Başlıq » 2009»Yanvar»6 » Tehsil naziri qış imtahan sessiyasının teşkili ve keçirilmesi barede emr imzalayıb
Tehsil naziri qış imtahan sessiyasının teşkili ve keçirilmesi barede emr imzalayıb
14:53
Təhsil naziri Misir Mərdanov “Ali və orta ixtisas təhsili müəssisələrində 2008-2009-cu tədris ilinin qış imtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmr imzalayıb. Nazirlikdən TELEBE.AZ – a verilən məlumata görə, sənədə əsasən, nazirliyin müvafiq struktur bölmə, ali və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə imtahan zamanı baş verən neqativ hallarla bağlı məlumatların operativ araşdırılması və günahı olan şəxslər barədə tədbir görmək üçün təkliflər verilməsi nəzərdə tutulub. Nazirliyin mətbuat xidmətindən onu da bildirdilər ki, sessiya zamanı ali təhsil ocaqlarında monitorinqlərin keçirilməsi, hər bir təhsil müəssisəsində imtahan qərargahının yaradılması barədə tapşırıqlar verilib.
Xatırladaq ki, hazırda Təhsil Nazirliyində “Qaynar xətt” fəaliyyət göstərir və 496-37-61, 496-34-82 saylı telefonlar, eləcə də qaynar-xett@edu.gov.az e-mail ünvanı vasitəsilə əlaqə yaratmaq mümkündür