Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı Rəhbərinin 2005-ci il 15 fevral tarixli 41№li Sərəncamına əsasən Azərbaycan Respublikasında bütün ali və orta ixtisas təhsil müəssisələrində gənclər və tələbələrlə işin təkmilləşdirilməsi məqsədi ilə Tələbə-Gənclər Təşkilatları yaradılmışdır.
Universitetimizdə Tələbə-Gənclər Təşkilatı 25.05.2005-ci il tarixdə təsis edilmişdir.
Təşkilat yarandığı gündən təşkilata Alıyev Ramin Rəşid oğlu sədrlik edir.
Tələbə-Gənclər Təşkilatı ümumi maraqlar və könüllülük prinsipi əsasında birləşən tələbələrin ictimai həyatda fəal iştirakını təmin edir.
Təşkilat Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Gənclər və İdman Nazirliyinin, Təhsil Nazirliyinin qərar, əmr və tövsiyələrinə və təşkilatın əsasnaməsinə uyğun fəaliyyət göstərir.
Təşkilatın emblemi, rəsmi məktub blankı və digər rekvizitləri vardır.
Təşkilatın əsas məqsədli dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində tələbələrin və ayrı-ayrılıqda hər bir tələbənin maraqlarını təmsil və müdafiə etmək, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında onların fəal iştirakını təmin etməkdir.
Təşkilatın əsas vəzifələri aşağıdakılardır:
- tələbələrin sosial problemlərinin həlli istiqamətində işin aparılması; - tələbələr arasında maarifləndirmə işinin aparılması; - tələbələrin asudə vaxtının səmərəli təşkil edilməsi; - tələbələrin hüquqlarının təmin edilməsi; - respublikanın daxilində və xaricində keçirilən müsabiqələrdə, olimpiadalarda, sərgilərdə istedadlı və yaradıcı tələbələrin inkişafının təmin edilməsi; - tələbələr arasında narkomaniya, alkoqolizm, cinayətkarlıq, əxlaqsızlıq və digər neqativ meyillərə qarşı profilaktik tədbirlərin həyata keçirilməsi; - tələbələrin iştirakı ilə müsabiqələrin, seminarların, festivalların, forumların, toplantıların, sərgilərin, aksiyaların, dəyirmi masaların, elmi konfransların, təlim kurslarının, kütləvi təbliğat kompaniyalarının, diskusiya klublarının, müzakirələrin, simpoziumların, görkəmli şəxslərlə görüşlərin təşkil edilməsi.
|