Bu ildən magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək Yeni model tətbiq ediləndən sonra bakalavr və magistratura təhsili almaq istəyən hər bir şəxs informatika fənnindən də imtahan verəcək.
2009-2010-cu tədris ilindən başlayaraq ali məktəblərin magistratura pilləsinə qəbul iki mərhələdə həyata keçiriləcək. ANS PRESS-in məlumatına görə, bu barədə məlumatı bu gün mətbuat konfransı keçirən Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədr müavini Namiq Babayev verib. Onun sözlərinə görə, yeni model əvvəlki modeldən qəbul qaydalarına görə fərqlənəcək. Yeni model tətbiq ediləndən sonra bakalavr və magistratura təhsili almaq istəyən hər bir şəxs informatikadan imtahan verəcək. Belə ki, birinci mərhələdə xarici dil, məntiqi təfəkkür, informatika üzrə lazımi bal topladıqdan sonra bakalavr ikinci mərhələyə buraxılacaq. İkinci mərhələdə isə ixtisas üzrə imtahanlar keçiriləcək.
Namiq Babayev imtahanları iki hissəyə bölməkdə əsas məqsədin daha savadlı mütəxəssislərin tez qəbul olunma şansını yaratmaqdan ibarət olduğunu bildirib. TQDK rəsmisi hələlik imtahanlarda keçid balının müəyyən edilmədiyini deyib. Bundan əlavə, sədr müavini ötən ildən boş qalan 475 magistr yeri üzrə sabahdan sənəd qəbuluna başlanacağını qeyd edib. Ərizə qəbulu yanvarın 16-na kimi davam edəcək. Bundan sonra isə 4-5 gün ərzində imtahanların keçirilməsi nəzərdə tutulur. Boş qalmış magistr yerlərinə imtahanlar köhnə model əsasında keçiriləcək. /azerxeber.com
.___________ eeeeeeeeeehhhhhhhhh deyirem isimiz olacaq da 2010cu ilde. . . eh kamal bizim bextimizdendi eeee . . . . imkan vermezder bu sistem yerinde rahatca nefes alsin. . . .
Ancaq qeydiyyatdan keçmiş istifadeçiler şerh yaza biler [ Qeydiyyat | Sayta Giriş ]