Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Fevral » 15 » “Abituriyent” jurnalının 1-ci sayı neşr olunmuşdur
“Abituriyent” jurnalının 1-ci sayı neşr olunmuşdur
18:03


Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən “Abituriyent” jurnalının 1-ci sayı nəşr edilmişdir.

Jurnalda aşağıdakı materiallar əksini tapmışdır:

2009/2010-cu tədris ili üçün Respublika ali məktəblərinə və orta təhsil bazasından orta ixtisas məktəblərinə qəbul qaydaları

Respublika Nazirlər Kabineti tərəfindən təsdiqlənmiş bakalavr ixtisasları siyahısı

Ali və orta ixtisas məktəblərinə, hərbi liseylərə qəbul proqramları

Xüsusi təyinatlı məktəblərə qəbul elanı

Fənlər üzrə test tapşırığı nümunələri

Qəbul qaydaları - Ali və orta ixtisas məktəblərinə ərizə qəbulu internet vasitəsilə aparılacaq. Abituriyentlər TQDK tərəfindən təyin olunacaq vaxtda internetdə özlərinə aid məlumatları, ixtisas qrupu və bölmələrini göstərməklə “Elektron ərizə”dolduracaqlar. Daha sonra təyin olunmuş müddətdə müvafiq sənədlərini Sənəd Qəbulu Komissiyasına təqdim etməklə ərizələrini rəsmiləşdirəcəklər. Qəbul imtahanları keçirildikdən sonra abituriyentlər topladıqları ballara və müsabiqə şərtlərinə uyğun olaraq “Elektron ərizə”lərində qəbul olmaq istədikləri ixtisas kodlarını qeyd edəcəklər. Abituriyentlərin əvvəllər olduğu kimi, ərizələrində öz istəklərinə uyğun 8-dək ixtisas kodu qeyd etmək hüququ vardır.

Qəbul qaydalarına edilmiş dəyişikliklərə əsasən:
1. Müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyentin hamısını qəbul planı çərçivəsində yerləşdirmək mümkün olmadıqda nəzərə alınan göstəricilər siyahısına “əsas fənlər üzrə attestat qiymətlərinin cəmi” daxil edilmişdir.
2 Xüsusi qabiliyyət tələb edən pedaqoji, idman və texnoloji dizayn ixtisasları üzrə müsabiqə test imtahanlarının nəticələrinə əsasən aparılır. Bu ixtisaslar üzrə qabiliyyət imtahanlarının nəticələri “məqbul” və ya “qeyri-məqbul”la qiymətləndirilir (digər xüsusi qabiliyyət tələb edən ixtisaslar üzrə müsabiqə isə abituriyentlərin qabiliyyət imtahanlarında topladığı orta bal əsasında aparılır. Ancaq bu zaman abituriyentin müsabiqəyə buraxılması üçün onun qabiliyyət imtahanındakı orta balı və test imtahanında topladığı ümumi bal TQDK tərəfindən müəyyən edilmiş tələblərə uyğun olmalıdır).

Bakalavr ixtisaslarının siyahısı – “Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin Avropa ali təhsil məkanına inteqrasiyası ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 31 yanvar tarixli 2643 nömrəli Sərəncamının 3-cü bəndinin icrasının təmin edilməsi məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 yanvar 2009-cu il tarixli 8 nömrəli qərarı ilə “Ali təhsilin bakalavr pilləsi ixtisaslarının (proqramlarının) siyahısını təsdiq etmişdir. “Abituriyent” jurnalının 1-ci sayında bu ildən qəbul aparılacaq həmin ixtisasların qruplar üzrə siyahısı təqdim olunmuşdur. 2009/2010-cu tədris ili üçün Respublika ali məktəblərinə 149 adda bakalavr ixtisası üzrə qəbul aparılacaq. Bu ixtisaslar üzrə qəbul planı həmişə olduğu kimi, qəbul imtahanları ərəfəsində təqdim olunacaqdır.

Ali və orta ixtisas məktəblərinə qəbul proqramları - TQDK-nın nəzdində fəaliyyət göstərən fənlər üzrə elmi-metodiki seminarlarda aparılan təhlillər, müzakirələr nəticəsində 2009/2010-cu tədris ili üçün ali və orta ixtisas məktəblərinə qəbul imtahanlarının proqramları hazırlanmışdır. Proqramlar qüvvədə olan məktəb proqramlarına və dərsliklərə tamamilə uyğun tərtib olunmuşdur.

Orta ixtisas məktəblərinə əsas təhsil bazasından (9 illik) qəbul imtahanı proqramları – Orta ixtisas məktəblərinə əsas təhsil bazasından (9 illik) qəbul olmaq istəyən abituriyentlər Ana dili, Azərbaycan tarixi və Riyaziyyatdan imtahan verirlər. Həmin fənlər üzrə qəbul proqramları da junalın bu sayında işıq üzü görüb.

Hərbi liseylərə qəbul imtahanı proqramları – Hərbi liseylərə qəbul olmaq arzusunda olan gənclər Azərbaycan dili, Riyaziyyat, Fizika və Kimya fənlərindən imtahan verirlər. Bu fənlər üzrə qəbul proqramları jurnalda təqdim olunur.

