Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Mart » 9 » Lenkeran
Lenkeran
12:15

Lənkəran - Azərbaycanda rayon.

Lənkəran rayonu 1930-cu ildə təşkil edilmişdir.

İri yaşayış məntəqələri - Rayonda 2 şəhər, 6 şəhər tipli qəsəbə, 78 kənd vardır: Boladi, Seperadi, Gərmətük, Girdəni, Rvo, Bəlləbur və s.

Lənkaranın tarixi

Lənkəranın tarixi çox qədimdir. Onun bir kilometrliyində Digah kəndində aşkar olunan Divə - lona qəbirstanlığının e. ə. daha qədim əsrə aid edilməsi buna sübutdur. Bundan əlavə 1869-cu ildə Səid Əli ibn Kazım Bəy tərəfindən qələmə alınmış "Cavahirnameyi - Lənkəran" kitabında vaxtilə IX əsrdə Lənkəranın Bəlləbur qalasında yerləşdiyi ehtimal edilir.

Görkəmli yazıçı və tarixçimiz A.Bakixanov "Gülüstani Irəm" (1841), Mirzə Əhməd Mirzə Xudaverdi oğlu 1882-ci ildə qələmə aldığı "Əxbərnamə" kitablarında Lənkəranı "Ləngərkünan" adlandırmışlar.

XVI əsr Ingiltərə-Moskva ticarət kompaniyasının müvəkkili Çepmen öz səyahəti zamanı Layqon şəhərində olmasını bildirir. Alman imperatoru Rudolf Habsburqun I Şah Abbasa göndərdiyi səfir Stefan Kakaş və onun katibi Tektanderin Almaniya səftərxanasında saxlanılan hesabatında Lənkəranın və ondan bir az aralı olan Lankon kəndinin adı çəkilir. XVII əsr alman alimi Adam Oleari isə bu şəhəri lənkərkunan adlandırmışdır.

27 sentyabr 1614-cü ildə rus səyyahı və diplomatı Brexov hesabatında I Şah Abbasla Qızılağacdan Lyanqarana gəldiyini göstərir. 1638-ci idə rus səyyahı və diplomatı A.Suxanov, 1670-ci ildə Hollandiya dənizçisi Yan Streis müxtəlif müzeylərə və səfirlikələrə verdikləri hesabatlarda, habelə gündəliklərində Lənkəranın adını dönə-dönə çəkmişlər.

Rusiyada həkim işləyən diplomat şotlandiyalı Bel 1717-ci ildə Lanqarana, oradan da Qızılağaca gəldiyini bildirir.

Lənkəran şəhərinin inşası tarixi hələlik dəqiq müəyyənləşdirilməmişdir. Bu da burada kifayət qədər arxeoloji qazıntıların aparılmaması ilə əlaqədardır.

Lənkəran şəhərinin adına ilk dəfə biz səyyah Larens Çepmenin xatirələrində rast gəlirik. Onun xatirələrindən məlum olur ki, səyyah Lənkəranda 1568-69 cu illərdə olmuşdur. Lakin bu illəri Lənkəran şəhərinin salınma tarixi kimi gəbul etmək düzgün deyil.

Lənkəran da bütün Azərbaycan kimi, Səlcuqlar, Hülakilər və Teymurilərin hakimiyyəti altında olmuşdur. Həmdullah Qəzvininin verdiyi mə’lumata görə, XV əsrin 60- cı illərində Lənkəran(talış) əyaləti Azərbaycan Ağqoyunlu dövlətinin əyalətlərindən biri idi. XVI əsrin əvvəllərində Azərbaycan tarixində çox əhəmiyyətli bir hadisə baş verdi. Görkəmli siyasi xadim Şah Ismayıl Xətai Səfəvi dövlətini yaratdı. Lənkəran bu dövləti təşkil edən ərazilərdən biri idi. Lənkəran feodalları şahı həmişə müdafiə edirdilər, məhz bu da onların Səfəvi sarayındə yüksək nüfüz sahibi olmasına səbəb olmuşdu. Əyaləti həmin dövrdə şahın təsdiq etdiyi yerli hakimlər idarə edirdilər. Səfəvilər dövlətinin mövcüd olduğu dövrdə Lənkəran Azərbaycanın digər vilayətləri kimi həm iqtisadiyyat, həm də mədəniyyət sahəsində yüksək inkişaf dövrü keçmişdi. Lakin mərkəzdən uzaq yerləşdiyi üçün sonrakı dövrlərdə şah höküməti Lənkəranı Gilan vilayətinin tərkibinə daxil etdi.

