qurğuları inşa edilmiş, Ağsaqqaların istirahəti və məşğuliyyəti üçün şərait yaradılmışdır. Bundan əlavə parkda yeni oturacaqlar qoyulmuş, fəvvarə yenidən qurulmuşdur. İnsanların istirahəti və asudə vaxtlarını səmərəli keçirmələri üçün rayonda qısa müddət ərzində H.Əliyev, Neftçilər, Dədə-Qorqud və Gənclər parkı tikilib əhalinin ixtiyarına verilmişdir.

Parklarda əhalinin asudə vaxtlarının əyləncəli və səmərəli keçməsində Rayon Mədəniyyət evinin mahnı və rəqs ansanblı geniş və maraqlı konsert proqramları ilə çıxış edir.

Ərazidə yerləşən hərbi hissəyə vaxtaşırı hamillik edilir. Əsgərlər qarşısında konsert və tamaşa proqramlarının göstərilməsi, çağırış məntəqəsində konsert və mədəni-kütləvi tədbirlərin keçirilməsi ənənəvi xarakter daşıyır.

Rayonda turizmin inkişafı üçün əlverişli şərait vardır. Xəzər dənizi sahilində çimərliklərin və istirahət pansionatlarının tikilməsi, xarici turistlərin diqqətini cəlb edərdi. Bundan başqa balıq və quş ovu ilə əlaqədar şəraitin yaradılması turistlərə xüsusi zövq verərdi.

Neftçalanın tarixivə abidələri

Neftçala rayonu Azərbaycan Respublikasının inzibati ərazi vahidi kimi 1940-cı il fevralın 11-də təşkil edilmişdir. O vaxta qədər isə Salyan rayonunun tərkibində olub. Bir il isə 24 yanvar 1939-cu ildə yaranan Xıllı rayonunun tərkibində olmuşdur. Xıllı rayonu 1959-cu ilin 24 sentyabrına kimi rayon statusunu saxlamışdır. 1959-cu ilin dekabrında Neftçala rayonu yenidən ləğv edildi və Salyan rayonunun tərkibinə qatıldı.1963-cü ildə Neftçala rayonu sənaye zonası kimi ayrıldı. 1965-ci ildən yenidən ləğv edilərək ərazisi Salyan rayonuna birləşdirildi. 1973-cü il aprel ayında yenidən Neftçalanın rayon statusu özünə qaytarıldı.

Neftçala adının etmologiyasına gəldikdə isə «neft - çalası», «Neft çıxan yer» kimi qeyd edilir. Yəqin ki, bu ad sovet dövründə neft sənayesinin inkişaf etdiyi bir dövrdə verilən addır. Rayon ərazisində yerləşən kəndlərin adına toponimlərə nəzər salsaq bu ərazilərin daha qədim yaşayış məskənləri olduğunu görərik. Yunan coğrafiyaşünası Klavdi Ptolomey özünün məhşur dünya xəritəsində Kür çayının mənsəbində «Getara» və «Baruka» adlı iki şəhəri qeyd etmişdir. O, «Coğrafiya rəhbəri» kitabında yazılmışdır ki, Alban çayının ağzında Getara şəhəri yerləşir, Kir (Kür) mənsəbi onun arxasındadır. Digər tarixi mənbələrdə ərəb coğrafiyaşünasları Əbu-İshaq İsfəhri (950-1000) «Dövlətlərin yolları» kitabındakı xəritədə, Əbu-Abdullah Məhəmməd İdrisi (1154) tərtib etdiyi xəritədə, 1735-ci ilə aid kataloniya xəritəsində və nəhayət venesiyalı xəritəşünas Fra Mayponun 1459-cu ilə aid xəritəsində Kür çayının mənsəbində şəhər olduğu göstərilmişdir. XVIII əsrin birinci yarısından başlayaraq Azərbaycana gəlmiş rus tarixçiləri , səyyahları, tədqiqatçılardan - Fon Bibeşteyn, Ş.Qmelin, Bode, B.Dorn, İ.Berezin və başqaları öz yazılarında Kür çayının mənsəbində şəhər olduğunu əhali arasında «Xərabə şəhər» və ya «Yunan şəhəri» adı ilə tanındığını söyləyirlər. Bundan başqa rayon ərazisində ölkə əhəmiyyətli 12 arxeoloji abidə( 1) Xolqaraqaşlı yaşayış yeri (II-XVII əsrlər) 2) Boyad yaşayış yeri (II-XIII əsrlər) 3) I Boyad nekropolu (II-IV əsrlər) 4) II Boyad nekropolu (XI-XII əsrlər) 5) Yaşayış yeri (Qaravəlli XIII-XIV əsrlər) 6) Bankə yaşayış yeri (XII-XIV əsrlər) 7) Ərəbqardaşbəyli yaşayış yeri (XIII-XIV əsrlər) 8) Qaraqaşlı yaşayış yeri (I-XIII əsrlər) 9) Xıllı yaşayış yeri (XII-XVII əsrlər) 10) Xıllı nekropolu (XII-XIV əsrlər) 11) Qaramanlı yaşayış yeri (XI-XII əsrlər) 12) Qaramanlı nekropolu (XI-XII əsrlər) ), 4 memarlıq abidəsi (Xıllı cümə məscidi (XIX əsr,Xıllı qəsəbəsi),Kilsə (XX əsrin əvvəllərinə aid xristian kilsəsi,Z.O.Qoltuq ərazisi , Neftçala şəhəri VI məhəllə),İnzibati bina (1898-ci ildə inşa olunmuş uzun müddət H.Z.Tağıyev adına Bankə Balıq kombinatının inzibati binası olmuş memarlıq abidəsi ,Bankə qəsəbəsi) və H.Almazov türbəsi (XIX əsrin II yarısında Bakı-Abşeron memarlıq məktəbi üslubunda H.Almazov tərəfindən inşa etdirilmiş pir, Neftçala şəhəri mərkəzi qəbristanlığı 1894)), 2 Bağ-park monimental və xatirə abidələri(1) Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlilərimizin xatirə abidə kompleksi (1978 Neftçala şəhəri) 2) Böyük Vətən Müharibəsində həlak olmuş həmvətənlilərimizin xatirə abidəsi,1975 Bankə qəsəbəsi ),bundan başqa yerli əhəmiyyətli arxeoloji abidələr:1.Üst Qoltuq yaşayış yeri (XIV – XVIII əsr ,Neftçala şəhəri),2.Yaşayış yeri (orta əsrlər, Kürqarabucaq kəndi),3.Qəbristanlıq (orta əsrlər ,Kürqarabucaq kəndi) ,4.Xolqarabucaq yaşayış yeri (orta əsrlər,Xolqarabucaq kəndi) yerləşir. Rayon ərazisi arxeoloji baxımdan çox zəif öyrənildiyi üçün ciddi tədqiqat işlərinin aparılmasına ehtiyac vardır.