Xüsusi təyinatlı məktəblərə qəbul elanları - Məlum olduğu kimi, xüsusi təyinatlı təhsil müəssisələrinə, yəni Polis Akademiyasına, Ali Hərbi Məktəblərə, Tibb Universitetinin Ali Hərbi Tibb Fakültəsinə, Orta Hərbi Tibb Məktəbinə və Hərbi liseylərə qəbul iki mərhələdə aparılır. Birinci mərhələdə abituriyent həmin təhsil müəssisələrində təşkil olunmuş həkim və seçim komissiyalarından keçməli, sonrakı mərhələdə isə müəyyən edilmiş fənlərdən TQDK tərəfindən keçirilən test imtahanı verməlidir. Jurnalda yuxarıda qeyd olunan tədris müəssisələrinə sənəd qəbulunun tarixi, tələb olunan sənədlərin siyahısı və digər zəruri materiallar dərc olunmuşdur. Bu bölmədə Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbinə və Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb Fakültəsinə qəbul elanları da təqdim olunmuşdur.

Test tapşırığı nümunələri – Jurnalın bu sayında yeni test modelləri dərc edilib. Abituriyentlər bu testlər vasitəsilə öz hazırlıq səviyyələrini yoxlaya, növbəti qəbul imtahanlarında onlara təqdim olunacaq sualların məzmununu müəyyənləşdirə bilərlər. Növbəti bölmədə həmin test tapşırıqlarının düzgün cavabları və balların hesablanması qaydası da verilib.
Jurnalda abituriyentlərin nəzərinə belə bir elan çatdırılıb: 2010-cu ildən etibarən ali məktəblərin Azərbaycan bölməsi üzrə II və III ixtisas qruplarının xarici dildən imtahan fənləri sırasına rus dili fənni də daxil ediləcəkdir.

XÜSUSİ QABİLİYYƏT İXTİSASLARI ÜZRƏ VƏSAİTLƏR NƏŞR OLUNUB

TQDK xüsusi qabiliyyət tələb edən ixtisasları seçən abituriyentlərə elmi-metodiki kömək məqsədilə «Abituriyent» jurnalının xüsusi buraxılışı olan vəsaitlər çap etmişdir. Vəsaitdə əksini tapan materialların həcmi geniş olduğuna görə və onların abituriyentlər tərəfindən asan qavranılması, eləcə də abituriyentlərin ixtisas seçimi istəkləri nəzərə alınaraq onlar xüsusi qabiliyyət tələb edən ixtisasların istiqamətlərinə uyğun olaraq 5 kitabçada nəşr edilmişdir:
1. Təsviri sənət
2. Musiqi sənəti
3. Memarlıq və dizayn
4. Teatr, kino və xoreoqrafiya sənəti
5. Bədən tərbiyəsi və idman.
Vəsaitlərdə qabiliyyət ixtisaslarının yığcam xarakteristikası və onların hansı ali məktəblərdə mövcud olması haqqında məlumatlar, qabiliyyət imtahanlarının proqramları, qiymətləndirmə meyarları, imtahanlara hazırlıqla bağlı tövsiyələr, məsləhətlər, tapşırıq nümunələri, çalışmalar, əyani vəsaitlərdən reproduksiyalar, şəkillər, cədvəllər, normativlər və s. təqdim olunur. 9 illik (əsas) təhsil bazasından orta ixtisas məktəblərinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə də müvafiq materiallar ilk dəfə olaraq dərc olunmuşdur.

Kateqoriya: Tehsil | Baxılıb: 4531 | Elave eden: ANAR_PUSU | Reytinq: 5.0/1 |
Ümumi şerh: 111 2 »
09.12.2014
11. Arif [Xeber]
.1 qurupda hansi fendler var

18.07.2012
10. Meri [Xeber]
.xeber eladi twk

13.05.2012
9. Samit [Xeber]
.abituriyent 1 -i niye oxumaq olmur birde mene 11-ci sinif En Yeni Tarix kitabini onlain olaraq nece oxuya bilerem

23.08.2011
8. Nicat [Xeber]
.iqtisad unveristetine kecid bali necedi 2 qrup ucun?

01.02.2011
7. Ahu [Xeber]
.Qizlar Seminariyasinin minimum kecid bali ne qederdir

25.11.2010
6. Leyla [Xeber]
.abituriyent jurnali 2010 1 ci nesr nece oxuya bilerem?

23.08.2010
5. Ibrahim [Xeber]
.Azerbaycan Maliyye-Iqtisad Kolleci-ne giris bali ne qederdir ???

09.08.2009
4. Kamil [Xeber]
.maliye-iqtisad kolleci kecid minimum bali necedi?

16.02.2009
3. Anar (ANAR_PUSU) [Xeber]
.hmmmm...Abituriyentlere ugurlar biggrin

15.02.2009
2. Kamal (Admin) [Xeber]
.twk anar

1-10 11-11
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Fevral 2009  »
ПнВтСрЧтПтСбВс
      1
2345678
9101112131415
16171819202122
232425262728

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024