Qara tellər,qara tellər, Qapqaradır qara tellər. Səni aldım xoşbəxt oldum, Dümağardı qara tellər!
Sən bir inək, mən bir dana. Odur ki, bağlıyam sana. Hansı səmtə, hansı yana. Hey uçsam da yuvam sənsən, Qaşqaldağ balam sənsən.
Mən Məcnunam, o Leylidi, Biraz məndən gileylidi. Mən maaşla dolanıram, O briliyanta meyllidi.
Araz axır, Kür daşır, yarı görə bilmədim, Dünən suyu kəsdilər yenə çimə bilmədim!
Mən səni görmüş idim bir bulаğın bаşındа, Çoxlu bitlər vаr idi sənin çаtmа qаşındа
Sənə zəng etmək istəyirdim, cinbalanın babası dedi ki, balansında kifayət qədər cin kontur qalmayıb. Əlimi cibimə atdım kontur alam, siçanlarsa dedi, cibində kifayət qədər pul qalmayıb!
Bir gün bir kişi olur yoldan keçən arvada deyir ki, sizin şəklinizi olar. Arvad: Niyə? Kişi: Uşaqlar şkafın qabağından konfet götürürlər. Şəklinizi ora qoyacam ki, götürməsinlər.
Bu gün çox sevinirdim. Çünki marşuruta minmədim, dalınca qaçdım, 20 qəpik irəli idim. Ancaq qanım qaraldı. Bilsəm taksinin dalınca qaçıb 2 AZN irəli olardım.
Sən ağlayan zaman sənin yanında olmaq istiyərdim bilirsən niyə? Çünki dəsmal satıram, 4-sin alana biri həddiyə.
Bir gün səni fikirləşdim. Bir yanda quşların səsi, bir yanda küləyin vıyıltısı, bir yanda qızmar günəş və biz ikimiz kartof toplayırıq.
Bir bilsən ki, səni necə çox istəyirəm. İstəmirəm ki, ayağına bir daş dəysin. İstəyirəm ki, hamısı başına dəysin.
Deyirlər ki, Boz Baş müğənnilər çoxdu. Amma bütün günü televizorda müğənnilərə baxdım heç birinin başı boz deyildi.
Həyatımın mənası eşqimin antenası. Sənsiz yata bilmirəm kanal tuta bilmirəm.
Baharın bu gözəl ayında bitən, çiçəkləri ilə eşqi yarpaqları ilə isə sevgini anladan o gülün tikanları gözüvə girsin!
ARDI OLACAQ!!!
|