Yalnız Azərbaycanda
Yalnız Azərbaycanda metro vaqonunda qapılar hələ açılmazdan “Qapılar bağlanır” sözləri eşidilər.
Yalnız Azərbaycanda piyada yersiz yerdə yolu qaçaraq keçər və marşut avtobusunu saxlamağa çalışar. Saxlamasa isə deyinəcək.
Yalnız Azərbaycanda yolu asfaltladıqdan bir həftə sonra altından gedən borunu dəyişərlər.
Yalnız Azərbaycanda bir xanım metro stansiyada maşinist üçün qoyulan güzgüdə saçını düzəldər.
Yalnız Azərbaycanda yüzlərlə kontur sərf edərək bu mövzuda online-sms göndərə bilərlər: «11а sinfi yek!», «Kürdəmirə eşq olsun!», «Elşən+Aygün, Elşən+Aygün, Elşən+Aygün, Elşən+Aygün».
Yalnız Azərbaycanda avtobus sürücüsü hirslə sərnişinlərə «Mehribanlaşın orаda!!!» deyər.
Yalnız Azərbaycanda Beynəlxalq poçt xidməti DHL-i “DƏRHAL” kimi başa düşərlər.
Yalnız Azərbaycanda iki Şaxta Baba günəş altında yer üstündə mübahisə edər.
Yalnız Azərbaycanda valideynlər uşaqlarının imtahanları onların deyil məhz öz maaşlarına verməsi ilə qürur duyar.
Yalnız Azərbaycanda dayanacaqda duran “centlmen” eyni zamanda bunları edər:
1. tum çıtlayar
2. mobil telefonla danışar
3. marşrutdakı qıza göz vurar
Yalnız Azərbaycanda bütün parabolik antenaları «CROSNA» adlandırarlar.
Yalnız Azərbaycanda telefonda səhv düşəndə “Hara zəng eləmisiniz?” sualına mütləq “Kimdi ki?” cavabını verəcəklər.
Yalnız Azərbaycanda qonaq toya getməzdən əvvəl şadlıq evinə zəng edib masanın qiyməti ilə maraqlanar.
Yalnız Azərbaycanda polis qrupu vidalaşarkən bir-birlərini yanaqdan öpər.
Yalnız Azərbaycanda televizoru açmadan baxmaq, onu açıb baxmaqdan daha əlverişlidir. (yerli kanallar nəzərdə tutulur)
Yalnız Azərbaycanda qızlar tanışlığın ikinci dəqiqəsində “Siz evlisiniz?” sualını verir.
Yalnız Azərbaycanda paltar maqazini vitrinlərində 50% ENDİRİM yazısı bir neçə il yazılı qala bilər.
Yalnız Azərbaycanda şaxta Baba uşaqların gözü qarşısında Qar Qızla eşqbazlıq edər.
Yalnız Azərbaycanda Balzakın, Hötenin və digər klassiklərin kitablarının səhifələrindən tum üçün qablar edərlər.
|