Bu dövrdə ərazini idarə edən Əmir Həmzəni sıxışdırmaq üçün şah höküməti Lənkərana sərkərdə Sarı xanı göndərdi. O, əyalətdə bütün narazılıqların qarşısını alandan sonra şah əyaləti ona tiyul verdi. Sarı xan Astarada yaşasa da onun oğlanları Lənkəranda yaşamış və buradan ölkəni XVIII əsrin 20-ci illərinə kimi idarə etmişdilər.

XVIII əsrin 20-ci illərində Azərbaycanın Xəzərsahili vilayətləri , o cümlədən Lənkəranı da Rusiya işğalına məruz qaldı. 1726-cı ildə çarizm müdafiə məqsədilə burada hərbi istehkam tikdirdi.Lakin ruslar burada çox qala bilmədilər. Rəşt müqaviləsinə görə Lənkəran yenidən Nadir şahın hakimiyyəti altına keçdi.

1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı.

Xanlığın yaranma tarixi

1747-ci ildə may ayının 9-da Nadir şah öldürüldükdən sonra Azərbaycanda xanlıqlar yaranmağa başladı. Bu dövrdə yaranan xanlıqlardan biri də Lənkəran xanlığı idi. Xanlığın ərazisi demək olar ki, Azərbaycan Respulikasının Astara , Lənkəran , Lerik , Yardımlı , Masallı rayonlarının ərazilərini və indiki İranın Gilan Vilayətinin Astara və Həştpər (hazırda Taleş adlanır) bölgələrini əhatə edirdi . Sərhədləri təxminən şimaldan Bolqarçayın mənsəbinədək , şərqdən Kür çayının mənsəbinədək Xəzər dənizinə , cənubdan və qərbdən Iran sərhədlərinə qədər bir ərazini əhatə edirdi . Belə ki, Lənkəran xanlığı şimal-şərqdə Quba xanlığına tabe olan Salyan sulatanlığı ilə , şimalda ərazisi sonradan Şamaxı xanlığı ilə Qarabağ xanlığı arasında bölüşdürülmüş Cavad Xanlığı ilə , şimali-qərbdə Qaradağ xanlığı ilə , qərbdə Ərdəbil xanlığı ilə , cənubda isə Gilan xanlığı ilə həmsərhəd idi . Lənkəran xanlığının mərkəzi əvvəlcə Qızılağac kəndi , sonra Astara şəhəri , sonda isə Lənkəran şəhəri olmuşdur . Lənkəran xanları sülaləsi mənşəyi haqqında məlumat Mirzə Əhməd Mirzə Xudaverdi oğlunun müəllifi olduğu " Əxbərnamə " əsərində və Azərbaycan tarixçisi Seyid Əli Kazımbəy oğlunun " Cəvahirnameyi Lənkəran " əsərində verilmişdir . Mirzə Əhməd Mirzə Xudaverdi oğlu " Əxbarnamə " (1882) əsərində qeyd edir ki , Lənkəran xanları sülaləsinin banisi Seyid Abbas bəyin nəsli Güney Azərbaycanın Xalxal mahalının Hir kəndindəndir və Seyid Abbas bəy ağır maliyyə vəziyyətindən dolayı XVII əsrin sonu- XVIII əsrin əvvəllərində Şirvan Bəylərbəyliyinin Talış mahalına - Xarxatan kəndinə köçmüşdür . Seyid Abbas bəyin Səfəvi nəslindən gəldiyi bilinir (yüksək ehtimalla ana xətti üzrə). Seyid Əli Kazımbəy oğlu 1869-cu ildə yazdığı " Cəvahirnameyi Lənkəran " əsasərində II Şah Abbas Səfəvinin (1642-1666) 1654-cü ildə verdiyi fərmana istinad edərək Seyid Abbasın 12-ci nəsildə babasının Seyid Müntəsir Billah olduğunu yazır , bu şəxsin də 20 - ci nəsildən babsı Həzrəti Məhəmməd peyğəmbərdir . Yəni Seyid Abbas Həzrəti Məhəmməd peyğəmbərin 32-ci nəsil şəcərəsidir , dolayısı ilə mənşəcə ərəb olmuşdur .

