Başlıq
 
Başlıq
Sayt Menyusu

Xeber Kataloqu
Tehsil [412]
Tehsil haqqinda xeberler.
Bolgeler [62]
Azerbaycanimiz
Muxtelif [254]
Aforizimler,Kelamlar,Hekayeler.
TTIO-Haqqinda [19]
Fakultemiz haqqinda melumatlar
ADPU-TGT [30]
Telebe GEncler Teşkilatı
Idman [132]
Idman xeberleri
Din ve Muzakireler [62]
Islam ve Dunya

Mini Çat
200

Sorğumuz
Kursunuz?
Всего ответов: 2581

Başlıq » 2009 » Yanvar » 14 » Antarktidaya ilk Azerbaycan ekspedisiyası gönderilib
Antarktidaya ilk Azerbaycan ekspedisiyası gönderilib
13:57
2008-ci il 25 dekabr tarixində Bakıdan yola düşən Hava və Ekstremal İdman Növləri Federasiyasının Prezidenti Hüseyn Bağırovun başçılıq etdiyi “Azərbaycan Antarktida” ekspedisiya qrupu 30 dekabr tarixdən Çilinin Patriot-Hills stansiyasından Antarktidaya doğru istiqamət götürüb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, adı çəkilən məntəqədən hədəfə doğru irəliləyən ekspedisiya üzvləri tərəfindən buzlu qitənin ərazisində elmi-tədqiqat işləri həyata keçirilmiş, iqlim və meteoroloji proseslərlə bağlı 300-dən artıq müşahidə-ölçmə işləri aparılmış, yol boyu 2 kq-dək müxtəlif qiymətli geoloji nümunələr götürülüb.

Qeyd edək ki, bölgədə müşahidə olunan güclü tufan və həddindən artıq şiddətli-şaxtalı hava şəraitinə görə ekspedisiya qrupu bir neçə gün gözləməyə məcbur olmuş və yalnız 12-ci gün Antarktidanın ən yüksək nöqtəsi olan Vinson dağının zirvəsinə çatıb.

Ekspedisiya qrupunun “İridium” peyk sistemi vasitəsi ilə verdiyi məlumata görə, Azərbaycanın Antarktidaya yollanmış ilk ekspedisiya qrupu 11 yanvar 2009-cu il tarixində dəniz səviyyəsindən 5140 metr yüksəklikdə yerləşən Vinson dağına yürüşü başa çatıb.

Ekspedisiya üzvləri Azərbaycan bayrağını, eləcə də bir üzündə Ulu Öndər Heydər Əliyevin şəkli, “Mən fəxr edirəm ki, mən azərbaycanlıyam” sözləri və digər tərəfində isə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin şəkli, “Azərbaycan İlhamla irəli” sözləri yazılmış bürünc lövhəni Vinson dağının zirvəsinə sancılıb.

 

Hazırda ekspedisiya qrupu Cənub qütbünə doğru irəliləyir. Ekspedisiya zamanı elmi-tədqiqat işləri və qiymətli geoloji materialların yığılması prosesi davam etdiriləcək.

«Xəbərlər-Azərbaycan»

Kateqoriya: Bolgeler | Baxılıb: 1960 | Elave eden: ANAR_PUSU | Reytinq: 0.0/0 |
Ümumi şerh: 1
14.01.2009
1. Kamal (Admin) [Xeber]
.behbehh))))) biggrin biz hara antarktida hara:))

Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler
[ Qeydiyyat | Sayta Giriş ]
Sayta daxil Ol

Xeber Arxivi
«  Yanvar 2009  »
ПнВтСрЧтПтСбВс
   1234
567891011
12131415161718
19202122232425
262728293031

Axtarış

Dost saytlar

Statistika

online 1
Qonaqlar 1
Istifadeciler 0


Design by Kamal Zeynallı © 2024