Hər insanın qiyməti onun elminin dəyəri qədərdir. (Hər bir sənətkarın dəyəri bildiyi peşə, sənət qədər, təbibin dəyəri sağlamlığın əhəmiyyəti qədər, müəllim və ruhaninin dəyəri isə cəmiyyətə elm öyrədib düz yol göstərmək qədərdir).
Elmin fəziləti Allah yanında ibadətin fəzilətindən daha əzizdir.
Elm asanlıq və rahatlıq axtarmaqla əldə oluna bilməz.
Elm öyrənən şəxs gündüzləri oruc tutan, gecələri isə səhərə kimi ibadətlə keçirən şəxs kimidir. İnsanın öyrəndiyi bir elm toplusu Əbu Qubeys dağı qədər qızılı, malı olub onu Allah yolunda ehsan etməsindən daha fəzilətlidir.
Elm öyrənmək üçün sə`y edənlər Allah yolunda cihad edən şəxs kimidir.
Elm Allahın yer üzündə qoyduğu əmanət, alimlər isə Allah elminin əmanətdarlarıdır. Hər kəs öz elminə əməl etsə, həqiqətdə əmanəti layiqincə sahibinə qaytarmışdır.
Bir saat elm oyrenmek 60 il ibadetden ustundur.
Elm öyrənməkdə çalışın, çünki elm öyrənmək gözəl əməl, onu axtarmaq isə ibadətdir.
Beşikden qəbrə qədər elm oyrenin....