Təbiəti

Neftçala rayonunun səthi düzənlikdir. Əsasən cənubi-şərqi Şirvan və Salyan düzənliyi, qismən muğan düzündə yerləşir. Ərazisi okean səviyyəsindən aşağıda yerləşir. Yayı quru keçən mülayim isti yarımsəhra və quru çöl iqliminə malikdir. Orta tempratur yanvarda 3,20C, iyulda 25,50 C təşkil edir. İllik yağıntı 300 mmdir. Neogen antropogen çöküntüləri yayılmışdır. Faydalı qazıntısı neft, qaz, yod, yod bromlu sudur. Kür çayı rayon ərazisində delta əmələ gətirərək Xəzər dənizinə tökülür. Bala Kür kanalı və Muğan-Salyan kollektoru Neftçala rayonundan keçir. Boz çəmən karbonatlı, allevual –çəmən və çəmən bataqlıq yayılmışdır. Şornlaqlara rast gəlinir. Bitgi örtüyü əsasən səhra və yarımsəhra tiplidir. Tuqay meşələri var. Neftçala rayonunda çöl donuzu,kiçik asiya qumsiçanı,qırmızıquyruy qumsiçanı,ceyran,canavar,çaqqal,tülkü və sair. Quşlardan dovdaq, bəzgək və sair quşlar mövcuddur. Sürünənlərdən isə su ilanı, tısbağa və gürzə var. Şirvan milli parkının və Qızılağac Dövlət Təbiət Qoruğunun bir hissəsi Neftçala rayonunun ərazisinin payına düşür. Xəzər dənizinin Neftçala ərazisində xüsusi balıq ovu və emalı ilə məşğul olan müəssisələr var. Xəzər dənizindən dünya əhəmiyyətli müxtəlif adda balıq ovlanır və emal olunaraq ixrac olunur.

Kateqoriya: Bolgeler | Baxılıb: 3221 | Elave eden: ANAR_PUSU | Reytinq: 4.7/3 |
Ümumi şerh: 6
27.05.2011
6. sahin [Xeber]
.can ay NEFTCALA mirsahin_bankeloi

27.07.2010
5. Sabir [Xeber]
.mende neftcaldanam bankeliyem.men fexr edirem...ordan ele oglanlar cixib ki..butun azerbaycanda taninib...bu torpaq beledide demeknen deyilki _))))bu saytada minetaram..

11.07.2010
4. Elcin Memmedov [Xeber]
.salam eziz neftcalalilar mende neftcaladanam bu sayti hazirlayanlari tebrik edirem 1 daha subut etdilerki neftcala aran rayonlarinin sonuncu noqtesi olsada daima on siralardadir mende burdaki melumatlardan bezilerini gotrdum halal edin 1de gelin 1 noqtede birlewek wap.ayrilmaram.wen.ru neftcalalilarin ortaq vertual goruw noqtesini guraq

21.05.2010
3. vusale [Xeber]
.Neftçala layiqlli cox şeydə olduğu kimi elektron kitabxana xidmətində də öndədir.YAŞASIN NEFTÇALA! P.S. Qədri bilinsin təki.(Nankor övladlarına mesaj...)

20.05.2009
2. Alifaga [Xeber]
.Chox gozel NEFTCALAMIZ haqqinda melumatlar.

18.03.2009
1. Anar (ANAR_PUSU) [Xeber]
.Shehriyar bu da Neftcala biggrin

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024