Yuxarıda qeyd edildiyi kimi Seyid Abbas bəy XVII əsrin sonu XVIII əvvəllərində Cənubi Azərbaycandan Talış mahalına - Xarxatan kəndinə köçüb məskunlaşmışdır . Bu kənddə yaşayarkən yerli feodallarla yaxınlaşan Seyid Abbas bu kəndin sahibi Boradigahlı Əsəd bəy Hüsey bəy oğlunun bacısı Ahu xanımla evləndi . Onunla izdivcdan Seyid Abbas bəyin Seyid Cəmaləddin bəy adlı oğlu dünyaya gəldi . Seyid Abbas bəy və Əsəd bəy 1736 - cı ildə Muğan qurultayında iştirak etmiş , Nadir şah Əfşarın hakimiyyətini tanıyaraq oğulları Seyid Cəmaləddin bəyi və Əli bəyi Nadir şahın hərbi qulluğuna göndərmiş , orada isə onlara (Seyid Cəmaləddin bəyə və Əli bəyə yüzbaşı rütbəsi verilmişdi . Nadir şahın məmurları Seyid Cəmaləddin bəyə dərisinin rəngindən dolayı Qara bəy (o 1749 - cu ildən 1786 cı ilədək Lənkəran xanı oldu ) deyirdilər . Qara bəy Nadir şahın Dağıstana hərbi səfrləri zamanı xüsusi olaraq fərqlənmişdi və buna görə hicri tarixlə 1154 - cü ildə (miladi tarixlə 1741/2 - ci ildə) o Nadir şah tərəfindən irsi xan titulu ilə mükafatlandırıldı .

Yerli Media

* "Cənub" Televiziya Şirkəti
* "Lənkəran" qəzeti

İqtisadiyyat

Aqrar-sənaye rayonudur. Tərəvəz və çay istehsalına görə respublikada birinci yerdə gedir. Rayonda balıq, meyvə-tərəvəz konservi, süd, şərab zavodları, bir neçə çay fabriki və başqa müəssisələr vardır.

Memarlıq Abidələri

Me'marlıq abidələrindən Lənkəranda qala, Hacı Mirzə hamamı, məscid (XVIII-XIX əsrlər), Aşağı Nüvədi, Seyidəkəran, Sütəmurdov kəndlərindən məscid (XIX əsr) qorunub saxlanır

İqlimi

Yayı quraq keçən mülayim-isti

Lənkəran rayonu kənd/qəsəbələri
Aşağı Nüvədi | Bala Şürük | Balıqçılar | Biləsər | Boladı | Bürcəli | Bəliton | Cil | Darquba | Daşdalıqcar | Daştatük | Digah | Dıryan | Girdəni | Göyşaban | Günəhir | Gəgiran | Gərmətük | Haftoni | Havzova | Hirkan | İstisu | Köhnə Gəgir | Küvənil | Kənarmeşə | Kərgəlan | Liman | Lüvəsər | Ləj | Mamusta | Moğonojoba | Narbağı | Nərimanabad | Osaküçə | Parakənd | Qurumba | Rvo | Separadi | Seyidəkəran | Siyavar | Sütəmurdov | Səpnəkəran | Tükəvilə | Türkəkəran | Türkəncil | Tütəpeştə | Tşado | Vel | Vilvan | Viravul | Viyən | Xanbulan | Xarxatan | Xolmili | Yuxarı Nüvədi | Zövlə | Ürgə | Şağlaküçə | Şağlaser | Şiləvar | Şovu | Şürük | Şıxakəran | Əşlə |

Görkəmli şəxslər

* Səməd bəy Mehmandarov, Həzi Aslanov, Baloğlan Abbasov, Mirməmməd Cavadzadə, Səmayə Əliyeva, Solmaz Əliyeva, Məmmədrza Rəsulov

Qoruqlar

Rayonda Hirkan Milli Parkı və Qızılağac dövlət qoruğu var. Hirkan milli parkında təbiətin ən qədim və nadir bitki və ağac növləri bitir. Hirkan dövlət qoruğu 1936-cı ildə yaradılmış, 2004-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Milli Park elan olunmuşdur. Hirkan Milli Parkında cüyür, qaban, xallı maral və başqa meşə heyvanları yaşayır. Park relikt və endemik bitkilərlə zəngindir.

Kateqoriya: Bolgeler | Baxılıb: 1886 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 6
09.06.2009
6. leyla [Xeber]
.elaaaaaaaaaa

09.03.2009
5. GULNAR (GULNAR) [Xeber]
.Kamal>>> biggrin ozde nece....... biggrin

09.03.2009
4. Kamal (Admin) [Xeber]
.Gulnar->> yer tanis gelir?:))))))))) biggrin

09.03.2009
3. resad (grey_wolf) [Xeber]
.TOVUZZZZZZ cool

09.03.2009
2. GULNAR (GULNAR) [Xeber]
.hmmm>>.mmm>>eee ne ise

09.03.2009
1. Kamal (Admin) [Xeber]
.Anar Twk ))))))) cool

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Mart 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
23242526272829
3031

Axtarış

Dost saytlar

Statistika

online 2
Qonaqlar 2
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024