Dünya tələdir. Yemi də istək. İstək tələlərindən qaçının.
Dünya birisinin əlində əbədi qalsaydi, ona sahib olma növbəsi sizə gəlib çatmazdı.
Susanda düşünən, danışanda zikr edən və baxanda ibrət alan adam ağıllıdır.
Ey qızıl sırmalarla bəzəkli paltarlar geyməyə, kəmər taxmağa alışmış adam. Sonunda sənə də tikişsiz paltarı geydirəcəklər
Hirs düşməndir, onu özünə rəqib etmə
Zənginlikdən və bolluqdan sevinmə, kasıbçılıqdan və fəlakətdən dərdlənmə. çünki qızıl odla, kasıb insan isə fəlakətlərlə sınanar
Əməl olmadan dua etmək, yay olmadan ox atmağa bənzəyir
Sərxoş, cinayəti edər də sonra "üzrüm vardı, özümdə deyildim"deyər. Özündə olmayış, özbaşına gəlmədi sənə, onu sən çağırdın.
Dünya səni aldatmadı, sən özün aldandın
Istədiyini əldə edə bilmirsənsə, onda əldə etdiyini istə.
Allahdan qoxmayan qəlbdə, göz yaşı tökməyən gözdə, fayda verməyən elmdə xeyir olmaz.
Gücsüzlərə kömək etməyə aciz qalırsansa, onları şəfqətlə bağrına basmağın yetər.
Oğurlanmış parça, davamlı qalmaz insanda. Oğrus(n)u da darağacına aparar.
Uğursuzluğun acisini görməsən, xöşbəxtliyin dəyərini anlamazsan.
Ən üstün insan, güc sahibi ikən xeyirxah olan, zəngin ikən kasıb kimi yaşayan və insaflı olan adamdır
Başqlarına gösterdiyin nəcib rəftar, özünə etdiyin yaxşılıqdır. özünə etdiyin bu yaxşılıq üçün başqalarından əvəz gözləmə.
Allah ilə olduqdan sonra ölüm də, ömür də xoşdur..