Muqəddəs Valentin gunu – “Sevgililər gunu” Avropada XIII əsrdən, Amerikada 1777-ci ildən, MDB olkələrində isə XX əsrin 90-cı illərinin əvvəllərindən qeyd olunur. Müqəddəs Valentin haqqında bizə eramızın III əsrində Roma imperiyasının Tern şəhərində yaşaması barədə və faciəli həyatı haqqında müxtəlif əfsanələrdən bir-birinə zidd olan muxtəlif əfsanələr gəlib catıb. Əfsanələrin birində deyilir: O zaman Romanı öz qəddar qaydaları ilə idarə edən II Yuli Klavdi muharibələrə meylli hokmdar olub. Elə bu səbəbdən də o legionerlərin evlənməsinə qadağa qoymuş, buna qədər olan evlilikləri isə ləğv etdirmişdi. Yeni Romada sevib- sevilmək qadağan olunmuşdu. Onun fikrincə subay oğlanlar hərbiyə evlilərdən daha çox yarayırdı. Ternin baş keşişi Valentin isə sevgililərə xüsusi qayğı göstərər, onlara sevgi etirafları haqqında məktublar yazmaqda köməklik edər, küsülüləri barışdırar, el-el gəzərək dini xütbələr oxuyar, imperatorun haqsız olduğunu camaata başa salarmış. Valentin dostu Mariusla birlikdə gənc sevgililərə gizlicə nigah bağlayarmış. Bunu eşidən II Klavdi 269-cu ildə Valentini həbs etdirir və edam olunması haqqında fərman verir. Rəvayətə görə Valentin həbsdə olan zaman öz cəlladının kor qızına aşiq olur və onu sağaldır. Başqa bir rəvayətə gorə isə dustaqxana nəzarətcisi Valentinin həkimlik qabiliyyətini bilib, ondan kor qızının sağaltmasını xahiş edib. Nəzarətçinin qızı isə imperatorun qəzəbinə gəlmiş keşişi – Valentini sevib. Lakin kilsə qanunlarına görə evlənməyə ixtiyarı olmayan Valentin, edamdan əvvəl nəzarətcinin qızına çox təsirli vida məktubu yazıb. Məktub Valentinin edamından sonra oxunub. Bu hadisədən xeyli sonra 496-cı ildə Roma papası Helasius Müqəddəs Valentinin şərəfinə onun edam gününü – 14 fevralı “SEVGİLİLƏR GÜNÜ” elan edir. Əslində hər şeyin necə olduğunu biz heç vaxt bilməyəcəyik. Amma onu bilirik ki, bir gənc həqiqətən də sevgi naminə həyatından keçib. Onun sevgisi yalnız bir qıza deyil, Ulu Tanrıya, keşiş və həkim kimi kömək etdiyi bütün insanlara olub.