Onun üzərində “Biz bacardıq” yazılıb
ABŞ-ın yeni seçilən prezidenti Barak Obama hələ and içməyib. Amma keniyalılar artıq ona and içirlər. Lent.az-ın “w3sh.com” saytına istinadən verdiyi məlumata görə, Keniyanın “Mi–Phone” şirkəti satışa “Obamaphone” markalı telefon buraxıb.
Telefonun satış qiyməti 30 dollardır. Onun üstündə “Biz bacardıq” yazılıb. Obama özü hələ ki buna münasibət bildirməyib.
|